Yuxarı

Rusiya üçün son tarix

Rusiya üçün son tarix

Oktyabr inqilabının 100 illiyində federasiyanın parçalanması gözlənilir\\Azər Qasımlı: “Rusiyanın parçalanması qlobal fəlakətə səbəb olar”\\2017- ci ilin ilk günləri beynəlxalq münasibətlərdə gərginliyin artması ilə müşahidə olunur. ABŞ-da hakimiyyət dəyişikliyinin baş verməsinə baxmayaraq, Rusiya ilə əlaqələrin bərpa olunacağına ümidlər o qədər də yüksək deyil. Fəaliyyətə başlayan 115-ci ABŞ Konqresi Rusiyaya qarşı tənqidi çıxışlarla yadda qalıb. Eyni zamanda, Rusiyaya qarşı yeni sanksiyalar paketinin yaxın günlərdə Konqresin müzakirəsinə təqdim olunacağı gözlənilir. ABŞ-ın vəzifədən getməyə hazırlaşan müdafiə naziri Eşton Karter isə dünən bəyan edib ki, prezident Vladimir Putinə görə Rusiya ilə münasibət qura bilməz. Ona görə də siyasi ekspetlər 2017-ci ildə beynəlxalq gərginliyin qalmaqda davam edəcəyini proqnozlaşdırır.\\Hələ ötən il bir sıra politoloqlar mediada Rusiyanın siyasi və iqtisadi çöküşünün yaxınlaşdığına dair açıqlamalar verirdilər. Həmin məlumatlara görə, ABŞ Böyük Oktyabr Sosialist İnqilabının 100-cü ildönümündə Rusiyanın çökdürülməsinə dair strateji plan hazırlayıb. Ona görə də 2017-ci ildə Rusiyanın dağılacağına dair proqnozlar səslənirdi. Amma bu iddiaların nə qədər real olacağı qarşıdakı aylarda baş verəcək proseslərdən asılı olacaq.\\“Ölkə iqtisadiyyatı o qədər də ağır durumda deyil”\espublikaçı Alternativ Hərəkatının katibi Azər Qasımlı qeyd edilən məlumatı inandırıcı hesab etməsə də Rusiyanın kifayət qədər ağır durumda olduğunu deyir: “Rusiyanın dağılmasını yaxın perspektivdə gözləməyə dəyməz. Rusiyanın çöküşü, dağılmasını deyənlər nəzərdə tuturlar, buna aydınlıq gətirilməlidir. Bir məsələ aydındır ki, Rusiyanın büdcəsi 40 faiz neftdən asılıdır. Rusiya iqtisadiyyatı bu problemi hələ də həll edə bilməyib. Rusiya iqtisadiyyatı texnoloji baxımdan hələ də geri qalır. Bütün bunlara baxmayaraq, Rusiya iqtisadiyyatının vəziyyəti bu ölkəni tezliklə kimlərində çökdürə biləcəyi qədər ağır durumda deyil. Rusiyanın parçalanması, dağılması indiki məqamda qeyri-real görünür. Onu da qeyd edim ki, Rusiyanın parçalanması arzuolunan proses deyil. Söhbət yalnız regional və Azərbaycan maraqlarından getmir. \\Bu, həm də qlobal fəlakətə səbəb ola bilər. Azərbaycana da sərf etmir ki, Rusiya parçalansın. Hipotettik olaraq Rusiyanın dağılmasını düşünsək, bunun Azərbaycan da daxil olmaqla regiona mənfi təsiri daha çox olar. Terrorizm, radikal islamçı cərəyanlar bölgəmizə sızmış olar. Bunun qarşısını almaq üçün Azərbaycanın da yetərli imkanları olmaya bilər. Bizim istəyimiz yalnız ondan ibarətdir ki, Rusiyada demokratikləşmə olsun. Rusiya güclü liberal iqtisadiyyata malik olmasını, insanların təhlükəsizliyinin ciddi şəkildə qorunmasını, vətəndaş cəmiyyətinin qurulmasını istəyirik. Bu, Azərbaycan üçün də nümunə olar. Biz Rusiyanın dağılmasını istəmirik”.\\Qərblə gərginlik Kremlə sərf etmir\\Politoloq onu da bildirdi ki, Qərblə münasibətlərdə gərginliyin artması Rusiyanın özünə də sərf etmir. ABŞ və Avropa tərəfinfən tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına nə qədər ziyan vurduğunu Kremldən fərqli olaraq, sağlam siyasətçilər anlayır: “Yaxın perspektivdə bu problemi həll etmək çətin olacaq. Çünki Rusiya Krımı işğal edib və öz ərazisi hesab edir. Amma dünya birliyi bunu işğal kimi tanıyıb. Əgər Krım probleminin həllinə dair Qərb və Rusiya ortaq məxrəcə gəlsə, irəliləyişə nail olmaq mümkündür. Lakin Rusiyadakı siyasətçilərin bu mövzuda dialoqa hazır olduğu hələ real görünmür”. \\Müşfiq Abdulla





Həftənin ən çox oxunanları