Yuxarı

PKK cildində ASALA: "Kalaşnikov"lar müasirləşir...

PKK cildində ASALA:

[caption id="attachment_1032" align="alignleft" width="219"]Resmiyye Qarayeva     Rəsmiyyə Qarayeva[/caption] Neçə gündür dünya, bir günün içində Suriyaya səfər edən Putinin elə oradaca tələm-tələsik bombardıman əmri verməsinin siyasi şokunu yaşayır. Belə düşünürlər ki, Rusiya Birinci Dünya Savaşında hədəfinə çatmadığı işlərini (Orta Şərqi ələ keçirməyi) tamamlamaq niyyəti ilə bölgəyə girir və həmən də bombalayır. Yəni məqsədi İŞİD-ə qarşı savaşmaq deyil, bölgəyə-Suriya başda olmaq üzərə İraq, İordaniya və Lİvana sahib olmaq, daha təhlükəlisi Türkiyənin dizini qırmaqdır. Vaxtilə Kazım Qarabəkir paşanın tarixin yaddaşında qalmış bir məruzəsini xatırladım. XX əsrin əvvəlində bənzər ssenariyə o, belə aydınlıq gətirmişdi: “Rusların böyük xəyalı ataları I Pyotrun vəsiyyətindəki ikinci maddəyə dayanır. Orada deyilir: “Mümkün olduca İstanbul və Hindistana yaxınlaşın. Bu şəhərlərə sahib olan dünyaya sahib olacaqdır. Türklərlə və farslarla savaşlara girin, Qaradəniz boyunca yavaş-yavaş hücuma keçin və bütün dənizə sahib olun. Sürətlə İranın zəifləməsinə nail olun. Bunu edərsəniz, Bəsrə körfəzi də sizindir. Orta Şərqdə ticarəti ələ alın, dünyanın xəzinə zirzəmisi olan Hindistana enib oraya da sahib olduqdan sonra İngilətərənin adalarına yan alın. Avstriya ilə əlaqələrə girib türklərin Avropadan atılmasına yardımçı olun. Avropanın İstanbul niyyətlərinə mane olun, bunun üçün Avropa ölkələri ilə Avstriya araslında münaqişlər törədin...” suriyaBirinci dünya müharibəsində torpaqları bölüşülən tək dövlət Osmanlı idi. Əldən düşmüş qoca Osmanlının torpaqlarında kiçik dövlətciklər qurulur, İngiltərə ilə Fransa sərhəd xətləri çəkirdi. Osmanlı əraziləri olan Bəsrə, Mosul və Bağdat İraq adlı dövlətə çevrilir, 1916-cı ildə türk əsgərlərini xaincə tələyə salıb xəncərlə qətledən Şərifi Hüseynin böyük oğlu Faysal bu dövlətə kral gətirilir. Bu arada diqqətə çatdırmaq yerinə düşər ki, türk əsgərlərini qətl etdiyinə görə həmin Şərif Hüseynə mükafat olaraq Məkkə krallığı hədiyyə edilmişdi. Növbəti dəfə ingilislər səhnəyə girir və Osmanlı torpaqlarında “İordaniya” adlı başqa bir dövlət yaradır. Bu dəfə də Şərifi Hüseynin o biri oğlu Abdullahı da İordaniyaya hakimiyyət başına gətirilər. Fransa isə Aralıq (Akdəniz) dənizinin sahillərində Suriyanı qurur. Beləcə, Birinci Dünya savaşından sonra Yaxın Şərqdə İngiltərə və Fransa sərhədlər çəkərək imperializmə xidmət edən dövlətlər yaratdılar. O zaman Rusiya bu oyundan kənara buraxılmışdı. Türkiyənin isə başı iç savaşlara qarışmışdı. Bir il əvvəl Avropanın qapı göstərdiyi Putini Türkiyə prezident Ərdoğan böyük təntənə ilə Ankarada qarşıladı, gerçəkləşməsi mümkün olmayacaq qaz müqaviləsi imzaladılar. Bu, Amerikaya, Avropaya Sizin düşməniniz mənim dostumdur" sərgiləmək idi. Türkiyə Prezidenti biraz əvvəlki tarixi oxumuş olsaydı bicəkdi ki, PKK Rusiyanın uşağıdır və otuz ildən artıqdır ki, türk insanına atəş açılan "Kalaşnikov" silahıdır. Bu dəfə də elə oldu. Putinin mübarək səfərindən çox keçmədən PKK separatçıları həm Türkiyənin daxilində, həm də Suriyada aktivləşdi, açılım birdəfəlik qapandı. Bu dəfə meydanda Rusiyanın daha müasir silahları dövriyəyə gidi. Son nəticə olaraq Putin qoşununu Suriyaya yeritdi və necə deyərlər PKK ilə dədə-baba əmakdaşlığını bərpa etdi. Elə buradan PKK haqqında qısa bir arayışı Türkiyə başçısının diqqətinə çatdırmaq istəyirəm. 1978-cu illərdə SSRİ xüsusi xidmət orqanlarının hazırladığı xüsusi plan əsasında ASALA NATO-nun cənub qanadını dağıdaraq məhv etməyə və zəiflətməyə xidmət edən Kürd Fəhlə Partiyası ( Partiya Karkeren Kurdistan-PKK) qurmaq üçün hərəkətə keçdi. Bu məqsədlə yuxarıda da qeyd etdiyimiz kimi ad və soyadlarını dəyişdirərək özlərini kürd və türk kimi, qələmə verən erməni əsilli Türkiyə vətəndaşlarından istifadə edilməyə başlandı. ASALA erməni terror təşkilatının yardımı ilə 1978-ci il noyabr ayının 27-də marksist-leninçi ideyalar adı altında terrorçu Kürd Fəhlə Partiyası - PKK quruldu. Onun rəhbərliyinə isə ASALA tərəfindən erməni əsilli Abdullah Öcalan gətirildi. PKK-nın SSRİ xüsusi xidmət orqanlarının tapşırığı əsasında ASALA və erməni əsilli Türkiyə vətəndaşları tərəfindən yaradıldığını əldə olan təkzibedilməz faktlar da bir daha sübut edir. Rusiyanın əli ilə PKK-nın qurulmasında xüsusi rol oynayanlardan biri də Muşda doğulan erməniəsilli Mümtaz Kötandır. O, bir müddət PRK-da rəhbər vəzifələrdə işləyib. Sonra ASALA tərəfindən Yunanıstana göndərilib və SSRİ KQB-sinin maliyyə yardımı ilə orada “Ruzgari” və “Kürdistan Press” jurnallarının nəşrinə başlayıb. Ötən əsrin 90-cı illərinin sonlarında ASALA-nın adı bir daha türklərə qarşı terror olaylarında çəkilmədi. İlk baxışdan adama elə gəlir ki, ASALA və digər erməni terror təşkilatları bununla da tarixə qovuşdular. Amma ASALA ilə bağlı araşdırmalar aparılarkən onun heç də tarixin siyasi səhnəsindən çıxıb getmədiyi aydın şəkildə nəzərə çarpır. Əslində ASALA simasını dəyişərək ötən əsrin 90-cı illərində SSRİ xüsusi xidmət orqanları tərəfindən yaradılmış Kürd Fəhlə Partiyası (PKK) cildinə büründü. Buna səbəb isə PKK adı altında Türkiyəyə qarşı daha çevik terror aktları həyata keçirmək və Anadoluda yaşayan kürdləri milli azadlıq mücadiləsi adı altında Ankaraya qarşı qaldırmaq və onlardan dəstək almaq idi. Türkiyə bir nüansı heç unutmamalı: "Kalaşnikov"lar müasirləşir    





Həftənin ən çox oxunanları