Yuxarı

İran “boz kardinal”ını itirdi

İran “boz kardinal”ını itirdi

İnqilab liderlərinin “yarpaq tökümü”\\Sədrəddin Soltan: “Rəfsəncaninin ölümü İranın gələcəyi üçün siqnaldır”\\İranın sabiq prezidenti və tanınmış siyasi xadimi Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 10-da dəfn ediləcək. Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İranda üç günlük matəm elan edilib. Onunla vida mərasimində İranın ali lideri Ayətullah Əli Xameneyi iştirak edib. Xatırladaq ki, İran İslam İnqilabının əsas ideoloqlarından biri sayılan Haşimi Rəfsəncani 1980-1989-cu illərdə parlamentin sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olub, bundan sonra isə İran Məsləhət Şurasına rəhbərlik edib.\əfsəncani həmçinin İran-İraq arasında 8 illik müharibənin başa çatmasında mühüm rol oynayıb. Bununla bağlı o, Xomeynini BMT-nin 598 saylı qətnaməsini qəbul etməyə, müharibəyə son qoymağa razı sala bilib. Rəfsəncani həmçinin Xomeyninin vəfatından sonra hazırkı dini lider Əli Xameneyinin ölkə rəhbərliyinə gətirilməsində və ona “Vəliyyi-fəqih” titulu verilməsində əsas rol oynayıb.\\Lakin sonradan, əsasən Mahmud Əhmədinejadın prezident postuna gəlməsindən sonra İran hakimiyyətindəki ultrasağçı mühafizəkar qüvvələrlə H.Rəfsəncani arasında fikir ayrılığı yarandı. Bu ziddiyyət özünü 2009-cu ildə keçirilmiş prezident seçkilərində göstərdi. Ölkədə müxalif qruplara qarşı repressiyalarda, minlərlə siyasi məhbusun qətliam edilməsində və xarici ölkələrdə yaşayan onlarla müxalif siyasi şəxslərin terrorunda birbaşa əli olan Rəfsəncani 1990-cı illərin ortalarından başlayaraq siyasi mövqeyində dəyişiklik yaranaraq hakimiyyətin radikal qolundan tədriclə uzaqlaşmağa çalışıb. O, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində islahatçıları, o cümlədən də Mirhüseyn Musəvini dəstəkləyib və getdikcə islahatçılarla eyni mövqedən çıxış etməyə çalışıb.\\Belə ki, seçkilərdən sonra özünü qalib elan etmiş sabiq baş nazir Mirhüseyn Musəviyə H.Rəfsəncani də dəstək verirdi. Ona görə də H.Musəvinin tərəfdarlarının keçirdiyi kütləvi etiraz aksiyalarının təşkil olunmasında İranın “boz kardinalı” adlanan H.Rəfsəncaninin də əlinin olmasına dair məlumatlar yayıldı. Yaranmış narazılıq H.Rəfcəncaniyə və onun ailəsinə təzyiqlərlə müşahidə olunurdu. Haşimi Rəfsəncaninin oğlu Mehdi barəsində hələ 2005-ci ildə həbs qərarı çıxarılmışdı. 2009-cu ildə isə qızı Faizə Haşemi barəsində cinayət işi açıldı. 2016-cı ildə Dini Elspertlər Şurasına (Xubreqan) keçirilən seçkilərdə isə H.Rəfcəncani üzv seçilmək şansı əldə edə bilmədi.\\Əli Əkbər Haşimi Rəfsəncaninin adı son illər ali rəhbər vəzifəsinə iddialı olmaqda hallanırdı. İranın ali lideri Ayətullah Əli Xameneyinin səhhətində problemlərin artması onun yerinə varis məsələsini gündəmə gətirib. Hətta Ayətullah Xameneyinin ağır xərçəng xəstəsi olması barədə informasiyalar İranın siyasi çevrələrində, hətta beynəlxalq mediada onun yerinə H.Rəfsəncaninin ən iddialı və real namizəd olması fikirlərin yayılmasına səbəb olmuşdu.\\Ona görə də siyasi müşahidəçilər H.Rəfsəncaninin ölümünün İranın siyasi elitasında ciddi dəyişikliklərə gətirib çıxara bilər. Haşimi Rəfsəncaninin vəfatının 78 yaşlı, xəstə Ayətullah Əli Xameneyinin siyasi varisliyi məsələsini gündəmə gətirəcəyi gözlənilir. Bu da öz növbəsində ali lider postuna yeni iddialı siyasətçilərin meydana çıxacağını istisna etmir.\\“Ona “İranın Qorbaçovu” deyirdilər...”\\“Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltanın sözlərinə görə, H.Rəfsəncaninin dünyasını dəyişməsi İranda siyasi nəsil dəyişikliyi prosesindən xəbər verir. Yəni, 1979-cu il İslam inqilabının təşkilatçıları və ideoloqları artıq öz ömrünü başa vurur: “Bu yaxınlarda Musəvi Ərdəbili vəfat etdi. O, İranın prokuroru idi. Ərdəbilinin icrası ilə çoxlu sayda insanlar İran həbsxanalarında öldürülmüşdü. Yeni nəsil isə İranın baş verməsində aparıcı roloynamasa da, icrasında iştirak edib.