Yuxarı

Rus kəşfiyyatı Azərbaycanda

Rus kəşfiyyatı  Azərbaycanda

 

“Siyasi savaş böyümək üzrədir”

Fərrux Məmmədov: “Rus dilli məktəblər və mətbuat rus kəşfiyyatı üçün böyük agentura şəbəkəsi deməkdir”

Ukrayna Ali Radasına ölkə ərazisində rus dilində mətbuat orqanlarının çapının qadağan olunmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. Ukrayna mətbuatının verdiyi məlumata görə, bu qanun layihəsi Ukrayna televiziya və radio kanallarında da yayımın böyük hissəsinin yalnız Ukrayna dilində olmasını nəzərdə tutur. Qanun layihəsinə əsasən, həmçinin yerli televiziya kanalları filmləri altyazılarla yayımlamaq imkanından məhrum edilir.

Ukraynanın bu addımı son 2 ildə Rusiya ilə yaranmış müharibə vəziyyəti ilə bağlıdır, yoxsa başqa səbəbləri də var?

NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, hər bir dövlətin ölkə ərazisi çərçivəsində qərar qəbul etmə və bu qərarı icra etmə haqqı var və bu dövlətin öz daxili işidir: “Ukrayna dövlətinin və hökumətinin bu vacib qərarı qəbul etməsi təsadüfi deyil. Krımın ilhaqı və Ukrayna şərqinin işğalı mövcud vacib qərarın qəbul olunması üçün yetərlidir. Rusiya tarix boyu aqressiya tərəfidir və onun əsas hədəfi imperiya siyasətidir. Bu siyasət heç zaman dəyişməyəcək. Siyasətin bu cür olması isə qonşu dövlətlərin hər an işğalı deməkdir. Rus dilli məktəblər və mətbuat rus kəşfiyyatı üçün böyük agentura şəbəkəsi deməkdir. Belə halda rus kəşfiyyatı rahat şəkildə öz agentura şəbəkəsini qura bilir. Səbəb isə nəzarət mexanizminin mümkünsüzlüydür. Ukrayna dövləti hazırda həm torpaqları üçün savaşır, həm də daxildə oturuşmuş rus kəşfiyyatı ilə. Əslində bu qərar təsadüfi deyil, görünən odur ki, ABŞ və Avropa Birliyinin də bu yöndə istəyi var. Səbəb isə Rusiya Agentura şəbəkəsinin fəaliyyət çərçivəsinin daraltmaq. Əslində bu doğru, eyni zamanda gecikmiş bir qərardır. Digər postsovet məkanı ölkələri də bu siyasətini davam etdirməlidir. Tam ləğv olunmasının əleyhinəyəm, lakin nəzarətli şəkildə bu prosesin daraltmaq gələcək milli təhlükəsizliyi təmin etmək deməkdir”.

İdeoloji savaş böyüyür

Rusiya buna qarşı hansısa alternativ sərt addımlar ata bilərmi? Politoloqun qənaətincə, bu proses Rusiya üçün arzuolunmazdır: “Əslində bu, digər tərəfdən Rusiya üçün bu proses həmçinin onu beynəlxalq siyasi arena da söz sahibi edəcək. Rusiya isə Ukrayna dövlətini rus dilinə və orada yaşayan ruslara qarşı təzyiq kimi qələmə verərək bir növ təbliğat aparacaq. Rusiya bu prosesi öz lehinə dəyişdirməyə çalışacaq. Ukrayna isə qarşılığında işğal faktorundan istifadə edəcək. Görünən odur ki, qarşılıqlı siyasi savaş artıq böyümək üzrədir”.

“Rusiya kəşfiyyatının ikinci ən böyük qolu  Azərbaycandadır”

Azərbaycanda da rus dilli mətbuat orqanları çap olunur. Belə bir qərarın qəbul olunmasına Azərbaycanda da ehtiyac varmı?

Fərrux Məmmədov bu prosesin Azərbaycan üçün də böyük siyasi mesaj olduğunu vurğulayıb: “İyirmi faiz ərazisi işğal olunmuş bir dövlətin Rusiya orbitindən uzaqlaşması gərəkən prosesdir. Rusiya ilə birgə addımlamaq gələcək üçün olduqca təhlükəlidir. Azərbaycan bu məsələdə maksimum ehtiyatlı davranmalıdır. Unutmayaq ki, Rusiya kəşfiyyatının ikinci ən böyük qolu elə Azərbaycanda yerləşir”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları