Avropa Parlamentində qəbul edilmiş qətnamə rəsmi Bakının Avropa ilə əlaqəli iri enerji layihələrinin həyata keçirilməsində marağını azalda bilər. Trend-in məlumatına görə, bu fikirlər Brüsseldə fəaliyyət göstərən nüfuzlu “EurActiv” xəbər portalında yayımlanan “Avropa Parlamentində keçirilmiş səsvermədən sonra TAP və DESFA-nın qeyri-müəyyən gələcəyi" adlı məqalədə qeyd olunur. Müəllif Avropa Parlamentində qəbul edilmiş məlum qətnamənin Azərbaycanda geniş əks-səda doğurduğunu və rəsmi Bakının Avropa ilə əlaqəli iri enerji layihələrin həyata keçirilməsində marağının azala biləcəyinə işarə vurur. Müəllif Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun qətnamənin qəbulu zamanı prosedur qaydaları pozuntusuna yol verildiyini, məsələnin komitələr çərçivəsində müzakirə olunmalı, daha sonra səsverməyə çıxarılmalı olduğunu bildirdiyini oxucuların diqqətinə çatdırır. E.Brokun “əks təqdirdə Azərbaycanı itirə bilərsiniz” şəklində xəbərdarlıq etdiyini də xatırladan müəllif Azərbaycan parlamentinin məsələ ilə əlaqədar növbədənkənar iclas keçirdiyini və qəbul edilmiş qətnamənin Azərbaycana qarşı qərəzli münasibətin olması ilə əlaqələndirdiyini diqqətə çatdırır. Məqalədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun Avropa Parlamentinin bu qərəzli oyunlarına qarşı ən tutarlı cavabın Azərbaycan xalqının öz prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsinin olduğu vurğulanır. Sonra müəllif Azərbaycanın Avropa İttifaqının qaz təchizatının diversifikasiyasında mühüm rol oynadığını xatırladaraq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi barədə məlumat verir və bu dəhlizin inşasının xüsusilə Cənub-Şərqi Avropa ölkələrinin Rusiya qazından asılılığının azaldılması üçün ilk real addım olduğunu qeyd edir. Məqalədə eyni zamanda, SOCAR-ın Yunanıstanın qaz paylayıcı şəbəkəsi olan DESFA-nın hissələrinin 66%-nin sahibi olduğu və bu hissələrə Avropa İttifaqının təkidi ilə yiyələndiyi, lakin 2014-cü ilin noyabrında Avropa Komissiyası tərəfindən bu sövdələşmənin Avropa İttifaqının Üçüncü Enerji Paketi ilə uyğunluğunun araşdırılması üçün təhqiqatın başlandığı xatırladılır. Ümid
- Ana səhifə
- Dünya
- Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi: "Əks təqdirdə Azərbaycanı itirə bilərsiniz"
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi: "Əks təqdirdə Azərbaycanı itirə bilərsiniz"
Bu bölmədən digər xəbərlər
- Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…” Tarix 24 Dekabr, 04:21
- Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq? Tarix 26 Noyabr, 08:05
- Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək? Tarix 3 Sentyabr, 14:52
- Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur Tarix 22 Avqust, 18:36
- Tehran üçün sürpriz: İran "qara zolaq”dan çıxır? Tarix 22 Avqust, 18:35
- CHP "incə-incə" parçalanır? Tarix 11 Avqust, 21:48
- Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər Tarix 6 Avqust, 15:44
- Terror siyasəti: İran "əkdiyini biçir” Tarix 28 İyul, 00:13
- Böyük ticarət savaşı: Virus kimi qalib edəcək? Tarix 18 İyul, 21:51
- Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? Tarix 12 İyul, 23:12
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi