Yuxarı

"Qorbaçovun Gəncədən alacağı şəxsi qisası vardı”: Baş redaktor 30 il əvvəlin 20 Yanvarını belə xatırlayır

"Bakıda nə baş verir deyə səhəri dirigözlü açdığımız o gündən 30 il ötür. Bir vaxt "şanlı” dediyimiz, paqonunu daşıdığımız Qanlı ordu nə edir, bizi necə öldürür düşüncəsi bizi qorxutmurdu, inandığımıza, sidq-ürəkdən inandığımıza görə sarsıdırdı. Gəncədən Bakıya əlimiz çatmasa da, ünümüz yetməsə də, hər an Bakıda törədilən bu qətliamı Gəncədə gözləyidik”. 

Bunu Cebhe.info və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov 20 Yanvarın 30 illiyində o günləri xatırlayarkən deyib.

"O gün hər birimiz Ülvi Bünyadzadəydik! Tələbə-şəhid olmaq üçün tamarzıydıq sanki... Şəhriyarla, Elçinlə, Teyfurla, Süleymanla və digər qardaşlarla birgə...

"Qığılcım" 2 qrupa bölünmüşdü. Bir qrupumuz elə gecəylə Tovuza getdik. Bakıda nə baş verdiyini də Tovuzda Şuşa televiziyasından öyrəndik. Elə gecəylə də geri qayıtdıq və qrupumuzun digər üzvlərini Bakıya yola saldıq və dəfnə çatdıq... Sonra da Cəlilabad, Lənkəran...

20 Yanvar qırğını Gəncədə də olacaqdı. Qarşısını alanlara rəhmət diləyirik! Onlar olmasaydı, Bakıda olandan beşbetəri Gəncədə olacaqdı... Qorbaçovun Gəncədən alacağı şəxsi qisası vardı. Şəhərdəki ağaclara yapışdırdığımız "Qorbaçov ubiytsa" plakatlarına və itlərin boynundan asılan şəkillərinə görə.

Şəhər rəhbərliyi və Xalq Cəbhəsinin birgə səyiylə Gəncə qətliamının qarşısı alındı...”,-deyə R.Becanov yazıb.

R.Becanovun fikrincə, 20 Yanvar qəhrəmanlıq tariximizdir:

"Hüzn günü yox, ölməzlik, mübarizlik və qəhrəmanlıq günümüzdən 30 il ötür!

Şəhidlərimizin ruhu şad olsun! Qazilərimiz var olsun!”

cumhuriyyet.biz






Həftənin ən çox oxunanları