Yuxarı

Köhnə-yeni deputatlar: Kim kiminlə qohumdur? - SİYAHI

Köhnə-yeni deputatlar: Kim kiminlə qohumdur? - SİYAHI

Köhnə-yeni deputatlar: Kim kiminlə qohumdur? - SİYAHI

Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn namizədlərin ilkin siyahısını açıqlayıb.

Cebhe.info xəbər verir ki, siyahıda V çağırış Milli Məclis deputatlarından 42-si yoxdur.

Qeyd edək ki, onlardan 2-si Astan Şahverdiyev və Yevda Abramov dünyasını dəyişib. VI çağırış Milli Məclisdə təmsil olunacaq deputatlardan bir neçəsi isə hökumət təmsilçiləri və tanınmış şəxslərlə qohumluq əlaqələrinə görə gündəmdədir.

24 saylı Nizami İkinci Seçki Dairəsindən deputat seçilən Könül Nurullayeva SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur. İddialara görə, Könül Nurullayeva Rövnəq Abdullayevin bibisi nəvəsidir.

27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçilən Əliabbas Salahzadə sabiq deputat Qalib Salahzadənin oğludur. Q.Salahzadə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən mandat qazanan Cavanşir Paşazadə və Allahşükür Paşazadə qardaşdır.

116 saylı Qəbələ Seçki Dairəsindən mandat qazanan Fəttah Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputat seçilən Malik Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır.

45 saylı Abşeron Seçki Dairəsindən mandat qazanan, V çağırış Milli Məclisin spikeri Oqtay Əsədov və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qudadır.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilən Əhliman Əmiraslanov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırovla qohumdur. Belə ki, Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən Milli Məclisə mandat qazanan Emin Hacıyev Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevin qardaşıdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları