Yuxarı

Ermənistana qarşı anti-terror koalisiyası

Ermənistana qarşı anti-terror koalisiyası

Fikrət Sadıxov: “Bu ölkələr biz yalnız hərbi-siyasi dəstək verə bilərlər”

Fərəc Quliyev: “Ermənilər bizə qarşı rus ordusundan istifadə edir”

“Ermənistana qarşı anti terror koalasiyası yaratması çox gözəl olar, amma bunun tam reallaşması inandırıcı deyil”.

Bunu, “Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, bir sıra ölkələrin strateji maraqları var. Türkiyə, Pakistan və s. bizə yaxın olsa da, eyni zamanda NATO-nun üzvü, həmçinin aparıcı dövlətlərlə müəyyən münasibətləri olan ölkələrdir.

Buna görə də, bizimlə anti-terror koalisiyasında iştirak etməklərini real məsələ kimi qəbul etmək çətindir. Sadəcə olaraq bu ölkələr bizə həm siyasi, həm də hərbi kömək edə bilərlər, edirlərdə. Buna görə də, anti- terror koalasiyası yaratmağa ehtiyac yoxdur.

“Ermənistanın isə Azərbaycana qarşı terror koalisiyası yaratması mümkün deyil. Çünki Rusiya bizə qarşı terror koalasiyasında yer ala bilməz. Səbəb olaraq isə, Rusiyanın Azərbaycanla münasibətləri kifayət qədər müsbətdir. İrana isə, hesab edirəm ki, vasitəçilik edə bilər. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır. İnandırıcı deyil ki, İran Ermənistana müəyyən istiqamətlərdə kömək etsə də, Azərbaycana qarşı koalisiyaya qoşulsun.

Ermənistanın başqa müttəfiq dövlətləri də yoxdur. Sadəcə olaraq, müəyyən dairələrdə dəstəkləyirlər və Ermənistanın tam məhvinə imkan vermirlər. Azərbaycanın ilk növbədə aparıcı dövlətlərin üzlərini Qarabağa çevirmək ehtiyacı var. Rusiyanın, Amerika Birləşmiş Ştatlarının(ABŞ) və Fransanın. Düzdü beynəlxalq səhnədə çıxışları zamanı bildirirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma buna nail olmaq üçün heç bir addım atmırlar. Nəinki atmırlar, hətta Minsk Qrupu çərçivəsində bir çox hallarda bizi bərabərləşdirirlər. Yəni məsələnin uzanmasına bir növ təkan verirlər. Bu aparıcı dövlətlərin 25 ildən artıqdır ki, siyasətidir. Buna görə, məsələ bu günə kimi həll olunmur”, - deyə F.Sadıqov əlavə edib.

Millət vəkili Fərəc Quliyev də Azərbaycanın, Ermənistana qarşı anti-terror koalisiyası yaratması fikri ilə razı deyil. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana qarşı anti -terror koalisiyası yaratması çətindir. Çünki ATƏT-in Minsk Qrupunun, biri Rusiya olmaqla Ermənistanın dəqiq olaraq tərəfdarıdır. Digərləri isə, işğalçı və işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur. Başqa dövlətlərin isə məsələyə qarışmasına imkan vermirlər. Təbii ki, Azərbaycanın Türkiyə, Pakistan kimi müttəfiqləri var.

“Amma anti terror koalisiyası üçün, dünyanın bir çox dövlətləri arasında əməkdaşlıq olmalıdır. Elə sahələr, yerlər var ki, bir çağırışla hamı orda olur. Amma Azərbaycan 20 ildir çağırır ki, burda terrr baş verir, burda insanlar sıxışdırılır, ərazisindən çıxarılır, Xocalı soyqırımı və s. Amma heç kim bu məsələyə diqqət etmir. Buna görə, bu məsələnin real olduğunu düşünmürəm”-deyə F.Quliyev əlavə edib.

F.Quliyev həmçinin bildirib ki, Ermənistan isə Azərbaycana qarşı onsuz da terror koalisiyası yaradıb, Rusiyanın ordusundan istifadə edir.

Odər Qəni





Həftənin ən çox oxunanları