Yuxarı

Türkiyədə parlament seçkiləri: kürdlərin partiyası baraj altda qala bilər

Türkiyədə parlament seçkiləri: kürdlərin partiyası baraj altda qala bilər

Hatem Cabbarlı Türkiyədə növbədənkənar parlament seçilərinə hazrılaşır. Ölkənin Ali Seçki Komissiyasının (YSK) sədri Sədi Güvən deyib ki, Ali komissiya keçirdiyi müzakirələrdən sonra qış mövsümünün yaxınlaşmasını da nəzərə alaraq, seçkilərin 1 noyabr 2015-ci il bazar günü keçirilməsinə qərar verib. Qeyd edək ki, ana müxalifət partiyası CHP seçkinin 8 noyabrda keçirilməsini tələb etmişdi. Maraqlıdır, qardaş ölkədə proseslər necə cərəyan edəcək, fərqli nəticələr olacaqmı, növbədənkənar seçkilər hansı partiyanın işinə yarayacaq?   [caption id="attachment_385" align="alignright" width="260"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Türkiyədə keçiriləcək təkrar parlament seçkisində iki ssenarinin reallaşması mümkündür”[/caption] Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyir ki, AKP seçkilərdən əvvəl təxmin etdiyi kimi təkbaşına hökuməti quracaq qədər səs toplaya bilmədi. Onun sözlərinə görə, seçkilərin sürprizi separatçı kürd partiyası, PKK-nın siyasi qanadı olan HDP-nin 10 faizlik səddi aşaraq, parlamentə keçməsi oldu: “Seçkinin nəticələri rəsmən elan edildikdən sonra Türkiyədə bəzi analitiklər bu nəticələrə görə koalisiya hökumətinin qurulmasının mümkünsüz olduğunu qeyd edirdilər. İlk günlərdə hökumət koalisiya qurmağa tələsmədi, nəticələr məlum olduqdan sonra isə Türkiyənin şərqində Suruc qəsəbəsində böyük terror aktı törədildi, 33 nəfər öldü, 100-dən çox insan yaralandı. Bu hadisələrə paralel olaraq PKK terror təşkilatının sadəcə əyalətlərdə deyil, İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə də mitinq və nümayişə başlamaları, ordu və polisə qarşı terror aktları həyata keçirməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. [caption id="attachment_401" align="alignleft" width="219"]Nariq Miri Natiq Miri: “AKP-CHP koalisyon hökumətinin qurulacağını düşünürəm”[/caption] Müxalifət partiyaları hökumətin bu hadisələri bəhanə edərək digər siyasi partiyalarla koalisiya görüşlərini gecikdirdiyini iddia edir. Bu ərəfədə hökumətin terrorizmə qarşı mübarizə planı müxalifətin sərt tənqidlərinə məruz qaldı.  Rəcəb Tayyib Ərdoğanın prezident üsul idarəsinə keçid məsələsində israr etməsi, seçkilərdən əvvəl Qaziantepdə keçirilən mitinqdə “Türkiyənin ehtiyacı olan prezidentlik sistemidir. 7 iyunda 400 millət vəkilini verin, bu işi hüzur içində həll edək” deyərkən parlamentdə 400 millət vəkili ilə təmsil olunmayacağı təqdirdə “Türkiyənin hüzurunun pozulacağını və ölkəni xaosa təslim edəcəyini” nəzərdə tutduğunu iddia edənlər vardır”. Analitik əlavə edir ki, Türkiyə mətbuatında seçkilərdən dərhal sonra daxili sabitliyin ciddi şəkildə pozulmasının bu iddianı təsdiq etdiyi haqqında müxtəlif fikirlər səslənir: “Müxalifət mətbuatı Ərdoğanın prezident üsul idarəsinə keçməkdə, yeni konstitusiya hazırlamaqda israr etməsini iqtidarda olduğu illərdə şəxsən özünün və Nazirlər Kabinetinin ciddi qanun pozuntuları törətdiyi, rüşvət aldığı, korrupsiyaya qurşandığı üçün siyasi həyatını təminat altına almağa cəhd kimi dəyərləndirilir. Türkiyədə faktiki olaraq 45 gündür hökumət yoxdur, siyasi vəziyyət iflic olub, PKK və İŞİD terroruna qarşı hökumət adekvat reaksiya vermir. Son bir ayda Türkiyə təhlükəsizlik xidmətləri 50-dən çox şəhid verib. Növbədənkənar seçkilərin olduqca gərgin bir şəraitdə keçəcəyi ehtimal edilir. Hətta seçkilərin ləğv edilməsi belə müzakirə mövzusudur. Seçkilər baş tutarsa AKP və HDP-nin zəifləyəcəyi iddia edilir. HDP seçki səddinin altında qala bilər. AKP təkbaşına hökumət quracaq qədər mandat əldə etməyə bilər. Buna qarşılıq CHP və MHP-nin seçkilərdə səslərini artıraraq ortaqlaşa koalisiya hökuməti qura biləcəyini də iddia edənlər vardır. Türkiyənin bu cür qarışıq bir şəraitdə seçkilərə getməsi çətin olsa da, ümid edirəm ki, Türkiyə dövləti bu sınaqdan da layiqincə çıxacaq, siyasi sabitliyi və təhlükəsizliyi təmin edəcəkdir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyədə keçiriləcək təkrar parlament seçkisində iki ssenarinin reallaşması mümkündür: “Birinci ssenari ondan ibarətdir ki, 7 iyun seçkisindən fərqli olaraq bu dəfə AKP səslərinin sayını atıracaq və təkbaşına hökumət formalaşdıracaq. Ancaq bu nəticənin əldə olunması üçün gərək HDP 10 faizlik səddi aşmasın. İkinci ssenari isə bundan ibarətdir ki, 1 noyabrdakı seçkinin nəticəsi 7 iyun seçkisinin nəticəsindən fərqlənməyəcək. Belə olan halda yenidən koalisiya müzakirələri başlayacaq. Budəfəki seçkidə də AKP-nin birinci, CHP-nin ikinci olacağını ehtimal etsək, koalisiya bu iki partiya arasında qurulacaq. Birinci dəfə bu iki partiya arasında koalisiya formalaşmadı. Ancaq növbəti seçkidən sonra artıq koalisiya formalaşdırmaq məcburiyyətində qalacaqlar. Ancaq bu baş verməsin deyə AKP var gücü ilə çalışacaq ki, elə səs çoxluğu qazansın ki, koalisiyaya ehtiyac qalmasın, özü təkbaşına hökumət formalaşdırsın”. Politoloq Natiq Miri   AKP-nin təkbaşına hökumət quracaq qədər toplumdan səs alacağını düşünmür: “Çünki, əvvəla seçicilərin onlara tanıdığı koalisyon hökuməti qurmaq şansını dəyərləndirə bilmədilər. İkincisi də Türkiyədə artan terror hadisələri cəmiyyəti çox pəjmürdə etdiyindən AKP-yə təkbaşına hökumət quracaq qədər səs verəcəyi də şübhə altındadır. HDP-nin PKK-nın artan terror hadisəsinə olan ikili münasibəti isə toplumun gözündən qaçmayıb, buna görə, bu partiyanın seçkilərdə müəyyən qədər səs itirəcəyi ehtimal olunur. Seçkinin nəticələrinə uyğun olaraq AKP-CHP koalisyon hökumətinin qurulacağını düşünürəm. Çünki artıq keçmiş danışıqlarda bu hökümətində gələcəkdə qurulması üçün bəzi təməllərin atıldığı hiss olunur”.   Cavad





Həftənin ən çox oxunanları