Rusiya bu təşəbbüsü ABŞ-ın İslam Respublikasına qarşı sanksiyaları bərpa etmək niyyəti ilə əlaqədar irəli sürüb. "Sanksiyaların geri qaytarılması mexanizmini işə saldıqları barədə əsassız bəyanatdan sonra amerikalı həmkarlarımız Təhlükəsizlik Şurasının iclasına 2231 saylı qətnamənin icrası ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün etiraz etdilər”- deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini İqor Polyanski özünün "Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, avqustun 20-də ABŞ BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planında iştirakçı olan ölkənin İrana qarşı 2015-ci ildə qaldırılan çoxtərəfli sanksiyaların yenidən tətbiqinə imkan verən və BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun olanraq bərpa mexanizmini işə salmağı istəyib.
Lakin Almaniya, Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların bərpası ilə bağlı ABŞ-ın müraciətini dəstəkləməkdən imtina edib. Rusiya və Çin isə qətnamənin əleyhinə səs verib. Avropa ölkələrinin mövqeyi İranda yaxşı xəbər kimi qarşılansa da Tramp administrasiyası oktyabr ayına qədər sanksiyaların tətbiqində israr edir. Çünki 2231 saylı qətnaməyə görə, bu müddət ərzində Tehran tərəfindən ciddi qanun pozuntuları aşkar edilərsə, İran yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul edildiyi təqdirdə sanksiyaların qarşısını ala bilər. Bu vəziyyətdə, Təhlükəsizlik Şurasının daimi üzvlərindən ən azı biri bu qətnaməyə qarşı çıxsa, sanksiyalar avtomatik olaraq 30 gün ərzində yenilənəcək.
Diplomatların sözlərinə görə, Pompeo ehtimal ki, avqust ayında İndoneziyanın BMT-dəki səfiri, Təhlükəsizlik Şurasının prezidenti Dayan Trianciah Cani ilə görüşəcək.
Lakin İran rəsmilərinin açıqlaması göstərir ki, sanksiyaların bərpası İranın nüvə sazişinə dair 2015-ci ildə ildə "Altılıq” ölkələri ilə imzalanmış Hərtərəfli Fəaliyyət Proqramından çıxması ilə nəticələnə bilər. Hələ iyun ayında İran parlamentinin sabiq vitse-spikeri Əli Motəhərriri bununla bağlı Qərbi hədələmişdi. İran Əlavə Protokolun həyata keçirilməsinə qarşı tədbir olaraq son verə bilər və nüvə sazişini imzalayan qalan avropalılara öhdəliklərini yerinə yetirmələri üçün ciddi bir xəbərdarlıq edə bilər”.
Qeyd edək ki, İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə 1968-ci ildə qoşulub. Hərtərəfli Fəaliyyət Planında üzərinə götürdüyü öhdəliklərdən mərhələli şəkildə imtina etməsinə baxmayaraq, sözügedən beynəlxalq sazişə görə məsuliyyyət daşıyır. Lakin İran NSYM-dən çıxmağı ABŞ-a təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. ABŞ Hərtərəfli Fəaliyyət Planından çıxan zaman İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tramp administrasiyasını rəsmi Tehranın 1968-ci il müqaviləsindən çıxacağı ilə təhdid etmişdi.
İran prezidenti Həsən Ruhani isə mayın 7-də hökumətin iclasında silah embarqosunun qaldırılmasını HFP-nın ayrılmaz hissəsi adlandırmışdı. Bununla da H.Ruhani 2231 saylı qətnamədə nəzərdə tutulan sanksiyalar tətbiq edilərsə, İranın nüvə proqramına dair sazişi tərk edəcəyinə işarə etmişdi.
ABŞ-ın Avropadakı müttəfiqlərinin sanksiyaların bərpasına səs verməməsi eyni zamanda, HFP-nı qoruyub saxlamaq məqsədi daşıya bilər. Əks təqdirdə, sazişdən əvvəlki qadağaların bərpası nəticəsində İranın HFP-nın dağılması deməkdir. Bu isə İrana nüvə proqramını inkişaf etdirmək və uranın zənginləşdirməsini 20 faizə çatdırmaq üçün əlavə fürsət yarada bilər.
Müşfiq Abdulla