Yuxarı

Baş redaktor: "Niyə islam dövlətləri susmalıdır?”

Baş redaktor:

Baş redaktor:

"İndi seçim zamanıdır. Öz dostlarımız və düşmənimizin dostlarını tanımalıyıq. Qərb ölkələrini də, Rusiyanı da başa düşmək daha asandır. Bəs islam dövlətlərinə nə olub?

Biz tərəfdə məhşur bir deyim var: Lavaş qırağı sulamaq. İslam ölkələrinin bu taktikadan əl çəkməklə, sözlərini demələrinin vaxtıdır”.

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, əlləri və zehinləri müsəlman azərbaycanlıların qanına batmış Ermənistanın faşist düşüncəli rəhbərlərinin əlini sıxmaq dinimizə və ümmətçiliyimizə görə deyil:

"Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi-dini abidələrimiz ermənilər və Ermənistanın faşist təfəkkürlü rəhbərlərinin göstərişi, birbaşa iştirakı ilə dağıdılıb. Məscidlərimiz fermalara çevrilib. Bu vəhşiliklərə, dinimizə qarşı törədilən vandallığa biganə qalmaq müsəlman adı altında cəhənnəm əzabını indidən qazanmaqdır. İnanclarımız, müqəddəs yerlərimiz, abidələrimiz məhv edilir, təhqir edilir.

Niyə islam dövlətləri susmalı və biganə qalmalıdır? Bu ikili standartı necə başa düşək? Bu, Azərbaycan cəmiyyətini düşündürən sualdır. İslam ölkələrinin Bakıdakı səfirlikləri Azərbaycan ictimayyətinin bu düşüncəsini öz ölkələrinə çatdırmalı və Ermənistanla münasibətlərini yenidən nəzərdən keçirməlidir”.