Yuxarı

Kiyev knyazlığını yönəldən türklər

Kiyev knyazlığını yönəldən türklər

kiyev1Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adıyla xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qaradənizə qədər olan sahəyə yayılan Qıpçaqlar, bu dövrdən sonra da böyük bir hərəkətlə yeni ərazilərə yayılırdılar. XI yüzildə İrtış çayı sahilində yaşayan qıpçaqlar qərbə doğru hərəkət edərək peçeneqləri məğlub etdilər. Peçeneqlərin bir hissəsi-Vərəndə, Qov, Tuba adlı tayfalar qıpçaqların tərkibinə daxil oldular.

Bu tayfalar ittifaq bağlayaraq Qarabörk birliyi kimi tanınmağa başladılar. İlk dəfə Qara börklərin (ukrayincə Çorn³ Klobuki rusca Ǹrnıe klobuki?) adı rusların İpatiy salnaməsində 1146-cı ildə yazılı şəkildə qeydə alındığı aşkarlanmışdır sonuncu dəfə isə 1193-cü ildə.

kiyev

Salnaməyə əsasən, Qara bürklərə daxil olan türk tayfalarının bəziləri bunlardır: torklar, peçeneqlər, berendeylər, kovuilər, turpeylər, kayepişlər. Ayrıca olaraq bəzi tayfaların adları (misal üçün torklar hətta 1235-ci ildə) daha sonrakı dövrlərdə də qeydə alınıb. Rus salnaməçiləri ilk vaxtlar qara börkləri öz adları ilə qeydə alsalar da, sonralar öz qeydlərində bu adı Çerkas olaraq əks etdiriblər. 15-ci əsrə aid Moskva səlnaməsində və daha sonrakı dövrə aid olan Voskresensk salnamələrində qara börklərin əsl adları çerkas (Qafqazda yaşayan çərkəzlə əlaqəsi yoxdur) olduğunu iddia eləyirlər. Rusiyanın görkəmli tarixçisi Karamzin də bu fikri öz əsərlərində müdafiə edirdi. Artıq sonrakı dövrlərə aid olan salnamə və xronikalarda qara börklər bu birliyə daxil olan tayfaların adlarının müstəqil qeyd olunması şəklində və ya Çerkaslar və Kazaklar şəklində qeyd olunur. Rus tarixçiləri hər fürsətlə qara börkləri müxtəlif etnik qruplara aid olduğunu və ya türk kökənli tayfalardan daha çox finno-uqor tayfaların bu birlikdə yer almasını həmişə iddia etməklə və ya başqa üsullarla tarixi saxtakarlıqlara əl atırlar. Lakin ən bəsit şəkildə, hətta qara börkləri idarə edən xanların adlarından belə bütün bu boş iddialar ifşa olunur. Qara börklərin Monaçki Satmaz, Qaragöz Mnyuz Kokey və digər xanların adlarının türk kökənli olması bütün saxtakarlıqları ifşa edir. Qara börklər Kiyev knyazlığının mühüm hərbi qüvvəsi idi və demək olar ki, bütün müharibələrində bir başa iştirak edirdilər. İpatiy salnaməsinə əsasən, Kiyev knyazlarının hərbi qüvvələri üç hissəyə bölünürdü: kiyevlilər, qara börklər və knyaz drujinası (birbaşa knyaza tabe olan silahlı birləşmə). Kiyev knyazlığının həmin dövrdə əsas iki siyasi qüvvəsi var idi: Kiyev boyarinləri (slavyanlara məxsus titul) və qara börklər. Hər iki qüvvə dövləti idarə edirdi və mühüm qəqarların alınmasında hər ikisi də birbaşa iştirak edirdi. Qara börklərin Kiyev knyazlığında mühüm rol oynadığnı salnamələr dəfələrlə vurğulayır. Buna sübut olaraq, tez-tez rast gəlinən «vsə zemlə Rusğkaə i çornıe klobuki» (bütün Rus torpağı və qara börklər) ifadəsini nümunə gətirmək mümkündür. Fars tarixçisi Rəşid-əd-Din moğol-tatar qoşunlarının rusları 1240-cı ildə işğal etməsini qələmə alarkən qeyd edir: «Batu xan qardaşları Kadan Buri və Buçeklə rusların və qara börklərin torpaqlarına hərblə yürüş etdilər və 9 günə rusların Mankeran (Kiyev) adlı böyük şəhərlərini zəbt etdilər.» Sonrakı dövrlərdə qara börklər qismən sürgünlərlə qismən isə könüllü olaraq Volqayanı ərazilərinə Moldavya ərazisinə və Xəzərə doğru səpələnmişdilər. Cuci ulusunda hərbi-aristokratiya arasında da qara börklər təmsil olunmuşdur. Köç etməyən qara börklər isə slavyanlar tərəfindən assimilyasiyaya məruz qalmış və yerli əhalinin içində ərimişdir. Qara börklərdən xatirə olaraq yalnız toponimlər tarixi abidələr və soyadlar qalmışdır. Porosyada onların paytaxtı rolunu Torçesk (Torçk, Torçsk) oynayırdı. Qara börklər bir çox rus bölgələrində yaşasa da özləri də bir neçə yaşayış məntəqəsi qurmuşdular. Bunların arasında Torçesk, Sakov, Berendiçev, Berendeyevo, İjeslavl, Urnayev, Çerkassk və başqalarını da qeyd etmək mümkündür. Qara börklərin nəslindən gələnlər Qaraqalpaqlar, Qara papaqlar və başqalarıdı. Qazağın Qarapapaq, Ucarın Qarabörk adlı kəndlərinin adları qarabörklərlə bağlıdır.

İsmayıl Əliyev





Həftənin ən çox oxunanları