Yuxarı

Yenidən mandat qazanmaq istəyən istiqlalçı deputatlar: Milli Məclisdə kimlər olacaq? - ADLAR

Yenidən mandat qazanmaq istəyən istiqlalçı deputatlar: Milli Məclisdə kimlər olacaq? - ADLAR

Yenidən mandat qazanmaq istəyən istiqlalçı deputatlar: Milli Məclisdə kimlər olacaq? - ADLAR

1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktına səs verən 43 istiqlalçı deputat bütün zamanlarda xatırlanır.

İstiqlalçı deputatlardan sonralar da Milli Məclisdə mandat qazananlar olub. 9 fevralda keçirilən parlament seçkilərində də istiqlalçı deputatlardan namizəd olanlanlar vardı- İsa Qəmbər, Arif Hacılı, Fərəc Quliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Tahir Kərimli.

Amma onlardan yalnız 3 nəfəri mandat qazana bildi.

Cebhe.info xəbər verir ki, VI çağırış Milli Məclisdə 3 istiqlalçı deputat- Vahid Əhmədov, Sabir Rüstəmxanlı və Tahir Kərimli təmsil olunacaq.

Qeyd edək ki, istiqlalçı deputatlar aşağıdakılardır: Heydər Əliyev, Mirmahmud Fəttayev, İxtiyar Şirinov, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Ədalət Rəhimov, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Hacıbaba Əzimov, Bayram Bayramov, Hicran Kərimli, İbrahim İbrahimli, Allahverdi Həsənov, Sülhəddin Əkbər, Şahmərdan Cəfərov və Fərəc Quliyev.

Məlumat üçün bildirək ki, mediada istiqlalçı deputatlar kimi 43 nəfərin adı çəkilir. Ancaq qeyd etmək lazımdır ki, adları xatırlanan 43 millət vəkili əslində təkcə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktına qol çəkmiş insanlar deyil. Onlar əslində 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanəın müstəqil olmasına səs verən insanlardır. Həmin vaxt Ali Sovetdə keçirilən səsvermədə 350 deputatdan iştirak etməyənləri və 43 nəfəri çıxmaq şərtilə, yerdə qalanlar SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları