Yuxarı

Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

Kimliyi indiyə qədər erməni ictimaiyyəti tərəfindən bilinməyən “L.Galadjian” adlı sosial şəbəkə istifadəçisi eks-müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzannanın arzusunun ürəyində qalması, onun “birinci ledi” xəyalının puç olması və bunun Serj Sərkisyanın həyat yoldaşı Rita ilə bağlılığının gizlinlərini açıb. Cebhe.info xəbər verir ki, erməni KİV və sosial şəbəkələrində yayılan bu xəbər bütün Ermənistanda qarışıqlığa səbəb olub. Sosial şəbəkənin “Lusine Galadjian” adlı istifadəçisinin öz səhifəsində paylaşdığı yazı ilk başda profilin kimə məxsus olduğunu və söhbətin nədən getdiyini bilməyən erməni istifadəçiləri üçün maraq doğurub. Araşdırmalarından sonra “L.Galadjian”ın kimliyi məlum olub və onun  Ermənistanın yeni təyin edilmiş müdafiə naziri Vigen Sərkisyanın həyat yoldaşı olduğu üzə çıxıb. Erməni KİV nümayəndələri mövzunu öyrənmək üçün onunla əlaqə saxlamağa çalışsa da, onlara “L.Galadjian”ın hazırda Los-Ancelesdə olduğu bildirilib.  





Həftənin ən çox oxunanları