Yuxarı

Tramp dünyanı bu generallarla dəyişəcək

Tramp dünyanı  bu generallarla  dəyişəcək

 Ben Ladenin “atası”, sensasiyalı dördulduz, “ərəb baharı”memarı...ABŞ prezidenti Donald Tramp hakimiyyət kreslosuna oturduğu zamandan etibarən özündən bəhs etdirməyi bacarıb. Davranışları, gözlənilməz qərarları, sərəncamları ilə dünyanın diqqət mərkəzinə çevrilib. Bir çoxları onun Ağ Evdə çox zaman keçirməyəcəyini deyir, ancaq əksini düşünənlər də var. İkincilərin qənaətincə, Trampın kabinetini gözardı etmək olmaz. Söhbət generallardan gedir. O generallardan ki, onların sayı İkinci Dünya Müharibəsindən sonra ilk dəfə bu qədər çox olub. Cebhe.info onları təqdim edir. Budur Donald Trampın dünyanı və Amerikanı dəyişmək üçün güvəndiyi generallar:Boz kardinalGeneralların təyin edilməsi, Konqresdə onların təsdiqlənməsində əsas rolu Maykl Ledin oynayıb. Onun özü barədə məlumat o qədər də çox deyil. Amerikalı tarixçi, filosof, xarici siyasət üzrə şərhçi. Ancaq əslində bunların hamısından öncə Ledin Amerika elitasının kölgədə qalan nüfuzlu nümayəndələrindən biridir. O, siyasi texnoloqlar, intellektuallar arasında öz fikirləri ilə çox tanınıb. Hələ 6 il əvvəl İnterpolun Rusiya bölməsinin rəhbəri general Vladimir Ovçinski bu, çox ciddi və qapalı şəxs barəsində maraqlı məlumatlar vermişdi. Bu məlumatlardan biri də şəxsin ərəb inqilablarının yaradıcısı olması barədə fikirlər idi. Deyilənə görə, Bin Laden də onun “əsəridir”. Karyerasına ötən sərin 70-ci illərində başlayıb. Qərbi Avropada gizli amerikan şəbəkəsi olan “Qladio” əməliyyatında iştirak edib. Hələ o zaman İtaliya Mason lojası olan “P-2” ilə qalmaqal yaşayıb. Bu lojanın adı baş nazir Aldo Moronun qaçırılması və öldürülməsində hallanırdı. Bu şəxsin adı hətta Nikaraqua kontrasının qanunsuz maliyyələşməsində də çəkilib. İrana qarşı sanksiyaların müəlliflərindən biri də məhz o olub. Fələstin hərəkatı ilə bağlı fəaliyyəti ilə də tanınan Maykl işi ilə heç zaman gündəmə gəlməyib. Amerika Sahibkarlıq İnstitutunda Ledinin rəhbərliyi altında Ketrin Kler Çumakenko da çalışıb. Bu qadın Ukraynanın keçmiş prezidenti Viktor Yuşsenkonun xanımıdır. Əslində isə Çumakenkonun da rəhbərliyi altında çalışdığı bu institut gizliliyini qoruyan ABŞ Analitik Mərkəzidir.Deməli, boz kardinalın əli Ukrayna inqilabına da qarışıb. Oğul Buş və vitse-prezident Çeyni Maykl Ledini Mərkəzi Kəşfiyyat İdarəsindən də yüksəyə qoyurdu. Bu şəxsin informasiyaları ilə hərəkət edirdilər. Onların ümumi fikri bu idi: “Maykl bütün dünyanı bilir”.Güc blokundakı yeganə siyasətçiMayk Pompeo. Trampın güc blokundakı yeganə siyasətçidir. Əslində isə özü hərbi təhsillidir, Vest-Poynt Hərbi Akademiyasını bitirib. “Soyuq müharibə” dövründə Qərbi Berlində xidmət edib. Berlin divarının o tayında patrul olub. Orduda xidmətdən sonra Harvardda hüquq təhsili alıb və 20 il bizneslə məğul olub. Elə bu zaman da Kox qardaşları ilə tanış olub. Bu qardaşlar planetin ən varlı adamları sırasındadır. Kox Pompeoya siyasətlə məşğul olmağı təklif edib. Onun seçki kampaniyasının əsas maliyyə təminatçısı da bu qardaşlar olub.Nümayəndələr Palatasında Pompeo 6 il Kanzası təmsil edib. Konqresdə kəşfiyyat komitəsində təmsil olunub. Elə o zaman da başqa bir milyarderlə- Şeldon Adelsonla tanış olub. Adelson “Forbes”in siyahısında ilk 50 varlı arasındadır. Media maqnatıdır, Las-Veqasdakı kazinolar kralı sayılır. Adelson Pompeonu “boz kardinal”la tanış edib. Bundan sonra ikili kəşfiyyata dair bir çox məsələlərdə fikir mübadiləsi aparıblar. Başqa sözlə desək, indi Pompeonun MKİ-nin şefi olmasında təəccüblü heç nə yoxdur. Pompeonun Konqresdə təsdiqi o qədər uğurla keçdi ki, bunu nadir hesab etmək olardı. Konqresmenlərin suallarını cavablandıran Pompeo Amerikaya ən böyük təhlükələr siyahısını açıqladı. Siyahıda radikal cihad, İŞİD, İran, Şimali Koreya, Çin və Rusiya yer alırdı.Narkomafiya ilə vuruşan dördulduzlu generalABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinə Con Kelli rəhbərlik edir. İstefada olan dördulduzlu general (ABŞ-da dinc dövrdə ən yüksək hərbi rütbə)təkcə orduda yox, həm də sadə amerikalılar arasında böyük nüfuza malikdir. Ali təhsilini Massaçusets Universitetində alıb. Həmçinin, Kvantikoda hərbi dəniz məktəbini bitirib. Leytenant rütbəsindən briqada generalı rütbəsinə qədər yüksəlib, İraq və Əfqanıstanda aktiv döyüş əməliyyatlarının iştirakçısı olub. Əfqanıstanda oğlu Roberti itirib.Oğlu da dəniz piyadalarında xidmət edən zabit idi. Oğlunun öldürüldüyü yerdə nitq söyləyən Kellinin bu çıxışı onu Amerikada qısa müddətdə məşhur edib: “Biz müharibə şəraitindəyik. Bu, bizə xoş gəlsə də, gəlməsə də belədir. Bu, faktdır. Bu, sadəcə cihadçılarla müharibə deyil, bu, bizim sivilizasiyanı yad hesab edənlərlə mübarizədir. Onlar bizim sivilizasiyanı məhv etmək istəyirdilər. Buna görə də özləri məhv olmalıdır. Bu, Buşun, Obamanın müharibəsi deyil və biz ondan qaça bilmərik. Bir ata kimi mənə çox ağırdır, çox kədərliyəm, çünki mənim oğlum ölüb. Ancaq mən qürurluyam, çünki o, Amerika uğrunda, bizim sivilizasıyanın düşmənləri ilə döyüşərək ölüb”.2012-ci ildə Kelli ABŞ Cənub Komandanlığına rəhbərlik edirdi. Narkomafiya ilə mübarizədə böyük uğur qazanmışdı. 2016-cı ildə Obama Adminstrasiyası ilə münaqişəyə başlayır. O hesab edirdi ki, narkosindikatların birləşdiyi cinayətkar qruplar, kölgə maliyyəçiləri Amerika üçün böyük təhlükə yaradırlar. Hətta o qədər böyük təhlükə ki, onu cihadla müqayisə etmək olardı. Obama ilə bu münaqişənin nəticəsi 2016-cı ildə istefa oldu. General dedi: “Hamı İŞİD təhlükəsindən danışır. Bu doğrudur.Ancaq bizim narkoepidemiya ilə mübarizə aparmamağımız da bir cinayətdir. Onlar bizim ölkəmizi tutublar. Latın Amerikasından gələn bu qüvvələr təkcə bizim qonşuların hakimiyyətini qorxutmur, eyni zamanda ildə 40 min amerikalını öldürürlər. Bu, Amerikanın hərbi münaqişələrdə itirdiyi saydan daha çoxdur”. Tramp və Kelli qısa zamanda anlaşdı. Onlar qanunsuz miqrantlara qarşı eyni düşüncədədir. Meksika ilə sərhəddə tədbirləri gücləndirməyin tərəfdarıdır. Qısası, Kelli həm də ölkənin hərbi sferasında çox nüfuz sahibi olan Robert Qeytslə sıx dostluq əlaqələrinə malikdir. Qeyts əvvəllər MKİ-nin rəhbəri və müdafiə naziri olub.Döyüşçü-monarxPentaqonun da rəhbəri artıq dördulduzlu general Ceyms Metisdir. O da istefadadır. Bu adam əsl sensasiyadır. Adətən, ABŞ hərbi qurumuna mülki şəxslər rəhbərlik edib. Bu ənənənin əsası 50-ci illərdə qoyulub, Eyzenhauer prezident olduğu zamandan etibarən ənənə başlayıb. O, özü də general idi, ancaq hərbini mülkilərə tapşırırdı. Hərbi sənaye kompleksinin hədsiz təsirinə yol verməyəyə çalışırdı. Son general nazir 50-ci illərin sonunda əfsanəvi Marşall olmuşdu. O, İkinci Dünya Müharibəsi illərində müttəfiqlərin ikinci cəbhəsi lə məşğul olurdu. Avropa üçün müharibədən sonrakı “Marşall planı” da məhz onun adı ilə bağlıdır. Daha sonra Amerika elitası Pentaqona biznesmenləri, siyasətçiləri, elm adamlarını gətirdi. Hər kəsin yolu Pentaqon rəhbərliyinə açıldı, təkcə hərbçilərdən başqa. Məsələn, Mettisdən əvvəl həmin kresloda fizik Karter oturmuşdu. Amerikadan yayılan bu ənənə Avropaya da getdi.Tramp bu ənənəni pozdu və təkcə ənənəni yox, həm də qanunu. Qanuna əsasən, zabit ancaq istefasından 8 il sonra Müdafiə Nazirliyinə rəhbərlik edə bilərdi. Tramp bu qanunu da heçə saydı və istefasının 3-cü ilində Mettisi nazir təyin etdi. Senat bu təqdimatı demək olar ki, etirazsız qəbul etdi. 98 nəfər lehinə, 1 nəfər əleyhinə. Baxmayaraq ki, senatorların heç də hamısının Trampa rəğbəti yoxdur, onlar Mettisə “hə” dedilər.Xəzər





Həftənin ən çox oxunanları