Yuxarı

İŞİD Qərb dövlətlərinin hərbi ittifaqıdır

İŞİD Qərb dövlətlərinin hərbi ittifaqıdır

isid_18

Mikel Kassudovski: “ABŞ suveren ölkələri yox etmək üçün terror şəbəkəsi yaradıb”

“NATO-nun İraqı işğal etməsi İŞİD-in yaranmasına səbəb oldu”. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler CNN telekanalına müsahibəsində belə bir iddia ilə çıxış edib. Bler keçmiş diktator Səddam Hüseynin devrilməsindən təəssüflənmədiyini deyib. O deyib ki, 2003-cü ildə Səddam Hüseyni devirənlərin İraqda yaranmış hazırkı vəziyyətdə məsuliyyət daşıması məsələsində həqiqət payı var.

Blerə ən doğru cavabı “Ze Brudjes Qrupu”nun analitiki Robers Oulds verdi. Oulds bildirib ki, yanlış siyasət səbəbindən BƏƏS-çilərin əksəriyyəti əvvəlcə “əl-Qaidə”yə, sonra isə İŞİD-ə qoşulub: “Yekunda onlar İŞİD kimi daha qorxunc bir təhlükəyə çevrilib. Hesab edirəm ki, Blerin hazırkı çıxışı özünə bəraət qazandırmaqdan başqa bir şey deyil.

İŞİD-i ortaya çıxaran əsas zərurət NATO-nun İraq işğalı yox, ABŞ və müttəfiqlərinin Suriya və Ukraynada Rusiyaya məğlub olmaları idi. Amerikanın İranı nüvə proqramından imtina etdirə bilməməsi də bura daxildir. Həmçinin Səddamın devrilməsindən sonra hakimiyyətə gəlmiş Nuri əl-Maliki hökumətinin ABŞ-ın əzəli rəqibləri Rusiya, İran və Çinlə yaxınlaşması faktorunu da unutmaq olmaz. Beləliklə, Qərbin bölgədəki müttəfiqləri olan kürdlər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və İsrailə qarşı yaranmış təhdid vəziyyəti İŞİD-i yaratdı. Bu, eyni zamanda Ukraynada möhkəmlənmiş Rusiyanı Yaxın Şərq bataqlığına salmağın layihəsi idi. Belə ki, Rusiyanın Ukraynanı ələ keçirmək niyyətini görən, ABŞ və müttəfiqləri “İslam Dövləti”ni Bəşər Əsədin üzərinə saldılar. Yaxın Şərqdəki sonuncu forpostu olan Suriyanı itirmək təhlükəsi yaranan kimi, Rusiya Əsədi müdafiə etmək bəhanəsiylə bu ölkədə təhlükəsizlik tədbirlərini gücləndirdi. Suriyada yaranmış bu kompleks siyasi və daxili vəziyyətə Qərb birbaşa müdaxilə edə bilmədi. Çünki, belə bir müdaxilə içərisində NATO və Rusiyanın iştirak edəcəyi dəhşətli müharibəyə səbəb ola bilərdi. Nəticədə Amerika 2003-cü ildən Səddam Hüseynin qisas hərəkatı kimi yaradılmış İŞİD-i ərəb kanalları vasitəsilə nəzarətə aldı. Suriyada Əsəd rejiminə qarşı başlamış müharibə çərçivəsindən çıxan kimi “İslam Dövləti” proseslərə cəlb olundu.

Kanadanın Ottava Universitetinin professoru Mikel Kassudovski deyir ki, İŞİD Qərb dövlətlərinin hərbi ittifaqıdır. Kassudovskinin sözlərinə görə, İŞİD ABŞ və müttəfiqləri üçün Suriya və İraqı işğal edir: “Oyunun sonunda bu ərazilər müttəfiqlərin nəzarətinə keçəcək. Unutmaq olmaz ki, ABŞ suveren ölkələri yox etmək məqsədiylə İslam adına terror şəbəkəsi yaradıb”.

İŞİD 2003-cü ildə “əl-Qaidə”yə bağlı təşkilat kimi ortaya çıxdı. Lakin, Əbu Bəkir əl-Bağdadinin təşkilat lideri olmasından sonra “əl-Qaidə” ilə aralarında yaranmış fikir ayrılığına görə, “İslam Dövləti” müstəqil fəaliyyətə başladı. Lakin, İŞİD-in arxasında birmənalı olaraq Ağ Evin dayandığını demək mümkün deyil. İddialara görə, “İslam Dövləti” Amerikanın zəngin 13 ailəsi tərəfindən idarə olunur. İŞİD-i müəmmalı edən faktorlardan biri onun Əsədlə yanaşı, Suriya rejiminə qarşı düşmən mövqedə dayanan Suriya Azadlıq Ordusu ilə vuruşmasıdır. Təşkilat paralel olaraq, kürdlər və Türkiyə ilə də qarşıdurma vəziyyətindədir.

Suriyalı müxaliflər iddia edirlər ki, təşkilatın əsası 2003-cü ildə İraqda qoyulub: “Əsəd rejimi 2003-cü ildə bir qrup gənci mücahid qismində İraqa təhsil almağa göndərdi. 10 illik təhsil müddətində onlar İŞİD-in ilk hüceyrələri kimi yetişdirildilər. Çünki, təhsil aldıqları illərdə müxtəlif təlimlərlə onların beyinləri tamamilə yuyulmuşdu. Daha sonra həmin gənclərdən silhalı dəstələr formalaşdırıldı. Təşkilatın dəstək aldıqları güclər arasında Rokfeller və Rotşild ailələri, CIA, MOSSAD, “Taliban”, Səudiyyə Ərəbistanına bağlı sələfi maliyyə maqnatları, “əl-Qaidə” və digər qurumlar var”. Paralel olaraq, Suriya və İraqda İŞİD-i dəstəkləyən müxtəlif təriqət və məzhəblərə aid tayfalar var”.

2003-cü ildə Suriyanın Əsəd rejiminin bölgədə İrandan sonra ikinci müttəfiqi olan Livanın baş naziri Rəfiq Həririnin öldürülməsindən sonra Qərb dövlətləri tərəfindən bu savaş üçün hədəf ölkə kimi Suriya seçildi. Həriri sui-qəsdi Suriyanın Livanla əlaqələrini kəsdi və Əsəd rejimi bu ölkədəki yeganə hərbi bazasını çıxarmaq məcburiyyətində qaldı. Həriridən sonra Səddam Hüseyn və Qəddafinin öldürülməsi hadisələri Suriyaya hücum planını rəsmiləşdirdi. Nəticədə 2011-ci ildə Əsədə qarşı başlamış kiçik aksiyaya silhalı qruplaşmaların cəlb olunması prosesi başladı.

Suriya müharibəsindən əvvəl Amerika NATO qüvvələri ilə yanaşı, “əl-Qaidə” və bu təşkilata bağlı LIFG adlı terror qruplaşması NATO ilə birlikdə Qəddafiyə qarşı döyüşürdü. Həmin dönəmdə Yəmən, Liviya, Nigeriya, Somali, Mərkəzi Afrika Respublikası və digər ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarından NATO-nun Liviya əməliyyatlarına dəstək verildi. 2014-cü ilin mart ayında İŞİD-in İraq – Suriya sərhədində yeni planın icrasına başlaması məlumatları yayılmasından bir neçə gün sonra Qərb mediasında ABŞ-ın maliyyə təşkilatlarının “İslam Dövləti”nə külli miqdarda maddi vəsait göndərdikləri barədə xəbərlər ortaya çıxdı. Bildirildi ki, ABŞ İŞİD-ə çoxlu sayda zirehli texnika, silah-sursat göndərib. Məsələn, 2014-cü ilin əvvəllərində İŞİD-in Mosulu Amerikanın “Humvee” şirkətinə məxsus hərbi texnikalarla işğal etməsi təsadüfi deyildi. Bu isə onu sübut edirdi ki, İŞİD-in hərəkətini və qərarlarını koordinasiya edən Qərb kəşfiyyatıdır.

İŞİD “əl-Qaidə”dən ayrılaraq müstəqil fəaliyyətə başlayan kimi hədəfinin bölgədə böyük sünni dövləti yaratmaq olduğunu bildirməsi diqqət çəkdi. Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn kimi dövlətlərdən İŞİD-in planına dəstək gəldi. Təşkilat regionun cənub bölgələrində şiələr üçün kiçik bir ərazi nəzərdə tuturdu. Buna görə İran, Livan və “Hizbullah” üçlüyü İŞİD-in bu planına qarşı birləşdilər. Əslində, İŞİD-in elan etdiyi bu strategiya Yaxın Şərqdə yeni məzhəblərarası qarşıdurmanın elanı idi. Çünki, Suriya, İran və Livanı içinə alan “Sünni dövləti” Suriyadan Mərakeşə qədər uzanırdı. Əslində İŞİD sünni tezisini dilə gətirməklə Amerikaya lazım olan hədəfə vurmuşdu. Ağ Evin baş ideoloqları İŞİD-in belə bir iddiada olmasının regionun şiə ölkələrinin narazılığına səbəb olacağını və müharibənin körüyünü basacağını bilirdi.

Mənsur Rəğbətoğlu