Yuxarı

İŞİD Mosuldan qaçanları edam edir

İŞİD Mosuldan qaçanları edam edir

İŞİD Mosul şəhərindən qaçmaq istəyən hər kəsi edam edəcəyi ilə hədələyir. Cebhe.info bildirir ki, bu barədə İngiltərənin “The Guardian” qəzetinə şəxsiyyəti açıqlanmayan, şərti olaraq Məhəmməd adlandırılan 35 yaşlı Mosul sakini açıqlama verib. Sünni olduğunu deyən Məhəmmdəd İŞİD-in təhdidlərindən sonra yerli sakinlərin öz evlərinə çəkilmək məcburiyyətində qaldığını deyib. “Silahlı İŞİD yaraqlıları şəhərin küçələrinə nəzarət edir. Gecə yarıdan başlayaraq təyyarələr şəhəri bombalamağa başladı. Əhali İraq ordusunun və peşmərgələrin gəlməsini istəyir. Bu iki ildə insanların başının kəsilməsi, qəfəslərdə bogulma, binaların damından aşağı atılma hadisələrini yaşadıq. Mən özüm bir nəfərin binanın damından aşağı atılmasına şahid oldum. Həftələrlə yata bilmədim”- Məhəmməd adlandırılan həmin şəxs belə deyib. BMT-nin İraqdakı humanitar məsələlər üzrə koordinatoru Lise Qrande Mosul əhalisinin ən azı 700 min nəfərinin sığınacağa ehtiyacı olduğunu, Birləş Millətlərin isə bu tələbatı qarşılamaq imkanında olmadığını deyib. Müşfiq  





Həftənin ən çox oxunanları