Yuxarı

“Hakimiyyət Qərbin dəstəyindən sui-istifadə etdi”

“Hakimiyyət Qərbin dəstəyindən sui-istifadə etdi”

Eli Orucov 200710“Azərbaycanın müstəqilliyinin qarantı Rusiya yox, xalqdır, silahlı qüvvələridir, onun demokratik dəyərlərə göstərdiyi münasibət və dövlətçilik ənənələrinə bağlılığır”. AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Cebhe.info-ya açıqlamasında belə deyib.

“Sivil dünyaya sürətli inteqrasiyası və beynəlxalq aləmin ayrılmaz subyektinə çevrilməsi, Avropa ailəsinın ayrılmaz bir parçasına çevrilməsidir. Qərb Azərbaycanı özünün ayrılmaz bir parçasına çevirmək üçün çalışdı, neqativ hallara göz yumdu, dəstəyini əsirgəmədi, xarici təhlükələrdən qorudu. Bütün bunların müqabilində Avropa dəyərlərinə, demokratik ənənələrə sadiqlik, beynəlxalq hüququ normalarına və insan haqlarına hörmət istənildi. Lakin Azərbaycan hakimiyyəti Qərbin güzəştlərindən və dəstəyindən sui-istifadə etdi, özünün maraqları üçün yararlandı. Mən demirəm ki, Qərb bütün bunları bizi, Azərbaycan xalqını sevdiyi üçün, yaxud da heç bir təmənna güdmədən edir. Önların da maraqları var ki, strateji coğrafi məkanda yerləşən, zəngin korbohidrogen ehtiyatlarına sahib bir dövlət onların yanında olsun”, - deyə Ə. Orucov qeyd edib.

Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti demokratiyanı, inkişafı deyil, postsovet və kommunist ənənəsini seçərək üzünü Moskvaya tutub Burada başqa amillərin də təsirinin olduğunu deyən Ə. Orucov Qərbin özünün də səhvlərinin olduğunu istisna etməyib: “Lakin onu unutmamalıyıq ki, Rusiya heç vaxt Azərbaycanın dostu olmayıb. Son yüz ildə başımıza gətirilən bütün faciələrin və problemlərin içində Rusiya faktoru var. İndinin özündə də Kremlin təhdidləri qalmaqdadır. Rusiya ilə geniş siyasi, iqtisadi, ticari, kommunikasiya və sair əlaqələrin daha da genişləndirilməsi lazımdır və faydalıdır. Lakin Azərbaycan saatını bundan sonra Kremlin saatı ilə qurması perspektivli heç nə vermir. Moskvaya güvənən və bel bağlayan siyasi hakimiyyətlərin acı sonluğu hər kəs üçün bir örnək olmalıdır”.

Mənsur





Həftənin ən çox oxunanları