\\Məsələn, sabiq prezident Mahmud Əhmədinejadın gənc yaşlarında inqilab vaxtı ABŞ-ın İrandakı səfirliyinin silahlı yolla tutulmasında iştirak etdiyi bildirlirdi. Bu baxımdan, İranda Rəfsəncani ilə Xameneyi arasındakı ziddiyyət vəziyyətə təsir edir. İranın keçmiş ali rəhbəri Xomeyni öləndən sonra Xameneyi ilə Rəfsəncani arasında seçim məsələsi yarandı. Həmin vaxt Rəfsəncani parlamentin sədri idi, Xameneyi isə baş nazir statusunda idi. Xomeyni öləndən sonra səsvermə zamanı daha çox Xameneyini dəstəklədilər və o, ölkənin ikinci adamı olaraq qaldı. Sonrakı mərhələdə isə 89 üzvü olan Dini Ekspertlər Şurası Əli Xameneyini ali lider seçdi.\əfsəncaninin isə son 10 ildə seçki prosesindəki bütün cəhdləri uğursuzluqla nəticələnib. O, həm parlament seçkilərində, həm də 2005-ci ildə keçirilən prezident seçkilərində məğlub oldu. Son illərdə isə Rəfsəncaninin oğlu Mehdi ilə bağlı xəbərlər yayılmağa başladı. Bildirilirdi ki, Mehdi Haşemi Fransanın “Total” şirkətindən 80 milyon dollar rüşvət alıb və onun qarşılığında həmin şirkətin layihələrinə yardım edib. Bu məlumatlar Rəfsəncaninin və ailəsinin İranın siyasi səhnəsində fəal olmasından xəbər verirdi. Yaxud qızı Faizə Haşemi qadınlar arasında jurnal buraxmışdı. Jurnalın üz qabığında İran şahınınxanımı Fərəh Əbanın şəklini nəşr etdirdiyinə görə, Faizə Haşemi ciddi təzyiqlərə məruz qalmışdı. Sonradan məlum oldu ki, Rəfsəncani ailəsinin külli miqdarda pulları var və onlar həmin vəsaiti Avropada, Kanadada ticarət mərkəzlərinin tikilməsinə sərf ediblər.\\Avropada sərmayəsi olduğundan Rəfsəncani Haşemilər ailəsi Qərb üçün cəlbedici idi. Hətta 1990-cı illərdə hesab edirdilər ki, Haşimi Rəfsəncani İranın Qorbaçovudur. Yəni o, əbasını və əmmaməsini atıb kostyum, qalstuka keçə bilər. Onu çox liberal hesab edirdilər. Həmçinin Rəfsəncani tənqidi fikirlər söyləyərdi, bir sıra məsələlərə etirazını bildirərdi. Ona görə də hesab edərdilər ki, Rəfsəncani Ayətullah Seyid Əli Xameneyinin yerinə ən real namizəddir. Dini Ekspertlər Şurasına öz namizədliyini irəli sürməsi də buradan irəli gəlirdi. Məlumdur ki, İranda Ayətullah Xameneyinin də ölümü ilə bağlı xəbərlər yayılır.\\Bu isə İranda varisin kim olacağı ilıə bağlı suallar yaradır. Bəziləri deyir ki, İranın yeni ali lideri Ayətullah Xomeyninin oğlu Həsən olacaq. Bu, alınmadı. Sonra dedilər ki, həmin postu Əli Xameneyinin oğlu Müştəba olacaq. Hətta məlumatlar dolaşır ki, Ayətullah Xameneyinin işinin başında daha çox oğlu Müştəba dayanır”.\\“Türklərin milli çağırışları onun xoşuna gəlmirdi”\\Siyasi icmalçı hesab edir ki, Haşimi Rəfsəncaninin ölümü İranda siyasi fiqurların dəyişilməsinə ciddi təsir göstərməyəcək: “Amma islahatçı düşərgədə nüfuzlu fiqurlardan birinin itirilməsi mötədillərin mövqeyində dəyişikliyə səbəb olacaq. İslahatçı qüvvələrin ağsaqqalı olan və “boz kardinal” adlandırılan Rəfsəncani panfarsist və panİranist düşüncə tərzinin əsas daşıyıcılarından biri idi. Rəfsəncani 1995-ci ildə Rəfsəncani dünya Azərbaycan türklərinə qarşı həqarətli çıxışlar etmişdi. O, bəyan etmişdi ki, dünya Azərbaycan türkləri İran üçün problem yarada bilər. 1990-cı illərdə Azərbaycan türklərinin milli-azadlıq hərəkatı və çağırışları Rəfsəncaninin xoşuna gəlmirdi. Nəticə etibarı ilə onu deyə bilərik ki, Rəfsəncaninin ölümündən sonra İranda islahatçıların mövqeyi zəifləyəcək. İkincisi, yeni şüurlar ortaya çıxacaq. İnqilabi hərəkatda iştirak etmiş insanlar da yaxın 10-20 il ərzində dünyasını dəyişəcək və ya qocalaraq siyasətdən uzaqlaşacaq. Rəfsəncaninin vəfatı sonrakı 10 il üçün İranın gələcəyi ilə bağlı sualları ortaya çıxarır. \\Nəsil dəyişilməsi İranda nələrə səbəb ola bilər? İran İslam İnqilabından ötən dövr ərzində 40 yaşa çatmış bir nəsil əmələ gəlib. 40 il ərzində də dünyanın düzəni dəyişib, yeni texnologiyalar, informasiya vasitələri yaranıb, dünyanın xəritəsi dəyişib, İranın qonşuluğunda iki dövlətin mövcudluğu sual altındadır. Bu böyük prosesin içərisində İranda inqilabi nəsil qocalır və fəliyyətsizləşir. Demokratik cəmiyyətlərdə bu keçidi seçki yolu ilə təmin etmək mümkündür. İran isə demokratik rejim deyil. Bu baxımdan, Rəfsəncaninin ölümü İranın gələcəyi üçün bir siqnaldır”.\\Müşfiq Abdulla





Həftənin ən çox oxunanları