Yuxarı

“İŞİD yüz milyonlarla dollar ziyana düşüb”

“İŞİD yüz milyonlarla dollar ziyana düşüb”

isid_18ABŞ-ın İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nağd pul saxladığı yerlərə hava zərbələri qruplaşmaya yüz milyonlarla dollar ziyan vurub. Bunu fevralın 17-də ABŞ ordusunun sözçüsü deyib.

Birləşmiş ştatlar İŞİD-in gəlir mənbələrini kəsməyə çalışır, neft hasilatı obyektlərini və nağd vəsait saxlanan yerləri vurur. Bu ekstremist sünni qruplaşmasının bank sisteminə çıxışı kəsildiyi üçün daha çox nağd puldan asılı duruma düşüb.

Polkovnik Stiv Uorren deyib ki, İŞİD-ə dəyən ziyan “yüz milyonlarla dollarla” ölçülür. Daha öncə “on milyonlarla dollar”dan danışırdılar. Onun sözlərinə görə, yanvarın ortasından bəri İŞİD-in İraq və Suriyada 10 nağd pul obyekti vurulur. Uorren buna sübut kimi İŞİD-in döyüşçülərinin maaşının 50 faiz kəsildiyini göstərib.

("Azadlıq" radiosu)





Həftənin ən çox oxunanları