Yuxarı

“Rusiya bizə imkan vermədi”

“Rusiya bizə imkan vermədi”

“Ermənistan hakimiyyəti ölkə ictimaiyyətini narahat edən suallara cavab verməlidir. Susqunluq ölkə daxilində vəziyyəti pisləşdirəcək”.

Cebhe.info xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında erməni politoloq Stepan Qriqoryan bildirib.

Politoloq prezidentlərin son görüşünə münasibət bildirərkən aprel hadisələrindən sonra vəziyyətdən istifadə edilərək Qarabağa kömək adı altında toplanan pulların aqibətinə aydınlıq gətirilməsini də istəyib: “Hökumət bildirməlidir ki, bu vəsait hans istiqamət üzrə xərclənib. Şəxsən mən bu pulların təyinatı üzrə xərcləndiyinə şübhə edirəm”.

Stepanyan həmçinin “Artıq Ermənsitanda heç kəs şübhə etmir ki, Rusiya Azərbaycana cavab zərbəsi endirməyə imkan vermədi. Hətta bunun qarşılığında Ermənistanın strateji müttəfiqinin nə qədər aldığına dair konkret məbləğ də deyilir. Həm də bir çoxları belə sual qaldırır ki, niyə hücumun ilk saatlarında erməni tərəfi cavab zərbəsi vurmadı, niyə buna əmr verilmədi?”

Politoloq Levon Şirinyanın sözlərinə görə isə, erməni ordusuna qarşı informasiya müharibəsi başlayıb: “Erməni ordusunun gücünü azaltmaq, belə təqdim etmək üçün xüsusi iş aparılır. Erməni ordusu Bakının Moskva və Ankara ilə razılaşdırılan hücumunun qarşısını almaq üçün dirəniş gəstərdi. Rusiya erməni tərəfə təzyiq göstərir, Qarabağla bağlı ötən əsrin 20-ci illərindəki mövqeyini dəyişməyib, Qarabağın Azərbaycandan ayrılmasını istəmir”.





Həftənin ən çox oxunanları