Yuxarı

Yeni prezident üçün impiçment təhlükəsi

Yeni prezident  üçün impiçment  təhlükəsi

 \\Kütləvi aksiyalar yeni prezidentin yolunu kəsə bilərmi?\\Elçin Mirzəbəyli: “Daha geniş kütləvi aksiyalar baş verə bilər”\\Elxan Şahinoğlu: “ABŞ-ın maraqlarına uyğun olmayan qərarlar verərsə...”\\ABŞ-da yeni seçilmiş prezident Donald Tramp əleyhinə mitinqlər davam edir. Etiraz nümayişinə qatılanlar Trampı yeni qalxdığı kürsüdən endirəcəklərini bildirirlər. Etirazçılar onun ABŞ-ın prezidenti olmağa layiq namizəd olmadığını deyirlər. Hesab edirlər ki, prezident Tramp yox, Demokratlar Partiyasından olan Hillari Klinton olmalı idi. Nümayişlərdə səsləndirilən şüarlar arasında seçkilərin saxtalaşdırılması məsələsi də var.\\Ən böyük antiTramp mitinqi yanvarın 20-nə - onun andiçmə gününə təyin olunub. Aksiyaçılar mitinqə “Biz Trampın prezident olmasına icazə verməyəcəyik” şüarıyla çıxacaqlar.\\Nümayişlər nəticələrə təsir edə bilər?\\Analitiklər ABŞ-ın siyasi həyatında baş verən canlanmanın və Tramp əleyhinə davam edən mitinqlərin seçkilərin nəticələrinə təsir edəcəyini istisna etmirlər. Vəziyyət artıq o yerə çatıb ki, Kaliforniyadan sonra digər iri ştatlar da Donald Trampın kürsüyə çıxmasıyla ABŞ-dan ayrılacaqlarını bildirirlər. Tramp əleyhinə formalaşmış yeni müxalif güclər Ağ Evi gec olmadan seçkilərin nəticələrini yenidən hesablamağa çağırır. Hesab olunur ki, əgər hökumət edilən xəbərdarlıqlara adekvat cavab verməsə, Amerika üçün yaxşı heç nə vəd etməyən alternativ variantlara əl atılacaq.\\“Qeyri-adi hadisə baş vermir”\\BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, etirazlarla seçkilərin nəticələrinə təsir etmək mümkün deyil. E.Mirzəbəylinin sözlərinə görə, aksiyaların olacağı əvvəldən gözlənilən idi: “Seçkilər elan olunduqdan sonra Trampın seçilməyi etirazlarla qarşılandı, hətta bəyanatlar da verildi. Qənaətimə görə, ABŞ-da hazırda qeyri-adi hadisə baş vermir. Bu etiraz aksiyalarının kütləvi hal alacağını da gözləmirəm.\\Donald Tramp seçkilərin nəticələrinə uyğun davranmazsa, qəbul etdiyi qərarlar ABŞ-ın maraqlarına zidd olarsa, daha geniş kütləvi aksiyalar baş verə bilər. Amma indiki şəraitdə Tramp üçün təhlükəli situasiyanın yarandığını düşünmürəm”.\\“Tramp üçün çətin olacaq”\\Politoloq Elxan Şahinoğlu da “Cümhuriyət”in diqqətini bu kimi yollarla Trampın prezident kürsüsünə gedən yolunun kəsilməsinin mümkünsüzlüyünə diqqət çəkib. E.Şahinoğlunun dediyinə görə, ABŞ-ın yaxın və uzaq tarixində belə bir hadisənin baş verdiyini xatırlamır ki, hansı siyasətçi prezident seçilə və o öz səlahiyyətlərinin icrasına başlamamış belə müqavimət hərəkatı formalaşsın: “Hələ fəaliyyətə başlamamış ona qarşı olan etirazlar, Obamanın gethagetdə Rusiyaya qarşı sanksiyaları saxlaması, Trampın gələcəkdə fəaliyyətini çətinləşdirəcək. Bu Donald Trampa qarşı mesajdır ki, gələcəkdə ABŞ-ın maraqlarına uyğun olmayan qərarlar versə, bu aksiyalar daha da genişlənəcək, impiçment məsələsi ortaya atıla bilər. Amma inanmıram ki, Tramp ona qarşı formalaşımış bu müqavimət hərəkatından çəkinəcək. O faktiki olaraq, öz komandasını formalaşdırıb. Andiçmə mərasimindən sonra qarşısına qoyduğu hədəflərə doğru irəliləməyə başlayacaq. Bu günkü müqavimət isə onu göstərir ki, bu hədəflərə çatmaq Tramp üçün o qədər də asan olmayacaq.\\8 ildə Barak Obamaya qarşı belə bir müqavimət hərəkatı olmamışdı. İndi isə Konqresdə Trampın partiyası çoxluqdadır. Amma Amerikada proseslər elə inkişaf edir ki, partiyası da prezidentin əleyhinə çıxa bilir. Məsələn, Con Makkeyn Rusiyaya qarşı sərt siyasətin yürüdülməsini istəyir, amma Tramp bir qədər bu məsələyə yumuşaq yanaşır. Yəni, Tramp hədəflərinə çatmaq yolunda ciddi maneələrlə üzləşəcək”.\\Mənsur





Həftənin ən çox oxunanları