Yuxarı

Türkiyə təklənmiş durumda

Türkiyə  təklənmiş  durumda

 

İri dövlətlər bölücü kürdləri dəstəkləyir

Elşən Manafov: “Müttəfiqləri Ankaraya  qarşı ikili standart siyasəti aparır”

Son vaxtlar Türkiyədə baş verən terror hadisələri PKK problemini daha da aktuallaşdırıb. Uzun illərdir bu problemin öz həllini tapmaması  bir sıra amillərlə bağlıdır. Bu amillər sırasında xarici faktor da var. PKK terror təşkilatına dəstək verən güclər haqqında müxtəlif fikirlər var. Bu problemin həlli üçün müxtəlif yollar axtaran türk dövləti hələ də istəyinə nail ola bilmir.

PKK-nın xaricdən himayə olunduğunu bildirən Türkiyə hakimiyyəti heç vaxt konkret ad çəkməyib. Ancaq son model silahlarla təmin olunmuş PKK-ya daxildən dəstək verən güclərdə var. Nəzərə alsaq ki, ölkəyə gətirilən bütün mallar gömrükdən keçirilir, bu silahların Türkiyəyə necə keçirildiyi və PKK terror təşkilatına hansı yollarla ötürüldüyü maraq doğuran məsələlərdəndir. Daxildəki qüvvələrin köməyi olmadan bu silahların sərhəddən keçirilməsi demək olar ki, mümkünsüzdür.

Türkiyədə əsasən kürdlərin yaşadığı bölgələrdə baş verən son hadisələr sabitliyin pozulması ilə nəticələnb. Bir çox Türkiyə hərbiçilərinin şəhid olması, məktəblərə, xəstəxanalara, məscidlərə PKK-nın təşkil etdiyi terror hücumları bölgəni müharibə meydanına çevirdi.





Həftənin ən çox oxunanları