Yuxarı

Gözlənilməz gediş: Ohanyana daha bir rədd

Gözlənilməz gediş: Ohanyana daha bir rədd

Yuri Xaçaturov KTMT-yə rəhbərlik edəcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəzlik Şurasının İrəvanda keçirilən iclasında təşkilatın yeni baş katibinin adı açıqlanıb. Cebhe.info xəbər verir ki, KTMT-nin yeni baş katibi vəzifəsinə Ermənistanın sabiq baş qərargah rəisi Yuri Xaçaturov seçilib. O, rotasiya qaydasında Nikolay Bordyujanı əvəz edib. Qeyd edək ki, son günlərə qədər KTMT-nin baş katibinin Ermənistanın müdafiə naziri Seyran Ohanyan olacağına dair xəbərlər üstünlük təşkil edirdi. Bu baxımdan, Yuri Xaçaturovun seçilməsi gözlənilməz olub. Onu da qeyd edək ki, Y.Xaçaturov baş qərargah rəisi vəzifəsindən azad edildikdən sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları