Yuxarı

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqladı

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqladı

İyunun 30-da Avropa İnsan Hüquqları Məhkəməsi 18 iş üzrə yeni qərarlar elan edib.

Cebhe.info-nun məlumatına görə, bunu vəkil Əsabəli Mustafayev deyib.

Vəkilin sözlərinə görə, bu qərarların 13-ü onun apardığı işlər üzrə olub:

“Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli araşdırma hüququ), 7-ci (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrin pozuntusu tanınmışdı. Kompensasiya hamıya eynidir, ümumi məbləğ 165 000 avro təşkil edir. Ancaq bu ay və ancaq mənim apardığım belə 15 iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib. İlin əvvəlindən isə oxşar işlərin sayı 20-yə çatdı. Bu fakt artıq sistem nöqsanının və inzibati praktikanın göstəricisidir. Hakimiyyət nümayəndələri " Bizdə məhkəmələr müstəqildir”, “Bizdə bütün hüquqlar təmin olunub" ifadəsini işlətməmişdən qabaq bu qərarların oxumaları məsləhətdir”.

Əsabəli Mustafayev onun apardığı iş üzrə 13 şikayətçinin və digər 4 nəfərin ad və soyadlarını da açıqlayıb:

“Onlar Məmməd İbrahim, Qurbanlı Əbülfəz, Hacıbəyli Rüfət, Budaqov Elşad, Carçıyev Orxan, Xalıqov Vaqif, Fərhadi Hafiz, Cərullayev Elçin, Kərimov İnqilab, Abbasov Şakir, Eyvazov Zülfüqar, Mirələmli Təzəxan və Həsənov Bəhruzdur.

Həmçinin bu gün Avropa Məhkəməsi 4 seçki işi ilə bağlı qərarlarını elan edib. Şikayətçilər Məmmədli Nürəddin, Cərullayeva Dünyaxanım, İltizam Əkbərli və Palanqov Nobatalidir.

Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro, cəmi 44 000 kompensasiya təyin olunub. Bu məbləğ, yəni 165 000 avro ancaq mənim müdafiə etdiyim şəxslərə ödəniləcək. Digər işlərlə birlikdə isə, şikayətçilərə ümumilikdə, 230 000 avro ödəniləcəkdir. Təqribən 400 000 manat.

Birinci 3 işdə nümayəndə hörmətli İntiqam Əliyevdir.

Bu gün Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərar elan edib. Kompensasiyanın məbləği 20 900 avrodur. Bütün şikayətçiləri və onların nümayəndələrini qələbə münasibətilə təbrik edirəm”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları