Yuxarı

ABŞ tarixinin Tramp dönəmi: Kim nə qazandı?

ABŞ tarixinin Tramp dönəmi: Kim nə qazandı?

ABŞ tarixinin Tramp dönəmi: Kim nə qazandı?

Bu ilin 3 noyabr tarixində ABŞ-da prezident seçkiləri keçiriləcək.

Məlum olduğu kimi, Respublikaçıların namizədi hazırkı prezident Donald Tramp, Demokratların namizədi isə Cozef Baydendir. Bir sıra ekspertlər bu seçkilərdə Trampın hakimiyyətdən gedəcəyini proqnozlaşdırır.

Donald Trampın 4 illik hakimiyyəti ABŞ-a nə verdi? Tramp dönəmi hansı dövlətlər üçün xeyirli oldu, hansı dövlətlərə ziyan vurdu?

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Trampın 4 illik hakimiyyəti dövründə biz ABŞ-ın daxili sosial- iqtisadi durumunda və xarici siyasətində kardinal dəyişikliklər müşahidə olunub. Tramp dövlət başçısı kimi öz xələflərindən fərqli olaraq ABŞ son 15 ildə apardığı Yaxın Şərq siyasətinin kökündən yanlış olduğunu bildirdi. ABŞ-ın bu siyasəti trilyonlarla dolların havaya sovrulmasına səbəb olmuşdu. Bu da ölkədə vergi ödəyicilərinə mənfi təsir göstərib. Çin ABŞ-ın yanlış siyasəti nəticəsində dünya hegemonluğu uğrunda gedən mübarizədə demək olar ki, gəlib Birləşmiş Ştatlara çatmış və dünyanın Ümumi Daxili Məhsulunun(ÜDM) təxminən 21 faizini verməyə malik olub.

Tramp hakimiyyət illərində Çinlə iqtisadi müharibəyə başlaması bu məsafəni ABŞ-ın xeyrinə dəyişməsinə şərait yaratdı. Eyni zamanda biz ABŞ- Rusiya münasibətlərinin gərginləşməsinin də şahidi olduq.

Baxmayaraq, Tramp bildirmişdi ki, Putinə rəğbətlə yanaşır və bu münasibətin qarşılıqlı olduğunu güman edir. Qeyd edək ki, Trampın hakimiyyətə gəlməsindən sonra opponentləri onu Rusiyanın adamı kimi dəyərləndirmişdilər. Əslində, bu uzun müddət ABŞ-ın həyatında gündəmə çevrilən məsələlərdən olmuşdu. Hətta məsələ Senata qədər gedib çatdı. ABŞ- Rusiya münasibətlərindəki gərginliyin yüksələn xətlə artması Tramp iqtidarı dönəmindəki qərarlardan da irəli gəldi.

Daha sonra biz Tramp iqtidarı dönəmində ABŞ- Avropa münasibətlərində bəzi anlaşılmazlıqların yarandığını da gördük. Tramp Avropa dövlətlərindən NATO xərclərinin
artırılması ilə bağlı mövqelərini ortaya qoymağı tələb etdi. Yəni ÜDM-in 2 deyil, 4 fazini NATO xərclərinə ayırmağı tələb etdi. Bu da nəticə etibarı ilə Avropa liderləri, xüsusən də Makronun tələbi ilə ümumavropa ordusunun yaradılmasıyla bağlı bəyanatların səslənməsinə səbəb oldu Trampın Anqlosaks ittifaqının möhkəmləndirilməsi ilə bağlı mövqeyi, nəticə etibarilə, məhz onun iqtidarı dövründə Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına gətirib çıxartdı. Bu da Avropa İttifaqının nüfuzuna təsirsiz ötüşmədi. Çünki ittifaqın maliyyə xərclərinin müəyyən hissəsini Böyük Britaniya ödəyirdi. ABŞ-ın daxili siyasətinə nəzər salsaq görərik ki, orta təbəqə Trampın həyata keçirdiyi siyasətdən məmnundur. Trampın hakimiyyəti dövründə ABŞ-da minlərlə yeni rentabelli sənaye obyektləri açılıb”. Ekspert Trampın hakimiyyəti dövründə verdiyi bəzi qərarların seçkidə onun əleyhinə istifadə olunacağını hesab edir: "Birləşmiş Ştatların MDB məkanında rəngli inqilabların keçirilməsi ilə bağlı bir sıra ssenariləri var. Bu istiqamətdə də müəyyən addımlar atıldı.

Çünki Belarus kimi bir ölkədə narıncı inqilab həyata keçirib, onu Qərbin təsir dairəsinə salmaq ssenarisi Rusiyanın siyasəti nəticəsində baş vermədiyi göz önündədir.

Hər halda Belarusda sosial motivasiya baxımdan inqilabın baş verməsi üçün heç bir zəmin yox idi. Amma buna baxmayaraq, Belarusda "narıncı inqilab"ı həyata keçirmək üçün milyardlarla vəsait ayrıldı. Belarus və Rusiyanın səyləri nəticəsində bu səylərin qarşısı alındı. Digər tərəfdən Tramp daxili iqtisadi siyasətdə iri kapitalın maraqlarından çıxış edirdi. Bu mənada Demokratların Trampın bu siyasətini hədəfə almaları da anlaşılandır. Bu siyasət nəticəsində Trampın hakimiyyəti dövründə ABŞ-da kasıblıq həddi də artıb. Kasıblıq həddində yaşayan insanların sayı təxminən 50- 52 milyon civarındadır. Orta səviyyənin artması ilə yanaşı, kasıblıq səviyyəsinin artması da iqtisadi siyasətin elə də səmərəli olmadığından xəbər verir. Başqa bir məsələ isə Trampın hakimiyyəti dövründə irqçiliyin qabarıq şəkildə gündəmə gəlməsi oldu. Xüsusən qaradərili Corc Floydun polis tərəfindən zorakılıqla öldürülməsi Trampa qarşı narazılıqları artırdı. Ən əsası isə Tramp iqtidarı dönəmində ABŞ-ın İranla münasibətlərinin kəskinləşməsidir. Bu ABŞ- ın Yaxın Orta Şərq siyasətində yaddaqalan hadisələrdən biri oldu. İranla münasibətlərin gərginliyi ABŞ ictimaiyyətini həmişə narahat edib”.
Əli Bədir





Həftənin ən çox oxunanları