Yuxarı

PKK-nın arxasındakı əl

PKK-nın arxasındakı əl

Moskva Türkiyəni “kürd silahı” ilə “vurur” PKK-nın Türkiyədə törətdikləri terraktların miqyası böyüyür. Siyasi ekspertlərin fikrincə, bu terror hadisələrinin getdikcə daha geniş şəkil alması Rusiya -Türkiyə münasibətlərindən qaynaqlanır. Bir çox mənbələr göstərir ki, PKK məhz Rusiyanın yaratdığı terror təşkilatıdır və Moskvanın maraqlarına xidmət edir. Rusiya hal-hazırda PKK-dan Türkiyəyə təzyiq məqsədi ilə istifadə edir. Son günlər Rusiya mətbuatında yayılan xəbərlər də bu fikirləri müəyyən qədər doğrulayır. Rusiya mətbuatının yazdığına görə, Türkiyənin Qarabağda Azərbaycana verdiyi dəstəyi zəiflətmək üçün Rusiya PKK-dan istifadə edir. Ehtimal edilir ki,  PKK  yeni terror aksiyaları törədəcək və Türkiyənin başı qarışacaq. Fürsətdən istifadə edən Rusiya isə Qarabağda öz şəxsi maraqlarını həyata keçirəcək. PKK-nın Türkiyədə 10 min silahlı üzvü var. Bu qədər terrorçu ilə Türkiyəyə kifayət qədər problem yarada bilərlər. Bunların məhz Rusiya mətbuatında yayılması hər hansı razılaşma və ya yeni plan fikrini formalaşdırır. Rusiyanın bölgədə apardığı siyasətinin bu cür tənzimlənməsi də böyük güclər tərəfindən heç də müsbət qarşılanmır. Rusiyanın bölgədə işğalçı siyasət aparması nəticəsində də, ABŞ və bir sıra Qərb dövlətləri tərəfindən sanksiyalarla üzləşdi. Türkiyənin 30 illik problemi Türkiyə uzun illərdir ki, PKK terror təşkilatı ilə mübarizə aparır. Bu mübarizədə Türkiyə çox sayda şəhid verib. PKK-nın son aylarda törətdiyi terraktlar da Türkiyəyə böyük zərbə vurub. Bir dönəm AKP- nin PKK ilə “Çözüm sürəci” planı da bir nəticə vermədi. Bir müddət sakitləşən PKK Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi nəticəsində yenidən aktivləşdi. Bu da PKK-nın Rusiya maraqlarına xidmət etdiyini bir daha sübut etdi. Rusiya-Türkiyə münasibətlərinin daha da kəskinləşməsi fonunda analitiklər, Moskvanın  PKK-ya daha çox silah satacağını vurğulayırlar. Rusiyanın Türkiyəni Suriya müharibəsinə çəkməsi də məhz türklərin mövqelərini zəiflətmək istəyi idi. Ancaq Rusiyanın bu planı baş tutmadı və Rusiya Suriyadan bir növ məğlub çıxdı. Bu da Rusiyanın bölgədə mövqelərini müəyyən qədər zəiflətdi. Və Rusiya qoşunlarını Suriyadan çıxarmağa məcbur qaldı. Rusiya PKK-nı Qarabağa çəkir Rusiya PKK-dan Qarabağda da istifadə edir. 2-5 aprel savaşında Rusiya mətbuatının yaydığı məlumatda 400 PKK üzvünün Qarabağa yerləşdirilməsi göstərilirdi. Bu xəbər rəsmi olaraq təsdiqlənməsə də, təkzib də olunmadı.  Rusiya yenə də Qafqaz kürdlərindən istifadə etmək istəyir. Bu məqsədlə “Qızıl Kürdüstan” kartını yenidən dövrüyyəyə buraxıb. Bunun kürdlərə faydası olmayacağı kimi bölgə insanlarına da faydası olmayacaq. Rusiya və Ermənistan kürdləri və PKK-nı çox istədiklərindən deyil, Türkiyəyə qarşı bu dəstəyi verirlər. Qafqaz kürdləri bu oyuna gəlməməlidirlər. Türkiyə və Azərbaycan da bu məsələdə lazımi addımları atmalı və Rusiya ilə Ermənistanın bu hiyləgər oyununa son verilməlidir. Türkiyəyə qarşı hücum planı Suriyada maraqları toqquşduğu üçün Rusiya türklərə qarşı PKK kartından istifadə etməyə başladı. PKK-nın Türkiyədə törətdiyi terror hadisələrindən təzyiq vasitəsi kimi istifadə etdi. Rusiyanın bugünkü hərbi niyyəti daxili qarışıqlıqları dəstəkləyərək Türkiyəni ağır vəziyyətə salmaqdır. Türkiyənin kəşfiyyat məlumatlarına görə, PKK çoxlu sayda terror aktları törətməyi planlaşdırır. Və bu cür hücumların həyata keçirilməsində PKK-nı Rusiya dəstəkləyir. Türkiyə mətbuatının bir müddət öncə yaydığı məlumata görə, Rusiyanın nümayəndə heyətləri PKK ilə 12 dekabr 2015-ci il tarixindən bu yana ən azı 6 dəfə görüşüb. Və görüşlər Qəndil və Süleymaniyədə keçirilib. Ruslar PKK-nın liderlərindən olan Cəmil Bayıkla 2 dəfə görüşüb. İki tərəf arasındakı ilk təmas Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən əvvəl baş tutub. PKK ilə görüşən rus heyətlərinə Viktor Simalov adlı diplomat başçılıq edib. Onun Rusiyanın Ərbildəki konsulluğunda çalışdığı bildirilir. Məlumata görə, rus diplomatlarının PKK ilə danışıqlarından sonra iki rus səlahiyyətlisi 18 dekabr 2015-ci il tarixində PYD-nin (PKK-nın Suriya qolu) nəzarətindəki Suriyanın Qamışlı bölgəsinə gedərək burada danışıqlar aparıb. Rusiyanın 2 yanvar 2016-cı il tarixində Qamışlı, Derik və Dirbesiyedə 3 kəşfiyyat şöbəsi qurduğu və bu şöbələrdə 28 kəşfiyyat əməkdaşı yerləşdirdiyi bildirilir.  Digər bir məlumata görə, ruslar Qamışlıda Bəşər Əsəd rejiminin nəzarətində olan hərbi hava bazasının yaxınlığında 85 nəfərlik bir kəşfiyyat bazası qurub. Rusların bölgədəki təhlükəsizliyini isə PYD təmin edir. Qəndilin Levje kəndində PKK səlahiyyətliləri ilə görüşən Rusiyanın kəşfiyyat səlahiyyətlilərinin gündəmində kürd qazının Türkiyəyə nəqli olub. Ankara isə Türkiyəni Şimali İraqla birləşdirən enerji kəmərlərinə qarşı mümkün təxribatlarından narahatdır. Vilayət Muxtar





Həftənin ən çox oxunanları