Yuxarı

Soros Paşinyandan imtina edir? - Baş nazir komandasını itirdi

Soros Paşinyandan imtina edir? - Baş nazir komandasını itirdi

Soros Paşinyandan imtina edir? - Baş nazir komandasını itirdi

Ermənistan hökumətində istefalar silsilə hal alıb.

Son günlər altı nazir və Baş nazir müavini tutduğu vəzifədən imtina edib. Bu isə Baş nazir Nikol Paşinyanın istefasını yaxınlaşdıran amilə çevrilir. Paşinyan boşalmış yerlərə yeni kadrlar təyin etməklə hökumətə nəzarəti əlində saxlamağa çalışsa da artıq bir sıra nazirlər onunla işləmək istəmir.

Yaxın günlərdə yeni istefaların baş verəcəyi gözlənilir. 12 nəfərlik hökumətin yarısı artıq tutduğu postla vidalaşıb. Ermənistan hökumətində mərkəzdənqaçma prosesi dağılma həddinə çatıb. İstefa verənlərin müxalifətə keçməsi Paşnyanın hakimiyyətinə son qoya bilər.

Bu arada Daşnaksütyun İnqilabi Federasiyasının Erməni diasporasındakı 20 təşkilat şöbəsi Baş nazir Paşinyanı kapitulyasiya sənədinə imza atdığına görə istefa verməyə çağırıb.

Paralel olaraq, ölkədə kütləvi etirazların artması Soros Fondunun Ermənistan hakimiyyətindəki mövqelərini xeyli zəiflədib. Hətta "Qolos Armenii” qəzetinin yazdığına görə, Rusiya Xarici Kəşfiyyat İdarəsi Ermənistanda Sorosçu hökumətin bütün sirlərini Paşinyanın heç vaxt rəğbət bəsləmədiyi, vitse-spiker Alen Simonyan vasitəsilə əldə edib.

"Bu yaxınlarda Moskvada Simonyanın Rusiya xüsusi xidmət orqanlarına şəxsən Baş nazir Paşinyanın və Açıq Cəmiyyət Ermənistan Fondunun ofisinin rəhbəri Larisa Minasyan olan saxta mənbələrin hazırlanması sxemini verdiyi bildirilir. Simonyan maliyyələşdirmə mənbələri, sifarişçilərin adlarını və təbliğat hücumları edənlərin digər məlumatlar, o cümlədən Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə qarşı çıxanlar barədə açıqlama verib. Paşinyan Sorosun kanalları vasitəsi ilə vitse-spikerin Moskva macəralarının təfərrüatlarını artıq əldə edib. Bu səbəbdən yaxın gələcəkdə Simonyanın istefa etmək məcburiyyətində qalacağı bildirilir. Vitse-spikerin Moskva sərgüzəştləri ilə eyni vaxtda, erməni mediasında Nikolun İsveçrə banklarındakı hesablarını itirdiyi və Kanadadakı malikanələrdən məhrum olduğu barədə məlumatlar ortaya çıxıb. Görünür, Soros agent şəbəkəsinin ruslara təslim edilməsi faktı ilə bağlı əks tədbirlər görüb. Rusların Baş nazir ailəsinin təhlükəsiz hərəkəti üçün 3 zirehli maşın bağışladığı barədə məlumatlar var. Çünki Sorosun agentləri uğursuzluğa görə Nikoldan intiqam ala bilərlər. Sorosun "beşinci kalon”u Simonyanın onları Paşinyanın razılığı olmadan Narışkinə satdığına inanmır”-məqalədə belə deyilir.

Politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Ermənistanda Nikol Paşinyanın hakimiyyətini saxlamaq üçün Rusiya ilə yaxınlaşması Sorosçu düşərgədə parçalanma yaradıb. Hakim elitada baş verən istefalar da bununla bağlıdır:

"Paşinyanın hələ bir müddət iqtidarda qalacağını düşünürəm. Etiraz mitinqlərinə çıxan insanların sayı da müxalifətin dəstəyinin güclü olmadığını göstərir. Paşinyan artıq Rusiyanın tam nəzarətindədir. Onun üçtərəfli bəyanata imza atması, Rusiyanın tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxartması göstərir ki, Paşinyan Kremlə sərf edən fiqura çevrilib. O, artıq Rusiyanın əlində siyasi oyuncaqdır. Paşinyanın nazirlər komandasını dəyişməsi də onun hələ bir müddət hökumət başçısı postunda qala biləcəyini göstərir. Sorosçular da Paşinyanın Moskvaya tərəf uzanmasına görə ondan uzaqlaşır. Bu da sorosçuların siyasi mövqelərini zəiflədir. Bu da Paşinyanın Rusiyanın nəzarətinə keçdiyini göstərir. Ona görə də sorosçular ona qarşı çıxır. Belə demək mümkünsə, Paşinyanın kapitanı olduğu gəmini tərk edirlər. Qeyd edilən proses Paşinyanın Rusiyanın nəzarətinə keçdiyini təsdiq edir. Ermənistan onsuz da Rusiyanın təsir dairəsində idi. Ağır məğlubiyyətdən sonra Rusiyanın siyasi şərtlərini qəbul edən və Kremllə yaxınlaşan Paşinyanın hakimiyyətdə qalmaq şansları artır. Rusiya onu öz maraqlarına uyğun hərəkət etməyə məcbur etdi”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları