Yuxarı

Əli Kərimli üçün DƏFN QURULTAYI

Əli Kərimli üçün DƏFN QURULTAYI

Təklənmiş durumda və son şou yatmis2İllərlə AXCP-ni və müxalifəti içindən yeyən Əli Kərimli özünün separatizm burulğanında məhvə gedir. Azərbaycan Milli Azadlıq Hərəkatının təşkilat simvolu, dövlət müstəqilliyimizin müəllifi kimi tarixə düşən Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün ən qalmaqallı və çətin günlərini yaşayır. 1990-cı ilin Qanlı Yanvar hadisələrinə bilavasitə rəhbərlik edən SSRİ müdafiə naziri, marşal Yazov AXC-nin bütün strukturlarını dağıtmaq üçün Bakıya gəldiyini deyirdi. Lakin bunu edə bilmədi. Çünki Xalq Cəbhəsi xalqın içərisindən formalaşmış təşkilat, millətin hərəkat forması idi. Amma son 20 ildə Əli Kərimlinin şəxsi ambisiyaya söykənən maraqları, eqoizmi, hikkəsi və kini nəticəsində qocqoca bir təşkilat ucurumun kənarına gəlib çatıb. 1995-ci il AXC-nin partiyalaşması, Əli Kərimlinin təşkilat daxilində fraksiyalaşaraq ikitirəlik yaratması, zaman-zaman deputat mandatı üçün hakimiyyətlə bazarlaşmalar, Elçibəydən sonrakı dönəmdə “bizim kimi düşünməyənlər düşməndir” bolşevik düşüncəsi ilə cəbhəçilərin dışlanması təşkillatı indiki hala gətirdi. Hazırda Kərimlinin ətrafında yalnız onun siyasi keçmişi haqda məlumatı olmayan, az sayda aldadılmış gənclər qalıb – bütün tanınmış simalar təşkilatı çoxdan tərk ediblər. Son olaraq Razi Nurullayevin AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsi yaratması Kərimli siyasətinin fiaskosu oldu. Bu Komitə nəinki Əli Kərimlinin ətrafından böyük axınların gəlməsinə, həm də daha öncəki illərdə Xalq Cəbhəsindən kənarlaşan hərəkatçıların bir arada toparlanmasına səbəb oldu.  yatmis3AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sürətlə təşkilatlanması, partiyanın əksər rayon təşkilatlarının qarşı tərəfə keçməsi Kərimlini məcbur edib ki, tələsik qurultay keçirsin və öz təşkilatının parçalanmadığını cəmiyyətə nümayiş etdirsin. Lakin bu proses elə dönməz xarakter alıb ki, Kərimlinin bu məqsədə çatması praktik olaraq mümkün deyil. AXCP-nin rayon təşkilatları Əli Kərimlidən üz çevirib və fəaliyyətlərini AXCP EQTK-da davam etdirirlər. Partiyanın mövcud 76 rayon şöbəsinin 40-ı AXCP EQTK-nın legitimliyini tanıyır. Əli Kərimlinin ətrafında hazırda 36 rayon təşkilatı mövcuddur. Belə olan halda Əli Kərimli AXCP adından hər hansı qurultay keçirmək səlahiyyətini itirmiş sayılır. Belə demək mümkündürsə, qısa zaman kəsiyində Əli Kərimlinin rəhbərlik etdiyi partiyadakı azsaylı üzvlər, həmçinin rayon şöbələri də ondan üz döndərərək, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP EQTK-da yer aldılar. Yeri gəlmişkən, istər Ə.Kərimlinin təzyiqi ilə partiyadan qovulan, istərsə də baş verənlərə etiraz əlaməti olaraq istefa verərək, AXCP-dən ayrılan hər bir şəxsin tələbi ilk növbədə partiyada münasibətlər sisteminin normal səviyyəyə gətirilməsi, eyni zamanda bütün həqiqətlərin açılıb deyilməsi üçün qurultayın keçirilməsi idi ki, illərdir Əli Kərimli məhz bundan yayınır. Düzdür, müəyyən zaman kəsiyində AXCP-də qurultay məsələsi gündəmə gətirilsə də, ötən ilin sentyabrında Müsavat Partiyasının qurultay keçirməsinin ardından yaşanan parçalanma Əli Kərimlini qurultay və ya partiyadaxili islahat fikrindən tam daşındırmışdı. Belə ki, həmin dövrə qədər Ə.Kərimli qurultayın keçiriləcəyi vaxtı dəqiq deməsə də, toplantının baş tuta biləcəyini istisna etmirdi, amma Müsavatın qurultayından sonra yaşananlar onun birmənalı şəkildə qurultay məsələsindən vaz keçdiyini ortaya qoydu. Bununla belə son bir ayda AXCP-də baş verənlər Ə.Kərimlini o dərəcədə çıxılmaz vəziyyətə saldı ki, artıq  qurultay keçirmək məcburiyyətində qaldı. Daha doğrusu, bir sıra rayon təşkilatlarının, eləcə də aparıcı partiya funksionerlərinin Razi Nurullayevin tərəfinə keçməsi, hətta rayon şöbələrinin təsis konfransı keçirərək AXCP-nin Etimad Qurultayına nümayəndələr seçməsi istər Ə.Kərimlinin, istərsə də onun ətrafındakıların “kürkünə birə saldı”. Ə.Kərimlinin apardığı avtoritar partiya idarəçiliyinə, xarici antimilli dairələrlə işbirliyinə etiraz edən, eləcə də partiya funksionerlərinin üzvlərlə qaba davranışından narazı qalanlar artıq R.Nurullayevin yanında yer almaqdadırlar. Yəni bu “qurultay” “kreslo itirilməsi” və həqiqətlərin dilə gətirilməsi baxımından Ə.Kərimli üçün qorxusuzdur. Belə demək mümkündürsə, Ə.Kərimli bu qurultay tamaşasını gözdən pərdə asmağa hesablamışdı, amma tələsik keçirilən qurultay Əli Kərimlinin biabırçılığını pərdələyə bilmədi. Toplantıya muzdla adam cəlb olunması faktının ortaya çıxması, qurultaya dəvət olunan partiya liderlərinin və ictimai sektor nümayəndələrinin, ziyalıların gəlməməsi Əli Kərimlini pərt vəziyyətə salıb. Məlumata görə, qurultayda yetrəsayın yığılmayacağından qorxuya düşən Əli Kərimli, Fuad Qəhrəmanlı və Gözəl Bayramlı AXCP-yə aidiyyatı olmayan kənar şəxsləri 5 manat müqabilində zalda oturmasını təmin ediblər. Başqa bir dəqiq məlumata görə, bir sıra tanınmış ziyalılar, QHT və partiya sədrləri ilə gecə görüşləri keçirilib. Onların hər birindən qurultaya gəlmələri, çıxış etmələri israrla xahiş edilib. Hətta bəzilərinə “eləcə gəl, danışmasan da olar” təklifləri edilib. Amma partiya liderləri xahiş və təklifi qəbul etməyib. qurultayPartiya sədrlərindən əli üzülən dəstə daha sonra QHT-lərə üz tutub. Fəqət, yenə də rədd cavabı ilə üzləşiblər. Sonrakı ünvan ziyalılar olub. Əldə edilən məlumata görə, Xalq Cəbhəsinin qurultaylarına qatılan məşhur yazıçılardan biri dəvətə çox sərt cavab verib və deyib ki, “yetər ki, onun ən çətin anlarında yanında olduq. Amma öz bildiyini etdi hər zaman. Dağıdıcığılığın bir həddi vardı. Son olaylar göstərdi ki, o missiyasından əl çəkməyəcək. Mən gələ bilmərəm”. Bu da onu göstərir ki, artıq bu adam siyasi səhnədə təklənib. Özündən və yaxın ətrafında olanlardan başqa kimsə onunla bir masada oturmaq, eyni salonda, kürsüdə yanaşı durmaq istəyində deyil. Bunun real səbəbi isə illərlə apardığı dağıdıcı siyasət, boş və mənasız “mənəm-mənəmlik”dir. Ölkədə sosial və siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə, xaricdən aldıqlarının müqabilində ölkədə qarşıdurma yaratmağa cəhd göstərən, öz kiçik dairəsində adını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti (hazırda yaşadığı mənzillə) ilə məhdudlaşan Əli Kərimli kreslosunu itirməmək uğruna dillərində əzbər etdikləri “demokratiya”nı da ayaqlamağa hazır olduğunu nümayiş etdirir.   Əli Kərimlinin ambisiyaları AXCP-nin yenidən iki bölünməsi faktını rəsmiləşdirir və bu hərəkət ölkənin siyasi həyatında iki AXCP-nin fəaliyyətinə şərait yaratmış olur. Əli Kərimlinin bu addımı bütünlükdə müxalifətin əleyhinə işləməklə yanaşı, siyasi spektri seçim qarşısında qoyub. Bu da müxalifətin birliyinə əngəldir. Əli Kərimli və dəstəsi imkan vermədi ki, müxalifət daxili çəkişmələrdən azad olsun və mübarizə sistemini formalaşdırsın. Amma proseslərin gedişi və siyasi məntiq onu göstərir ki, bu, Kərimlinin sonuncu şousu olacaq. Azərbaycan müxalifətinin və AXCP-nin separatçı eqodan qurtulması ən yaxın zamanın işidir. Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları