Yuxarı

İrəvan geri çəkilir?-"Məğlub olacaqlarını bilirlər”

İrəvan geri çəkilir?-

İrəvan geri çəkilir?-

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır.

Bunu Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan deyib. O, sülh prosesinə alternativin olmadığını bildirib:"Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”.

Mnatsakanyan xatırladıb ki, Azərbaycan tərəfi ilə son görüş yanvarda keçirilib, amma buna baxmayaraq, İrəvanın sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qətiyyəti heç zaman azalmayıb.

"Biz bunu etməyə (Bakının nümayəndələri ilə görüşə hazırlaşmağa-red.) hazırıq. Hazırda məsləhətləşirik, həmsədrlərlə danışırıq, işləyirik", - deyə Mnatsakanyan vurğulayıb. Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sabiq xüsusi səlahiyyətli səfiri Arman Melikyan münaqişənin həlli prosesində "Madrid prinsipləri”nin gündəmdən çıxmadığını bəyan edib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə”deməsi Azərbaycana təzyiq məqsədi daşısa da, fayda verməyəcək. "Azərbaycan tərəfi uzun müddət münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər rahat bir danışıq mühiti formalaşdırıb və münaqişənin həllinə müstəsna olaraq Azərbaycanın ərazi bütövlüyünün qorunması tezisi çərçivəsində baxılıb. Bu, Qarabağın Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində öz müqəddəratını təyinetmə hüququnun rəsmi Bakı tərəfindən tanınması qarşılığında İrəvana ərazilərin qaytarılmasını imkanının yaradılmasını nəzərdə tutur. Mövcud erməni hakimiyyət orqanlarının davranışı düşmən düşərgəsində bir az qarışıqlığa səbəb oldu, əvvəlki rahatlığı pozdu. Çünki bir tərəfdən rəsmi İrəvan Qarabağın ərazi bütövlüyünün qorunması məsələsinə etinasız yanaşsa da, digər tərəfdən Qarabağın Ermənistan olduğunu elan edib. Ümumiyyətlə, rəsmi İrəvanın bu ikitirəlik yolu ilə Azərbaycan tərəfini daha yumşaq güzəştə getməyə çalışdığını güman etmək olar. Fikrimcə, Azərbaycan tərəfi bu cür siyasi təzyiqlər qarşısında geri çəkilməyəcək”.
Danışıqların dayanması və cəbhə xəttində yaranmış son vəziyyətə ATƏT-in Minsk Qrupunun reaksiyasının mümkün reaksiyası ilə bağlı suala diplomat belə cavab verib: "Beynəlxalq çağırışları gözləməyə dəyməz. İndiyə qədər vəziyyət "Madrid prinsipləri”nin məntiqi çərçivəsində nəzərdən keçirilir və Qarabağın müstəqilliyi tanınmayıb. Üstəlik, məsələnin sülh yolu ilə həllinə qədər Qarabağ Azərbaycanın bir hissəsi kimi qəbul olunmaqda davam edir. Bu sükut əslində heç bir şeyin dəyişmədiyini göstərir. Rəsmi İrəvan və Xankəndi həqiqətən təcrübədə yeni yanaşmalar ortaya qoymasa, dəyişməz olaraq qalacaq”.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanin danışıqlara hazir olduqlarını qeyd etməsi və Minsk qrupunun həmsədrləri ilə müzakirələr etdiyini deməsi manipulyasiyadir.

"Ermənistan əraziləri birdəfəlik danışqlar yolu ilə qaytarmayacaq. Nikol Paşinyan dəfələrlə "Qarabaq Ermənistandir” siyasətini ortaya qoyub. Niyə indiyə qədər həll variantlarindan əl çəkib absurd təkliflər irəli sürülür? Azərbaycanın müharibə hazırlığı onları hərəkətə gətirib. Belə olan təqdirdə Azərbaycan qəti şəkildə manipulyasiya danışıqlarina getməməlidir.

Öz şərtlərini masaya qoymalıdır. Necə olur ki, Ermənistan rəhbərliyi Azərbaycana 7 sərt irəli sürüb, bununla danışıqlardan yayınır, Azərbaycan niyə öz ədalətli və beynəlxalq hüquqa söykənən şərtlərini tələb etmir? Düşünürəm ki, Azərbaycan konkret masaya bu şərtləri qoyub, danışıqlara getməlidir. Belə şərtlərlə gedilməsə, danışıqlar baş tutmayacaq. Həm diplomatik, həm də cəbhə Ermənistana təzyiqlər edilməlidir. Azərbaycan qəti şəkildə Mnatsakanyanın bu bəyanatına fikir verməməli və hazırkı siyasəti ilə irəli getməlidir. Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri və TSK burada olması Ermənistan rəsmilərini narahat edir. Onlar Türkiyə Silahlı Qüvvələrinin döyüşə girəcəyindən ciddi əndişə keçirirlər və məğlub olacaqlarını bilirlər. Düşünürəm ki, proseslərdə Azərbaycan öz prinsiplərini qorumalı, əvvəlki kimi Qarabağ danışıqlarından imtina etməlidir. Çünki eyni mərhələyə qayıtmağı Ermənistan daha istəkli görünə bilər”.
Müşfiq Abdulla