Yuxarı

Güneydə 25 illik ana dili savaşı

Güneydə  25 illik ana  dili savaşı

 Mübariz Göyüşlü: “Mübarizə varsa, nəticə də olacaq”1952-ci il fevralın 21-də hazırda Banqladeşin paytaxtı olan Dəkkədə benqali dilinin Pakistanın dövlət dillərindən biri olması tələbi ilə tələbələrin mitinq keçirilib. Lakin polislərin açdığı atəş nəticəsində çoxlu sayda tələbə həlak olub. 2000-ci ildən başlayaraq fevralın 21-də Beynəlxalq Ana dili günü qeyd olunur. Müvafiq qərar 1999-cu il noyabrın 17-də BMT-nin Baş konfransı tərəfindən verilib və dil və mədəniyyət müxtəlifliyinə xidmət edir.Ana dili uğrunda mübarizə Güney Azərbaycanda millətləşmənin əsas istiqamətlərindən biri olub. Uzun illər İranda yaşayan soydaşlarımızın ana dilində təhsil almaları ən aktual mövzulardan biri olub. İslahatçıların İranda hakimiyyətə gəlişindən sonra bu istiqamətdə real addımlar atılacağına dair dəfələrlə vədlər versələr də, əməli nəticə ya olmayıb, ya da ki, verilən vədlər sadəcə sözdən ibarət olub.Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, "İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərinin mətbuatda istifadəsi, məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır". Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə tədrisə icazə verib. Hazırda isə bu məsələ ətrafında müəyyən ziddiyyətlər müşahidə olunur. Son 25 ildə Güney Azərbaycan ana dili uğrunda mübarizədə hansı nailiyyətlər əldə edib?“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün İranda olan çətinliklərə, problemlərə baxmayaraq ana dilinin müdafiəsi və yayılması uğrunda mübarizə davam edir: “Orada yaşayan azərbaycanlılar türk dilinin  əriməsinin qarşısını almaq üçün əllərindən gələni əsirgəmirlər. Bu istiqamətdə çox ciddi çalışmalar var. Lakin hələ ki, yekun nəticəyə nail ola bilməmişik. Şəxsən mənim gözlədiyim konstitusiyada deyildiyi kimi, İranda türk dilinin ikinci rəsmi dil olması və yaxud da ümumiyyətlə, İran dövlətində rəsmi dil olaraq təsdiq edilməsidir. Azərbaycan türkcəsinin ikinci rəsmi dil olaraq qəbul edilməsi məsələsi konstitusiyada da öz əksini tapıb. Bu, orda olan türk çoxluğunun təbii haqqıdır ki, rəsmi dil olaraq türk dili elan olunsun. Hərçənd bu, çox böyük bir dəyişiklikdir. Yəni, yaxın zamanlarda İran dövlətinin belə bir addım atacağına  inanmıram. Amma zamanla mübarizənin hansısa nəticəsi ola bilər. Gözlədiyim yekun nəticə budur. Amma bu baş verməyib deyə İranda bununla bağlı bəlkə də milyonlarla insanın apardığı mübarizənin üzərinə kölgə salmaq istəmirəm. Onların bu istiqamətdə apardığı mübarizəni çox yüksək qiymətləndirirəm. Bu gün əldə olan nailiyyətlər - İranın dövlət televiziyasında Azərbaycanla bağlı hər hansı bir verilişin olması, müəyyən saatların ayrılması, universitetlərdə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı fakültələrin açılması ilə bağlı təşəbbüslər həmin mübarizələrin nəticəsidir. Bildiyim qədərilə Azərbaycan dilində olan mətbuatın mövcudluğu da bu fəaliyyət sayəsində ərsəyə gəlib. Yəqin ki, bu cür mübarizələr davam etdikcə daha tutarlı nəticə əldə etmək olacaq”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları