Yuxarı

“PKK təkcə Türkiyə dövləti ilə deyil, həm də bütün türk dövlətləri ilə savaşır”

“PKK təkcə Türkiyə dövləti ilə deyil, həm də bütün türk dövlətləri ilə savaşır”

“Türkiyə Cumhuriyyyəti bölünmə mərhələsinə gələrsə…”-MÜSAHİBƏ
[caption id="attachment_409" align="alignleft" width="245"]Jnf6xqHI_400x400 Fatih Çam: “Azərbaycan xalqı başda olmaqla bütün türk xalqları bizə ciddi dəstək verəcəklər”[/caption]
Bu gün Türkiyədə baş verən hadisələr bütün dünya mediasının diqqət mərkəzində olduğu kimi Azərbaycan mətbuatının da gündəmindədir. Bu ölkədə hər gün terror aktları törədilir və Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyatlar aparır.
Hadisələr Türkiyə və bölgəyə nə vəd edir, proqnozlar nədən ibarətdir?! Türkiyəli araşdırmaçı, analitik Fatih Çam Cebhe.infoya müsahibəsində bu suallara aydınlıq gətirməyə çalışır... - Türkiyə indiki halda gərgin siyasi vəziyyətdə olsa da, ölkəmiz bu durumu aşacaq. Ən azından ümüdümüz bu yöndə. Xüsusilə  terror təşkilaatı PKK ilə bağlı olan HDB-yə təpkilər sürətlə genişlənir. Təpkilər təbiidir, amma təxribat xarakterli hərəkətlər də yox deyil. Bu da, bizim haqlı davamızda haqsız duruma düşməmizə səbəb olur. Bunun ən cansıxıcı nümunəsi isə,  hər  bir sıravi kürdün də PKK ilə əlaqələndirilməsidir. Hər kürd PKK tərəfdarı deyil. Bu səbəblə  təpkilər ölçülü olmalıdır, yəni başqasına zərər verməməlidir. Əks halda, bizim verdiyimiz təpkilərin çərçivədən çıxması PKK terror təşkilatının bizi bir neçə yerə bölmək planlarına zəmin hazırlayacaq. Birlik və bərabərlik içərisində hərəkət edə bilməsək,  bu hal PKK terror təşkilatının planlarına yarayacaq.  Sayıq olmalı və türk millətinə yaraşan şəkildə güclü, planlı iş ortaya qoymalı və belə hərəkət etməliyik.   - Çözüm sürəci müddətində PKK nə qədər gücləndi, sürəcdən Türkiyə dövləti nə qazandı? - Çözüm sürəcində PKK şəhərlərdə və kənarlarda çok gücləndi. Özəlliklə şəhərlərə sursat toplamaları və hücumlarda bu sursatlardan çox asan şəkildə istifadə edə bilməsi cansıxıcıdır. Bundan başqa, şəhərlərdə məskunlaşmış PKK-çıların bəzi PKK tərəfdarı olan dəstəkçilərindən də məntiqi dəstək alması xüsusilə də təhlükəsizlik orqanlarımızı çətin duruma salır. Türkiyə dövləti çözüm sürəcindən heç nə qazanmadı, əksinə bundan PKK faydalandı və gücləndi. Dövlət böyükləri də bu sürəcdə aldadıldıqlarını ifadə edirlər. Sürəcdə aldadılan tərəfin nəsə əldə etməsi mümkündürmü?   - Prezident və baş nazir Turkiyənin davamlılığının müzakirə mövzusu olduğunu deyəndə bölünmənimi qəsd edirdi? Bölünmə ehtimalı nə qədər mümkündür? - Dövlət yetkililərinin dövlətin davamlılığı mövzusunda bəzi yanılmalara yol verdiyi dəqiqdir. Ancaq bu ehtimalın gerçəkləşəcəyinə zərrə qədər də inanmıram. Çünki inanıram ki, əgər Türkiyə Cumhuriyyyəti bölünmə mərhələsinə gələrsə, Azərbaycan xalqı başda olmaqla, bütün türk xalqları bizə ciddi dəstək verəcəklər. Bu da o anlama gəlir ki, PKK təkcə Türkiyə dövləti ilə deyil, həm də bütün türk dövlətləri ilə savaşır. Buna görə də, PKK heç bir zaman məqsədinə çata bilməyəcək.   - Türkiyə silahlı qüvvələrinin əməliyyatı uğurludurmu? -  Silahlı qüvvələrin əməliyyatı yerindədir, amma bəzən gecikir. PKK terror təşkilatı hücum edəndən sonra “misli şəkildə qarşılıq verilir” olması yetərli səviyyədə deyil. PKK növbəti hücum etmədən onun qarşısı alınmalıdır. Unutmamalıyıq ki, bir davada ilk vuran qazanır.   - PKK-nı böyük ölçüdə zərərsizləşdirmək mümkün olacaqmı? - PKK-nın zərərsizləşdirilməsi qısa müddət ərzində mümkün deyil. Çünki PKK-ya dəstək verən yerli xalq və ya bəzi şəxslər deyil, bura beynəlxalq güclər də daxildir. Özəlliklə, məntiqi anlamda verilən dəstək və PKK-nın istədiyi zaman sığınacaq tapa bilməsi ciddi ölçüdədir. Türkiyə Cumhuriyyətinə qonşu ölkələrdəki (Suriya və Iraqın quzeyi) PKK və tərəfdaş təşkilatların dəstəyi bu terror təşkilatını daha da cəsarətləndirir, ən azı psixoloji cəhətdən güclü edir. Bu durumda silahlı quvvələrimizin PKK terror təşkilatını yurdumuzdan təmizləməsi də yetərli olmayacaq. Bu anlamda terrordan əndişələnən bölgə ölkələri də PKK-ya qarşı mübarizəyə dəstək verməlidir. IŞİD-ə qarşı beynəlxalq koalisiya necə mübarizə aparırsa, eyni ölçüdə PKK-ya qarşı da mübarizə aparılmalıdır. Əgər, göründüyü kimi, beynəlxalq toplum bu mübarizəyə dəstək vermirsə, deməli ikili standart yanaşması var. Bu da durumdan faydalanma anlamına gəlir.   - Hökumət çozum sürəci müddətində kəşfiyyat orqanlarının və ordunun PKK-ya qarşı əməliyyat tələblərini nədən rədd edib? - Türkiyə Cumhuriyəti hökuməti Suriyada olduğu kimi çözüm sürəcində də aldadıldı. Ancaq bütün detalları bilə-bilə, bütün olaylar gözünün önündə icra edilərkən səs çıxarmaması bu aldanışı başqa bir mərhələyə itələyir. Çünkü terror təşkilatı atəşkəs şərtlərində sursat yığarkən, Türkiyənin siyasi qərarvericiləri və kəşfiyyatı bu silahların Türkiyəyə dönəcəyini düşünməmiş olması, ya da, bu silahların Türkiyəyə dönməsi halındakı durumu düşünməmiş olmaları da ayrı bir qəbahətdir. Hökumət çözüm sürəcinə qarşı məsuliyyətli davranma istəyi ilə hərəkət edib, ancaq çözüm sürəcinin digər tərəfi eyni düşüncədə olmayıb. Türkiyə Cumhuriyyəti hökumətinin kəşfiyyat və orduya bağlı olaraq əməliyyat istəklərini rədd etmiş olmaları da bu üzdəndir. Bilə-bilə aldadılmaq…   - Belə bir durumda müxlifət partiyaları lazımı addımlar atırmı, dövlətə ciddi dəstək veririrmi? - Türkiyə Cumhuriyyətinin yaşamış olduğu bu çətin günlərdə müxalifət partiyalarının atdığı addımları yerindədir. Özəlliklə CHP lideri Kamal Kılıçdaroğlunun baş nazir Əhməd Davudoğulu ilə son günlərdə yaşanan durumlara bağlı görüşmə tələbi və sağlam çağırışları ilə MHP lideri Dövlət Baxçalının çağırışları, bu dönəmdə Türkiyə Cumhuriyyətində olması gərəkən birlik və bərabərlik anlayışına xidmət edir. Bu iki liderin hərəkətləri Türkiyəyə örnək olması gərəkən addımdır. Özəlliklə də, bu son günlərdə yaşanan arzuolunmaz durumlar qarşısında belə birliyə Türkiyənin ehtiyacı var. Xəstəliyimiz bəllidir. Yəni Türkiyə Cumhuriyyətinin vücudundaki virus PKK terror təşkilatıdır. Həkimimiz də bizə yazdığı reseptdə ac və tox qarına bərabərlik deyir. Əgər bu xəstəliyi yenmək istəyiriksə, həkimin tövsiyələrini yerinə yetirməyimiz şərtdir. Amma həkimimizin dediklərinə əməl etməzsək, virus bədənimizin hər yerinə yayıla bilər… Cavad





Həftənin ən çox oxunanları