Hikmət Hacızadə: “Klintonun dövlət idarəçilindən başı çıxır. Tramp isə Jirinovskifason adamdı, səviyyəsizdi” Zərdüşt Əlizadə: “Kimin seçilməsindən asılı olmayaraq...” ABŞ prezidentliyinə namizəd Hillari Klinton dünya əhalisinin əksəriyyətinin dəstəyini qazanıb. “Gallup İnternational” təşkilatı bu il avqustun sonu-sentyabrın əvvəlində keçirdiyi sorğu əsasında bu qənaətə gəlib. H. Klintonu dəstəkləyənlərin əksəriyyəti Qərbi Avropada və Latın Amerikasında yaşayanlardır.45 ölkədən 44200 nəfər iştirak edib. Respondentlərdən ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton və ya Donalt Trampdan hansının seçilməsini istədikləri soruşulub. Sorğu iştirakçılarından 59 faizi Hillari Klintona dəstək ifadə edib. Donald Tramp isə 25 faiz respondentin dəstəyini qazanıb. Hillari Klinton ən az səsi Aİ-yə daxil olmayan Avropa ölkələrindən alıb. “Gallup” belə ölkələrin siyahısında Azərbaycanın, Gürcüstan, Makedoniya və Rusiyanın adını qeyd edib. Bu regionlarda keçmiş dövlət katibi 13 faiz, Donalt Tramp isə 32 faiz dəstək qazanıb. Maraqlıdır ki, ABŞ-ın özündə prezidentliyi namizədlərdən hansı dəstəklənir? Yəni, ölkənin iqtisadi vəziyyətində və xarici siyasətində ABŞ xalqı hansı namizədin verdiyi vəd və təklifləri önəmsəyir? Qeyd edək ki, ABŞ prezidenti Barak Obama keçmiş dövlət katibi Hillari Klintona prezident seçkilərində rəsmi olaraq dəstək verib.Obama hesab edir ki, Klinton prezidentliyə ən yaxşı namizəddir. Tramp sərhədə divar çəkəcək, Rusiya ilə dostlaşacaq Ekspertlərin fikrincə, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun ölkəsinin iqtisadi və siyası vəziyyəti ilə bağlı etdiyi çıxışlar bəsit səslənsə də, əslində onun daha məqbul idarəçiliyi olduğu bildirilir. Prezidentliyə namizəd Donald Trampın isə daha mühafizəkar çıxış və vədləri var ki, bu ABŞ əhalisini çaş-baş salır. Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar tikəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Rusiya prezidenti Vladimir Putinlə dostlaşacağını deyib. Donald Trampdan fərqli olaraq Hillari Klinton tanınan siyasətçidir. Nyu-York ştatının konqresmeni olub, dövlət katibi vəzifəsində çalışıb. Yəni, Trampdan fərqli olaraq xarici siyasətdən başı çıxır. Hillari Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir. Siyasi şərhçilər hesab edirlər ki, Hillari Klinton prezident seçilərsə ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var. Bundan əlavə Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini Hillari Klinton daha yaxşı anlayır. Müsəlmanları söyür, qadınları təhqir edir Politoloq Hikmət Hacızadə “Cümhuriyət” qəzetinə bildirib ki, əslində hər ik namizədlə bağlı aparılan rəy sorğularının nəticələri bərabər gedir: “Rəy sorğusu hər həftə, hər gün dəyişir. Ona görə də konkret hansının irəlidə olduğunu deyə bilmirəm. Amma dəstəklənməyə gəlincə, Hillari bir az normal adamdı, ciddidir, dövlət katibi və senator işləyib. Dövlət idarəçilindən başı çıxır. Tramp isə Jirinovskifason adamdı, səviyyəsizdi. Bu yazıq haradansa bir qayda olaraq gəlir əldə edib. İndi də bir yandan ev tikir, daş satır. Avara adamdı. Respublikaçılar mühafizəkardı, qadınları təhqir edir, söyür... Eyni zamanda müsəlmanları təhqir edir”. Siyasi şərhçi Zərdüşt Əlizadənin fikrincə, dünya əhalisinin hansı namizədi dəstəkləməsi məsələsi önəmli deyil, əsas Amerika əhalisinin rəyi götürüləcək: “Amerika əhalisi və dünya ictimaiyyəti rəyi haqqında çox zəif təsəvvürə malikdir. Namizədi seçən hər kəs öz ürəyinin səsi və ağlı ilə seçəcək. Seçdiyi insanı da dünya qəbul etməli olacaq”. Politoloq qeyd edib ki, Amerikanın xarici siyasəti əsasən ikipartiyalıdır: “Əslində Amerikanın xarici siyasətində kəskin dəyişikliklər baş vermir. Kimin prezident olmasından asılı olmayaraq Amerika hökuməti öz ölkəsinin maraqlarını müdafiə etməkdə davam edəcək”. Alçina Amilqızı
- Ana səhifə
- Dünya
- ABŞ seçkiyə gedir: Tramp, yoxsa Klinton?
ABŞ seçkiyə gedir: Tramp, yoxsa Klinton?
Bu bölmədən digər xəbərlər
- Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…” Tarix 24 Dekabr, 04:21
- Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq? Tarix 26 Noyabr, 08:05
- Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək? Tarix 3 Sentyabr, 14:52
- Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur Tarix 22 Avqust, 18:36
- Tehran üçün sürpriz: İran "qara zolaq”dan çıxır? Tarix 22 Avqust, 18:35
- CHP "incə-incə" parçalanır? Tarix 11 Avqust, 21:48
- Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər Tarix 6 Avqust, 15:44
- Terror siyasəti: İran "əkdiyini biçir” Tarix 28 İyul, 00:13
- Böyük ticarət savaşı: Virus kimi qalib edəcək? Tarix 18 İyul, 21:51
- Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? Tarix 12 İyul, 23:12
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi