Yuxarı

Politoloq: “Türkiyənin Suriya məsələsində öz siyasi xətti var”

Politoloq: “Türkiyənin Suriya məsələsində öz siyasi xətti var”

Ehtiram Mehtiyev“Suriya prezidenti Bəşər Əsədin bu günlərdə Rusiyaya səfəri dünya mətbuatı və siyası kəsimin diqqətindədir.  Prezident Putinin Suriyada Bəşər Əsədə müxalif olan qüvvələrə havadan endirilən zərbələrin məqsədinin ölkədə qanuni hökumətin durumunu sabitləşdirmək olduğunu bildirib.

NATO-nun baş katibi Yans Stoltenberg isə Rusiyanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdə davam etməsini ölkədəki böhranı uzatmağa xidmət etdiyini açıqlayıb. Bir-birinə zidd fikirlərin davam etməsi fonunda Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi rəsmi Ankaranın Yaxın Şərqdə müstəqil siyasət yürütməsi ilə bağlıdır”. Bunu  Cebhe.info-ya açıqlamasında AXCP fuksioneri, politoloq Ehtiram Mehtiyev deyib.

Politoloqun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin soyumasına rəsmi Ankaranın Yaxın Şərqdə müstəqil xarici siyasət yürütmək cəhdi daha çox təsir göstərib: “Türkiyənin Suriya məsələsində öz xarici siyasət xətti var. Bu da Rusiya maraqlarına ziddir. Həmçinin Türkiyə ilə Rusiyanın müttəfiqi sayılan İran arasında da soyuq münasibətlər var.

Türkiyə İran-ABŞ münasibətlərinin normallaşmasının tərəfdarıdır. Çünki bu Türkiyə ilə İran arasında ticarətin genişlənməsinə yardımçı olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları