Yuxarı

İyunda torpaqlar qaytarılmayacaq

İyunda torpaqlar qaytarılmayacaq

Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan rəsmi Bakı ilə hansısa sənədin imzalanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Cebhe.info xəbər verir ki, nazir bu barədə informasiyaların həqiqətəuyğun olmadığını deyib. Nalbadyan qeyd edib ki, prezident İlham Əliyev və Serj Sarkistanın bu ilin iyununda keçiriləcək görüşündə də hər hansı sənədin imzalanması nəzərdə tutulmur.

Prezidentlərin görüşündə hansısa sənədin imzalanması nəzərdə tutulmur. Hansısa sənəd barədə danışmaq hələ tezdir, imzalanmaq üçün hər hansı sənəd də yoxdur”,- deyə nazir vurğulayıb.

Qeyd edək ki, aprelin 2-də cəbhədə vəziyyət gərginləşib. Bir neçə gün davam edən döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-də tərəflər atəşkəs elan etsələr də, erməni tərəfi atəşkəs rejimini pozmaqda davam edir.

 





Həftənin ən çox oxunanları