Yuxarı

İrana qarşı yeni təzyiq dalğası: Meydan daralır

İrana qarşı yeni təzyiq dalğası: Meydan daralır

İrana qarşı yeni təzyiq dalğası: Meydan daralır

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Xəbər verildiyi kimi, ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib ki, İranın kiber təhdid qrupu - "Advanced Persistent Threat 39", 45 individual şəxs və bir şirkətə qarşı sanksiyalar tətbiq edilib. Səbəb kimi isə göstərilib ki, İran Kəşfiyyat Nazirliyini günahsız mülki şəxsləri və şirkətləri hədəf almaq və dünyada sabitliyi pozmaq üçün bir vasitə olaraq istifadə edir.

Nazir əlavə edərək bildirib ki, ABŞ təhlükəsizliyi pozmaq və beynəlxalq səyahət sektoruna zərər vurmaq üçün hazırlanmış kiberhücum kampaniyalarına qarşı mübarizədə qərarlıdır.

Məsələyə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, fiziki şəxslərə sanksiyaların tətbiqi dolayısı ilə dövlətə zərbədir:

"Amerika müxtəlif dövlətlərə qarşı fərqli sanksiyalar tətbiq edir. O cümlədən bu sanksiyalar Rusiya və İrana da qarşı tətbiq olunur. Bir ölkənin özünə sanksiyalar tətbiq edilir, bir də ünvanlı sanksiyalar olur. Ünvanlı sanksiyalar hansısa şəxslərə və şirkətlərə qarşı tətbiq olunur. Əsasən də böyük şirkətlər hədəf götürülür ki, onlar da banklarda maliyyə vəsaiti saxlaya bilmirlər. Bundan başqa həmin şirkətlər başqa ölkələrin şirkətləri ilə də əməkdaşlıq edə bilmirlər.

Yəni bu sanksiyalar onlar üçün böyük problemlər yaradır. Eləcə də İranın özünə qarşı iki cür sanksiya tətbiq edilir. Birincisi İranın özünə qarşı tətbiq olunur və onun hansısa dövlətlə əməkdaşlığı hədəfə alınır. Həm də dövlət şirkətlərinə və şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilir. Onların maliyyə vəsaitlərinə qarşı sanksiyalar tətbiq edilir. İranın onsuz da iqtisadi vəziyyəti ağırdır. Üstəgəl də ünvanlı sanksiyaların tətbiq edilməsi İran şirkətlərinin valyuta əldə edə bilməməsi ilə nəticələnir. Bu da İrana zərbədir. İran ətrafında həlqə də daralır. Koronavirus da geniş yayılaraq İrana böyük problemlər yaradıb. Əlavə olaraq da Amerikanın demək olar ki, hər ay İrana sanksiya tətbiq etməsi və bu sanksiyalarının sayının artması İranın iqitsadi vəziyyətini daha da ağırlaşdırır”.

Ekspert əlavə edib ki, sanksiya tətbiq olunan şəxslərin xaricə çıxması da onun üçün təhlükəlidir:

"Fiziki şəxslər sanksiyalar siyahısına düşəndən sonra çalışacaqlar ki, ölkədən kənara çıxmasınlar. Amma ölkədən kənara çıxmasalar da onlar yenə hədəfə alınırlar. Çünki sıradan şəxslər sanksiya altına düşmür. Əsasən hansısa rəsmilər, diplomatlar, daha çox da hərbçilər bu sanksiyalar altına düşür. Bəzən də qəti hədəf götürülür. Məsələn, general Qasım Süleymani hədəf halına gətirildi və neytrallaşdırıldı. İran heç adekvat addım da ata bilmədi. Sadəcə ABŞ-ın boş hava bazalarına raket zərbələri endirdi. Yəni ABŞ bu cür sanksiyaları həyata keçirir ki, onların həm valyuta ehtiyatları azalsın, həm də xaricə çıxa bilməsinlər. Yəni onların manevr imkanı daralır.

Həmin fiziki şəxslər ölkədən kənara çıxanda bank sistemindən istifadə edə bilmirlər. Eyni zamanda Avropa ölkələrinə səfər etmək də onlar üçün qorxulu olur. Çünki Amerika dərhal həmin Avropa ölkəsindən sanksiya tətbiq olunmuş şəxsin iadəsini tələb edə bilər. Bu da dolayısı ilə İranın nüfuzuna zərbədir”.

Əli Bədir





Həftənin ən çox oxunanları