Yuxarı

“Torba” nəzəriyyəsi

“Torba” nəzəriyyəsi

mehman muradli(1)“Conspiracy theory” ingilis dilindən hərfi tərcüməsi “sui-qəsd nəzəriyyəsi” - ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən saxlandığı iddia edilən məlumatlarla, gizli məlumatlara və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Qısaca desək, bunun adı konspirologiyadı - “torba” nəzəriyyəsi. Çox vaxt əksəriyyət konspirologiya ilə şərləməyi səhv salır. Konspirologiya elm olaraq inkişaf edir. ldən-ilə yeni-yeni “torba” tikənlər öz fəaliyyətini yeni nəzəriyyələr üzərində qururlar. Bu “elmin” ona yaxın nəzəriyyəsi var. Bu nəzəriyyələrin içində ən maraqlısı “neftçilərin sui-qəsdi”di.

İndi isə sui-qəsdlərin tipologiyasına (təsnifləşdirməsi) nəzər yetirək. Başlayaq qlobal sui-qəsdlərdən. Əksər belə nəzəriyyələrin xarakterik xüsusiyyəti bir qrup insanlar tərəfindən bütün dünya üzərində hakimiyyətin ələ keçirilməsi məqsədilə yaradılmış, məlum olmayan və ya az tanınmış olan gizli cəmiyyətin mövcudluğunun bəyan edilməsidir. Həmin cəmiyyətin fəaliyyəti nəzəriyyənin məqsədli auditoriyası üçün neqativ xarakter daşıyan bir sıra tarixi hadisələrlə izah olunur. Bir qayda olaraq qlobal çevrilişlər nəzəriyyəsinin məşhurluq piki iqtisadi və (və ya) siyasi qeyri-sabitlik, böhran dövrləri ilə üst-üstə düşür.

Beləliklə, qlobal sui-qəsd nəzəriyyələri xaotik-destruktiv sosial enerjini çıxarır, özü də istər hakim elitanın maraqları naminə (misal üçün, çar Rusiyasında qaragüruhçular), istərsə də onun əleyhinə (Veymar Respublikasında nasistlər) istifadə edilə bilər. Bu qlobal sui-qəsd nəzəriyyələrini böhranlı cəmiyyətlərdə kütlələrin manipulyasiya edilməsi üçün ən səmərəli alətlərdən birinə çevirir, baxmayaraq ki, bacarıqsız əllərdə həmin alət tamamilə gözlənilməz nəticələrə də gətirib çıxara bilər. Vəziyyətindən asılı olmayaraq, istənilən cəmiyyətdə elə sosial qruplar mövcuddur ki, onlar qlobal sui-qəsd nəzəriyyəsinin dərk edilməsi və dəstəklənməsinə digərlərindən daha çox meyllidirlər. Bütövlükdə sui-qəsdlər nəzəriyyəsi cəmiyyətdə işlərin mövcud vəziyyətindən narazılar, xüsusən də öz şəxsi vəziyyətindən narazı olanlar arasında özünə dəstək tapır. Böhran dövrləri belə subyektlərin sayını kəskin surətdə artırdığından qlobal sui-qəsd nəzəriyyələrinin dəstəklənməsi səviyyəsi də mütənasib şəkildə artır. Aşağıda göstərilən qlobal sui-qəsd nəzəriyyələrinə daha tez-tez rast gəlmək olar:

İstehsalçıların sui-qəsdləri. İstehsalçıların sui-qəsdləri haqqında ehtimallar mövcuddur: ehtimal edilir ki, sonuncular keyfiyyətsiz, uzunömürlü olmayan və bahalı malların istehsal edilməsi barədə razılığa gəlirlər, eyni zamanda keyfiyyətli, uzunömürlü və ucuz qiymətli malların yayılmasının qarşısını alır, bununla da öz gəlirlərini maksimallaşdırmağa can atırlar. Burada açıq bir sual qalır ki, belə hərəkətləri, yəni istehsalçıların əvvəlcədən razılaşması üzrə fəaliyyəti sui-qəsd hesab etmək olarmı? Axı eyni hərəkətlər onlar tərəfindən maraqların üst-üstə düşməsi olmadan da həyata keçirilir (tam olaraq kart oyununda olduğu kimi, bir neçə oyunçu, əvvəlcədən də razılıq olmadan bir nəfərə qarşı oynaya bilər, o zaman ki, cari vəziyyətin həmin oyunçunun uduzmasını digərləri üçün uğurlu vəziyyətə çevirmiş olsun). Buna baxmayaraq, 1990-cı illərdə ABŞ-da silsilə məhkəmə prosesləri keçirildi ki, onların gedişində hakimiyyətin çoxsaylı təmsilçiləri ölkənin iri tütün şirkətlərini, məqsədi tütünün real ziyanı haqqında məlumatın ümumi əlçatan olmasını məhdudlaşdırmaq olan XX əsrin ortalarında baş vermiş sui-qəsddə ittiham etdilər (Tobacco Master Settlement Agreement).

Kompüter sui-qəsdi: “Proqram təminatının şişirdilməsi” belə bir versiya mövcuddur ki, proqram təminatı istehsalçıları qəsdən kompüter resurslarına qarşı daha çox tələbkar olan məhsullar istehsal edirlər ki, bahalı dəstləyicilərə olan tələbatı dəstəkləsinlər. “PT-nın şişirdilməsi” fenomeninə başqa bir rasional izahat ondan ibarətdir ki, aparat kompüter resurslarının sürətlə ucuzlaşması şəraitində hətta pis yazılmış proqram təminatlarına belə tələbat vardır, buna görə də istehsalçılara sərf edir ki, optimallaşdırmanın qayğısına qalmadan optimallaşdırmadan imtina etmək hesabına emal müddətini (və müvafiq olaraq da xərcləri) azaltsınlar və daha sadə, lakin daha resurs həcmli alqoritmlərdən istifadə etsinlər; belə yanaşma həm də daha aşağı ixtisaslı proqramçılardan istifadə etməyə də imkan verir.

Neftçilərin sui-qəsdi. Göstərilən konspiroloji konsepsiyaya əsasən iri neft şirkətlərinin sahibləri alternativ energetikanın inkişafının qarşısını alır, energetika inqilabına yol vermirlər. 2008-ci ildə Avropa komissiyası tərəfindən parafin sui-qəsdi adlanan sui-qəsd ifşa edildi ki, bu məsələdə Exxon Mobil, Total, Sasol Limited şirkətlərini və şam, kağız boşqablar və stəkanlar istehsalında tətbiq edilən parafin üçün yüksək qiymətləri müəyyənləşdirmə üzrə gizli şəkildə razılığa gəlmiş bir neçə digər iri neft şirkəti ittiham edildi. Mondialist sui-qəsdi həmçinin bax: Dünya hökuməti ABŞ dövlət gerbində, ABŞ-ın Böyük dövlət möhüründə masson rəmzlərindən istifadə edilməsi Mondialist sui-qəsdi - konspirologiyanın ən yeni bir formasıdır ki, o, son onilliklərdə “gizli Dünya hökumətinin” planlarını ifşa edirdi. Konspirologiyanın bu variantının xüsusiyyəti ondan ibarət idi ki, tədqiqatın əsas obyekti, özünün bir sıra spesifik və mübahisəli mədəni və futuroloji konsepsiyalarında xüsusi bir geosiyasi mərkəz kimi çıxış edən Amerika Birləşmiş Ştatları oldu. “Bilderberq klubu” qeyri-rəsmi beynəlxalq təşkilatı bəzi konspiroloqlar tərəfindən gizli dünya hökuməti kimi nəzərdən keçirilir. Konspiroloqların bəyanatlarına uyğun olaraq Üçtərəfli komissiyanın (əsası bankir Devid Rokfeller tərəfindən qoyulmuş, Şimali Amerika, Avropa və Asiyanın Sakit okeanregionu arasında əməkdaşlağı təşviq edən özəl təşkilat) əsl məqsədi də onun nəzaətində olan dünya hökumətinin yaradılması idi.

Yəhudi-masson sui-qəsdi. Yəhudi-masson sui-qəsdi - özündə masson və yəhudi sui-qəsdlərini konsepsiyalarını birləşdirən konspiroloji konsepsiyadır.

Ərəb sui-qəsdi. Ərəb sui-qəsdi - qərb sivilizasiyasına qarşı istiqamətlənmiş olan qlobal islam sui-qəsdidir. Ehtimal edilir ki, o, ərəb və bir sıra Avropa dövlətlərinin (“Evrabiya”) hökumətlərini əhatə edir. Sui-qəsd konspirologiyasının məqsədi kimi Qərbi Avropa ölkələrinin islam teokratiyasına çevrilməsi, eləcə də ABŞ və İsrailn məhv edilməsi göstərilir. Təyinatlı auditoriyanın siyasi baxışlarından asılı olaraq qeyd edilən sui-qəsdin müttəfiqləri kimi faşizm və ya kommunizm göstərilir.

Xırda sui-qəsdlər. Xırda sui-qəsdlər nəzəriyyəsi ayrı-ayrı tarixi hadisələrə ümumqəbulediləndən fərqli izahatlar verərək belə hadisələrin həmin izahatlarına müxtəlif gizli istək və gücləri cəlb edirlər. Həmin nəzəriyyələrə nümunələr:  Amerikalı astronavtlarla “Apollon”ların Aya uçuşları - sadəcə, quraşdırılmış səhnələrdir (“ay sui-qəsdi”); yaxud da əksinə - quraşdırmalar haqqında söhbətlər Ayda başqa planetlilərin mövcud olmasını gozlətmək üçün lazımdır; SSRİ-nın Qaqarinə qədər “itkin düşmüş kosmonavtları” və daha sonralar ortaya çıxan uğursuz idarə edilən uçuşlar barəsindəki şübhələr (kiçik “sovet ay sui-qəsdi” də daxil olmaqla - guya Qaqarin aya səfər uçuşları zamanı həlak olmuşdur); 11 sentyabr 2001-ci il terror aktı - Amerika xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmışdır; Con Kennedinin qətli - CİA (MKİ) tərəfindən planlaşdırılmışdır; Moskva və Volqodonskda yaşayış evlərinin partladılması - FTX tərəfindən təşkil edilmişdir; “Kursk” atom sualtı qayığının məhv olması - RF və ABŞ arasında yüksək ali səviyyədə münaqişədən uzaq qaçmaq gizlədilən amerikan sualtı qayığının hücumu nəticəsində baş vermişdir; Pol Makkartninin ölümü haqqında əfsanə - Bitlz qrupundan olan Pol makkartni 1966-cı ildə həlak olmuş və oxşar xarici görünüş və səsə malik olan oxşarı ilə əvəz edilmişdir; Vəfat etmiş və ya öldürülmüş dövlət başçılarının oxşarları ilə əvəz edilməsi - oxşar versiyalar Yeltsin, I Pyotr, Stalin və Kim Çen İr haqqında irəli sürülmüşdür. Nəzəriyyələrin qiymətləndirilməsi. Pensilvaniya universitetinin fəxri professoru Corc Entinin fikrinə görə adətən söhbət bir o qədər də elmi nəzəriyyələr haqqında deyil, miflər, ehtimallar, şayiələr haqqında gedir. Sui-qəsd nəzəriyyələri əksər hallarda mürəkkəb ictimai təzahürlərin sadə izahatının verilməsi üçün istifadə edilir (bu zaman tez-tez Argumentum ad ignorantiam psevdologik sübutlara müraciət edilir). Lakin siyasətdə, iqtisadiyyatda və digər bir çox sahələrdə istənilən proses iki və daha çox şəxsin koordinasiya edilmiş fəaliyyətinin nəticəsidir. Bu hərəkətləri gizli razılaşma və ya sui-qəsd kimi də izahlamaq olar. Lakin hələ Adam Smit göstərmişdi ki, istisadiyyatda fəaliyyət üçün əsas təşviqedici motiv subyektlərdən hər birinin mənfəətidir, Karl Marks isə göstərdi ki, siyasət son nəticədə iqtisadiyyatdan asılıdır - onun imkanları ilə məhdudlaşır və onun maraqları ilə idarə olunur. Sui-qəsd nəzəriyyəsi sui-qəsd iştirakçılarını ifşa etmək üçün deyil, onun bu və ya digər təzahürünü mahiyyətcə mistik izahatlarla pərdələnməsi üçündür. Sui-qəsdlər nəzəriyyəsinin əsas “mili” bəzi hadisələr və ya mövcud vəziyyətə görə guya məsul olan ictimai həyat subyektə  bir işarələmə, onların motivasiyasının öyrənilməsidir.

Bundan başqa, konspirologiyada mühüm rolu gizli, institutlaşdırılmamış hakimiyyət ideyası oynayır (“kuratorluq”). Real siyasi hərəkətlər daha tez-tez nəinki planlaşdırma, həm də realizə edilmə mərhələsində də məxfilik tələb edir. Buna görə də adi siyasətlə sui-qəsd arasında məhdudlaşdırma aparmaq hərdən çətin olur. Adətən sui-qəsdlər nəzəriyyəsi tərəfdarı üçün qarşıdan gələn dəyişikliklər qlobal əhəmiyyətə malik olur, xalqların və bütün dünyanın taleyi həll edilir. Sui-qəsdlərin və nəzəriyyələrin elmi izahatlanması iki müxtəlif yanaşmalarla xarakterizə edilir. Bir qayda olaraq sui-qəsdlər nəzəriyyəsinin sübutları sistemində ikili standartları aşkarlamaq mümkündür: istənilən ziddiyyətli faktlar ya zəif, ya da saxta kimi rədd edilir, sui-qəslər haqqında ehtimallar isə alternativi olmayan və sübuta ehtiyacı olmayan kimi sözsüz qəbul edilir. Konspirativizm sağlam təfəkkürdən məhrumdur, sübutlara əsaslanmır və ya mənbələrin səhihliyini qiymətləndirmir, bir izahatın digərindən üstün götürülməsi meyarlarına malik deyil, əsl sui-qəsdlər və onların necə iflasa uğramaları haqqında az bilir, hakimiyyət yeganə hədəf kimi nəzərdən keçirilir.

Sui-qəsd nəzəriyyəsini təkzib etmək üçün istənilən səylər onun tərəfdarları tərəfindən sui-qəsdin özünün bir hissəsi kimi izah edilə bilər. Misal üçün, iddia etmək olar ki, bu məqalə həqiqəti gizlətmək məqsədi ilə ümumdünya sui-qəsdi üzvləri tərəfindən yazılmışdır. Konspirativizm paranoikin düşüncəsini xatırladır, onun gözlərinə hər yerdə özünə qarşı sui-qəsdlər görünür. Bu nəzəriyyənin tərəfdarları güman edirlər ki, hər şey onların aid olduqları və ya özləri ilə eyniləşdirdikləri qrupa qarşı yönəldilmişdir. Sui-qəsd nəzəriyyəsində ən zəif yer (xüsusi ilə də “qlobalda”) - tarixi epizodun interpretasiyasına çoxlu sayda mürkkəbləşdirmələrin daxil edilməsidir. Mütləq qaydada pozulan prinsiplərdən biri - Xenlon ülgücü: baxmayaraq məlumdur ki, bu və ya digər hadisənin real səbəbi tamamilə adi ola bilər (bədbəxt hadisə, yalqız-manyakın hərəkətləri, epidemiya, qəza), onların yerinə çoxsaylı, qüsursuz konspirasiya olunmuş, güclü təşkilat qoyulur ki, onun da bütün üzvləri vahid məqsədə doğru irəliləyirlər və səhvlərə yol vermirlər. Belə ehtimal olduqca şübhəlidir. Olduqca az ehtimal ediləndir ki, kifayət qədər çox sayda insanın iştirakçısı olduğu hadisələr uzun müddət açıqlanmamışdır: tarix göstərir ki, real olaraq mövcud olmuş sui qəsdlər gec və ya tez aşkarlığa çıxırlar (misal üçün “Uotergeyt”). Sergey Kara-Mirzənin fikrinə görə “Sui-qəsdlər” nəzəriyyəsi qiymətləndirici olur və əksər auditoriyalarda opponetin ağzını bağlamaq üçün sınaqdan çıxarılmış üsul kimi istifadə edilir”.

Gələn saylarımızda konspirologiyanın kino və seriallarda istifadəsindən bəhs edəcəyik.

Mehman Muradlı, hüquqşünas





Həftənin ən çox oxunanları