Yuxarı

“Mosul sevdası”nın sirri açıldı

“Mosul sevdası”nın sirri açıldı

“Dünyanın bir anda Mosuldakı xilasetmə sevdasının səbəbi məlum oldu: Mosul neft və qaz dənizinin üzərində sanki bir adadır”

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, yeni peyk və geoloji xəritə, eləcə də hesabatlardakı nəhəng neft və qaz ehtiyatlarına diqqət çəkən Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri professor doktor Gürkan Kumbaroğlu Yaxın Şərqdəki DEAŞ-PYD teatrı və dünyanın 63 ölkəsinin hərbi əməliyyatla bölgəyə “sülh gətirmə sevdası”nın səbəbini belə açıqlayıb. Kumbaroğlu "Yalnız Mosuldakı yeni bir qaz ehtiyatı sahəsi Avropaya 25 il yetəcək gücdədir. Bütün hamısı yüzlərlə il yetər. Mosul qaz və neft dənizinin üzərində bir adadır". “Yaxın Şərqdə beş il əvvəl DEAŞ deyə bir təşkilat yarandı. Bir neçə min adam bir neçə ay ərzində İraq və Suriyanın yarısını ələ keçirdi. Sonra onlarla vuruşurlar görüntüsü altında terror təşkilatı PKK-nın Suriya qolu PYD ölkənin üçdə birini sanki qəsb etdi. İndi isə İraqda Mosul DEAŞ-dan azad edilib, ən az dörd kukla hakimiyyətə bölünməsi gündəmdədir” - deyə professor vurğulayıb.  Bunun altındakı səbəbi isə Mosul və ətrafında olan yeni enerji mənbələri ilə bu enerjinin Qərbə çatmaq üçün keçəcəyi Suriyanın şimalındakı dəhlizə kimin nəzarət edəcəyi ilə əlaqələndirib. Tapılan yeni ehtiyatların dünya siyasətinə təsir gücünə və Türkiyənin illik qaz istehlakının təxminən 50, Avropanın isə təxminən 400 milyard kubmetr olduğuna diqqət çəkən Kumbaroğlu deyib:

"Texnologiya çox inkişaf edib və peyk görüntüləri enerjinin harada olduğuna dair fikir yarada bilir. OPEK hesabatlarında da bu görünür. İraqda 150 milyard barel sübut olunmuş, 300 milyard kubmetr isə yeni ehtiyat neft sahəsi var. Bu ehtiyat Mosul və ətrafında cəmləşir. Buradakı yeni bir meydançada 8-10 trilyon kubmetr qaz çıxması gözlənilir. Bu təxmini olaraq Türkiyənin 200, Avropanın 25 illik ehtiyacını tək başına qarşılanması deməkdir. Bütün ehtiyat yüzlərlə il yetər. Mosul-Kərkük ərazisi bir qaz və neft dənizinin üzərindəki ada kimidir. Regiondakı müharibə tamamilə bu hövzələrlə əlaqəlidir". 

İraqdakı müharibənin səbəbini də yeni neft və qaz yataqları olduğuna diqqət çəkən Professor Kumbaroğlu "Suriyanın şimalında tanınan böyük yeni təbii ehtiyat sahəsi yoxdur. Ancaq Suriya torpaqları və quru suları Yaxın Şərq və Aralıq dənizindəki yeni enerji mənbələrinin keçid yolu üzərində olması üçün lazımdır" deyə vurğulayıb.

Məcid Həsənli





Həftənin ən çox oxunanları