“SSRİ ilə ABŞ arasında mövcud olan soyuq müharibə illərində dünyada müharibələrin sayı indikindən az deyildi. Ancaq o illər dünya ikiqütblü idi, hərə öz yerini bilir, nə ABŞ, nə də SSRİ qırmızı çizgini keçirdi”. Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin hazırda Amerikanın simasında birqütblü dünyanı tənqid edir, müstəqil dövlətlərin Amerikanın hegemonluğunu qəbul etməyəcəyini dönə-dönə vurğulayır: “Sözlərində müəyyən qədər həqiqət var, Amerikanın hər elədiyi düz olsaydı, bu gün İraq və ya Liviya qan çanağına dönməzdi. Buna baxmayaraq, Putinin iddia etdiyi çoxqütblü dünya da sabitlik üçün əsas vermir. Bəlkə də qütblərin sayı çox olsa, Amerika özünü hegemon hiss etməz, kollegial qərarlara üstünlük verərdi. Məsələ burasındadır ki, Putinin məqsədi çoxqütblü dünya yaratmaq deyil, bu görüntüdür. Kreml sahibi Rusiyanı SSRİ-nin varisi etmək istəyir ki, Amerika “çoxqütbü dünya” ilə deyil, Rusiya və onun maraqları ilə hesablaşsın. Məgər Rusiya Krımı işğal edəndə, Abxaziya və Cənubi Osetiyanı ələ keçirəndə və ya Donbası Ukraynadan ayıranda tərəfdaş adlandırdığı – Çin, Qazaxıstan, Belarus, Hindistan, Braziliya və ya Cənubi Afrika Respublikasıyla məsləhətləşmişdi? “Oralar mənimdir” deyib hərəkətə keçmişdi. Amerikadan nə fərqi oldu ki?” Alçina Amilqızı
- Ana səhifə
- Analitika
- Elxan Şahinoğlu: “Oralar mənimdir” deyən Putinin Amerikadan nə fərqi oldu ki?”
Elxan Şahinoğlu: “Oralar mənimdir” deyən Putinin Amerikadan nə fərqi oldu ki?”
Bu bölmədən digər xəbərlər
- Kəşfiyyatın diqqətlə izlədiyi səfər Tarix 25 Avqust, 12:40
- Sorosun İrəvandakı uşaqları Tarix 2 İyun, 15:39
- Erməniləri bölən Qarabağ planı Tarix 16 May, 11:23
- Səlim Müslümovun sonunu gətirən hesabat Tarix 12 May, 11:10
- Deputatların Qarabağ səfərinin gizlinləri Tarix 9 May, 11:26
- İnqilab Ermənistanı çökdürür Tarix 3 May, 01:23
- Hədəfdə 4 ölkə: Birinci kim olacaq? Tarix 16 Fevral, 23:00
- Soros yeni ssenarilər hazırlayır Tarix 14 Fevral, 22:52
- Qafqazın ən güclü ordusu Tarix 2 Fevral, 12:24
- Ölkə başçısından siyasi gücə: Prezidentləri lider edən cəhətlər Tarix 18 Yanvar, 11:04
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi