Yuxarı

Ağ Evdən İvanişvilini devirmək ÇAĞIRIŞI

Ağ Evdən İvanişvilini devirmək ÇAĞIRIŞI

Ağ Evdən İvanişvilini devirmək ÇAĞIRIŞI

ABŞ-ın Gürcüstan hökumətinə təzyiqləri artmaqda davam edir.

Respublikaçı konqresmen Pit Olson hakim "Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvilini "Putinin kuklası” adlıandırıb. Olson Konqresdə çıxışı zamanı İvanişvilini demokratiyaya qəsdə və Gürcüstanda fəaliyyət göstərən ABŞ-ın "Frontera Resources” şirkətinin maraqlarını pozmaqda ittiham edib. "Frontera Resources”, neft və qaz kəşfiyyatı və istehsalı şirkəti 1996-cı ildə təsis edilmişdir. Şirkətin strategiyası, Qara dəniz hövzəsinə aid olan Şərqi Avropa bazarlarında karbohidrogen hasilatı perspektivlərini axtarmaqdır.

"Xanım Sədr, bir sualım var: Oscar Qroçla (zibil qutusunda yaşayan Amerikalı kukla televiziya şousu) oliqarx Bidzina İvanişvilininnə əlaqəsi var? Cavab belədir: onların hər ikisi öz evində nizamsızlıq yaradan oyuncaqdır. Vladimir Putinin kuklası Gürcüstandakı xarici sərmayələrə hücum etdi və əsas insan hüquqlarını məhv etdi. Texas şirkəti ABŞ və Gürcüstanda əla iş yerləri təşkil etdi. Azadlıq yaratdılar. Gürcüstan hakimiyyəti avadanlıqları onlardan alana qədər belə oldu. İndi orada qazma işləri apara bilmirlər. Əlbəttə ki, Vladimir Putin Gürcüstan neftinə nəzarət etdiyindən məmnundur. Bu "kukla”, oliqarx İvanişvili gürcü xalqının hesabına daha da varlanır. Ayıq olmağın vaxtıdır. Bu fotoda Gürcüstandakı etiraz aksiyalarının dəstəyə ehtiyacı olduğu göstərilir. Mənə qoşulun, Gürcüstanda azadlıq üçün səsimizi qaldırmalıyıq”, - deyə Olson Konresdə çıxıxşı zamanı İvanişvili hakimiyyətini yıxmağa açıq çağırış edib.

Olsonun çıxışı ABŞ-ın Gürcüstan hökumətinə verdiyi daha bir tənqidi bəyanata çevrilib. Qeyd edək ki, bu yaxınlarda yeddi konqresmen və bir senator ölkənin baş naziri Georgi Qaxariyaya tənqidi məzmunda məktub göndərib. Konqresmen Brian Babin isə baş nazir Qaxariyaya xəbərdarlıq edərək ABŞ-ın strateji maraqlarına xələl gətirdiyinə görə, Gürcüstan hökumətinə sanksiya tətbiq edəcəyi ilə hədələyib. Bu arada Qərbdən Gürcüstana ABŞ-la yanaşı, Avropadan da təzyiqlərin artması müşahidə olunur. Avropa Şurası Parlament Assambleyası rəsmi Tiflisi seçki islahatları sistemini 2020-ci il parlament seçkiləri ərəfəsində bütün maraqlı tərəflərin dəstəyinə və razılığına səbəb olacaq şəkildə təmin etməyə çağırıb. AŞPA monitorinq qruplarının bir neçə ölkənin 2019-cu ildə Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı qətnamədə belə deyilir.

Qeyd edək ki, 2019-cu ildə Bidzina İvanişvili ölkədə proporsional sistemin bərpa olunacağı və 2020-ci ildə parlament seçkilərinin yeni əsaslarla keçirləcəyini vəd etsə də buna əməl etmədi. Nəticədə ötən ilin iyun ayından başlayaraq, Gürcüstanda hakimiyyət əleyhinə bir neçə dəfə kütləvi aksiya keçirilib. AŞ PA-nın Seçki Məcəlləsi ilə bağlı çağırışı bu məsələdə müxalifətin tələblərinin dəstəkləndiyini göstərir. ABŞ konqresmenlərinin baş nazir Qaxariyaya ünvanladığı məktubda etirazçıların mövqeyinə hörmətlə yanaşılmasının vacibliyi qeyd edilir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları