Yuxarı

Türkiyədəki Rusiya səfiri güllələndi

Türkiyədəki Rusiya səfiri güllələndi

Dekabrın 19-da Türkiyədəki Rusiya sərifi Andrey Karlova sui-qəsd edilib.

Cebhe.info  xəbər verir ki, bu barədə məlumatı ilk olaraq CNN-Türk yayıb. Hadisə rus səfirinin də getdiyi sərgi salonunda baş verib. Bir nəfər sərginin keçirildiyi binaya daxil olaraq “Hələbdə tökdüyünüz qanın qisasını alacağıq” deyib və səfiri güllələyib. Olay baş verən zaman içəridə 70-a yaxın şəxs olub.

Hadisə barədə məlumat alan polis və xüsusi təyinatlılar olay yerinə gedib. Əməliyyat keçiriən xüsusi təyinatılar atəş açan şəxsi zərərsizləşdirib.  Səfir dərhal xəstəxanaya aparılıb. Hadisəni törədən şəxsin “Mən ölmədən burdan çıxmaram” dediyinə dair ilkin şahid ifadələri var. Daha sonra hadisəni törədən şəxsin görüntüləri yayılıb. Müşahidə kameraları səfirə sui-qəsd edən şəxsi görüntüləyib. Qəzetimiz çapa gedərkən yayılan məlumata görə, səfir Andrey Karlov aparıldığı xəstəxanada vəfat edib.

 





Həftənin ən çox oxunanları