Yuxarı

Tramp kəşfiyyatdan şikayətləndi

Tramp  kəşfiyyatdan şikayətləndi

 

"Mən ağıllı adamam..."

ABŞ xüsusi xidmət orqanlarının ənənəyə uyğun olaraq ölkə prezidenti üçün keçirdiyi brifinq Donald Trampı özündən çıxarıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, yeni seçilən prezident Donald Tramp həmin brifinqlərdə eyni şeyin təkrarlandığından şikayətlənib.  Buna görə də prezident hər gün həmin brifinqlərdə iştirak etmək istəmədiyini vurğulayıb.

“Bilirsiniz, mən ağıllı adamam. Mənə Allahın hər günü eyni şeyi təkrar-təkrar demək lazım deyil. “Cənab, heç nə dəyişməyib. Gəlin buna yenidən baxaq”-, deyə Tramp kəşfiyyatla görüşündən sonra etirazını dilə gətirib. Həftədə bir dəfə kəşfiyyatla görüşən D.Trampdan fərqli olaraq digər prezidentlər informasiyanı daha tez-tez alıb. İndiki prezident Barak Obama hər gün səhər kəşfiyyat nümayəndələrini qəbul edir. Bəzən isə bu görüş bazar günləri də keçirilir.

Xəzər





Həftənin ən çox oxunanları