Yuxarı

Lapşinə mühafizə, Dilqəmə türmə

Lapşinə mühafizə, Dilqəmə türmə

Rusiya vətəndaşı Dilqəm Əsgərov və yoldaşı Şahbaz Quliyevi ermənilərin Dağlıq Qarabağdakı separatçı rejiminin hərbçiləri saxlayanda Azərbaycanda hamı sadəlövhcəsinə o arzuya inanırdı ki, Kreml öz vətəndaşını müdafiə edəcək, ermənilərdən Dilqəmi tələb edəcək. Amma daşdan səs çıxdı, Şimal qonşumuzdan yox. Ən aşağı və ən yüksək səviyyədə belə bu məsələ Azərbaycanda gündəmə daşındı. Yenə də Rusiya özünü elə aparırdı ki, guya heç onun “Dilqəm Əsgərov” adında vətəndaşı olmayıb. Heç Rusiya ermənilərin “dövlət sərhədlərini pozmuş təxribatçı” ittihamlarını da qəbul edib demədi ki, “Verin mənim vətəndaşımı, cəzasını da özüm kəsəcəm”. Demirdi, çünki Dilqəm Əsgərov Rusiyanın işinə yaramayacaq adam idi. Doğulduğu Kəlbəcərini görmək üçün bütün təhlükələrə rəğmən öz həyatını riskə ataraq, bunun sonrakı nəticələrini göz önünə alaraq ora getmiş azərbaycanlı vətənpərvər idi.Kremlin faydalı axmaqlarıƏlbəttə, Pyotrdan başlayaraq erməniləri azərbaycanlıların üzərinə lənət kimi müsəlləh edən ruslardan bu separatçı ünsürlərə “böyük qardaş şapalağı” ilişdirəcəyini ən axırda gözləmək lazım idi. Sadəlövh olmaq lazım deyil və düşməni də öz adıyla çağırmaq lazımdır. Ermənistan nə qədər Azərbaycana düşməndirsə, bu separatçı ölkənin özəyini təşkil edən ünsürlər nə qədər “Azərbaycan” və “türk” adına qənim kəsiliblərsə, onlardan düşmən düzəldərək lazımi məqamlarda silah kimi istifadə edən və üzərimizə göndərən Rusiya da bizə bir o qədər, ondan da çox qənim kəsilib.Həmin Rusiyanın ölmüş lideri Lenin həmin erməniləri “faydalı axmaqlar” adlandırmışdı. Əlbəttə, burada ermənilərin ruslara nə üçün lazım olduğunun və indən sonra da rusların bu faydalı axmaqlardan imtina etməyəcəyinin, əksinə, Azərbaycan və digər dövlətlərə təsir rıçaqlarını gücləndirmək üçün onlar üçün “Böyük Ermənistan” quracağının da sirri açılır.Rusiya bu faydalı axmaqlardan Azərbaycana qarşı istifadə edən düşmən ölkədir. Həmin ölkənin rusları özlərində təpər tapıb ard-arda türklərin və digər millətlərin yaşadıqları bölgələri işğal edib güc yığdıqca, qonşuluqda Azərbaycana qarşı təhlükəyə çevrildi. Bu lənət ilk rus çarından Putinədək Şimaldan həmişə ölkəmizə müsəlləh olmağa çalışdı və geri çəkilmədi.Dilqəm və LapşinQarabağdakı erməni separatçılarının təbliğatıyla məşğul olan bloqqer Aleksandr Lapşin bu əməllərinə görə Belarus məhkəməsinin qərarıyla həbs olundu. Minskdəki mühakimədən sonra Azərbaycana təhvil verildi və Dilqəm Əsgərov qarşısında susan Rusiya bu “oruc”unu pozdu. Putinin mətbuat xidməti Dmitri Peskov Lapşini müdafiə edəcəklərini deyərək, üstüörtülü şəkildə onu Azərbaycandan geri istədi. Kreml Lapşini müdafiə edirdi. Çünki Lapşin öz agenti idi, Dilqəm kimi deyildi.Aleksandr Lapşin Azərbaycana, Dilqəm Əsgərov da Ermənistana görə “sərhədləri pozub”. Amma bu iki “sərhəd pozucusu” arasında iki fərq və iki eynilik vardı. Hər ikisi Rusiya vətəndaşıdır. Lakin sərhəddi pozan Aleksandr Lapşindir. Və o, sərhədləri sırf Kremlin çirkli missiyasını yerinə yetirmək üçün pozmuşdu. Dilqəm Əsgərov isə sərhədi pozmamışdı. Sadəcə, işğal olunmuş ərazilərlə Azərbaycan arasındakı təmas xəttini keçərək Kəlbəcərə getmişdi. Amma bu gediş arasındakı fərqə münasibətdə Rusiya öz agentini müdafiə etdi, vətənpərvərliyi yox. Əgər Dilqəm Əsgərov Qarabağa Aleksandr Lapşinin missiyasını aparsaydı, Rusiya 90 kiloqramlıq vətənpərvərin nəhəng cüssəsinin Şuşa həbsxanasında şam kimi əridilməsinə göz yummazdı. Rusiya həmişə soyuq Şimalda peyda olandan bu günədək yalnız özlərinin xeyirlərinə yanmayan ocağa buz kimi külək üfürüb.Ədalət tərəzisi həmişə ədalətsizliyi ağır çəkmiş rusların üzləri lap şindəndir. Əlbəttə, üzləri şindən olanlar lapşinləri müdafiə edəcək, Dilqəm kimi öz vətənlərinin müsəlləh əsgərləri olanları yox. Dilqəm Rusiyanın əsgəri deyil.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları