Yuxarı

Suriyadan sonra İran

Suriyadan sonra İran

İslam respublikası ABŞ-ın hədəfindəArzu Nağıyev: “Tramp administrasiyası bu istiqamətdə konkret addımlar atacaq”Hikmət Hacızadə: “Yeni prezident sanksiyaları sərtləşdirdikcə bu ehtimallar özünü doğrulda bilər”ABŞ prezidenti Donald Trampın İranı “dünyanın bir nömrəli terrorçu dövləti” adlandırmasından sonra tərəflər arasındakı gərginlik açıq müstəviyə keçib. ABŞ-ı nüvə proqramının icrasına yenidən başlayacağı ilə hədələyən İrana Vaşinqtondan verilən cavab daha sərt oldu. Konqres keçmiş prezident Barak Obama dövründə İrana qarşı ləğv etdiyi sərtləşdirilmiş sanksiyaları bərpa etdi.Analitiklər yeni dönəm ABŞ - İran gərginliyinin savaşa səbəb olacağını istisna etmirlər. Hesab olunur ki, İranın uzaqmənzilli, nüvə başlıqları daşımaq xarakterində olan ballistik raket istehsalı sənayesini inkişaf etdirməsi və bu qəbildən olan silahları sınaqdan keçirməsi ABŞ-ın İranda hərbi əməliyyatlara başlamaq planına təkan verə bilər. Donald Tramp da İrana qarşı münasibətdə Barak Obama kimi mədəni olmayacağını, islam respublikasına qarşı daha sərt addımlar atacağını diqqətə çatdırıb. O, nüvə proqramının icrasını davam etdirən İranın odla oynadığını deyib.Savaş ehtimallarını artıran faktorlarTehrandan Vaşinqtona verilən cavab gərginliyin təhlükəli məcraya yönəlməsindən xəbər verirdi. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampa cavabı diplomatik dildən uzaq idi: “Bu təhdidlər İrana təsir etməyəcək. Heç vaxt müharibəyə başlamayacağıq. Sadəcə öz müdafiə vasitələrimizə güvənə bilərik”. Zərifin cavabından çıxan məntiq budur ki, İranda ABŞ-ın nüvə proqramını dayandırmaq və ballistik raket sistemini məhv etmək üçün hərbi əməliyyatlara start verəcəyinə inanırlar. Digər yandan, Donald Trampın Obama dönəmində istiləşən münasibətləri gərginləşdirməsi təsadüf deyil. Yeni prezident Barak Obamanın sanksiyaları ləğv etməsini “tarixi yanlış” adlandıraraq, digər yandan, Yaxın Şərq siyasətini sərt dillə tənqid edir. Trampa görə, Obama İranla münasibətləri inkişaf etdirərək ABŞ-ı Yaxın Şərqdən oyunçu kimi sıradan çıxarıb. Beləliklə, Tramp sələfinin Yaxın Şərqdə qurduğu birliklərin ABŞ-ın nüfuzuna ciddi zərbə vurduğunu nəzərə alaraq, regionda tarazlığı Amerikanın xeyrinə dəyişməyə çalışacaq.Seçkiqabağı kampaniyada Trampı diqqət mərkəzində saxlayan əsas məsələ də İranla bağlı səsləndirdiyi fikirlər idi. Seçicilərlə hər görüşündə İranla nüvə anlaşmasını ləğv edib, bu ölkəyə qarşı sərt addımlar atacağını deyirdi. O, yeni İran siyasətində savaş da daxil olmaqla bütün variantların masada olacağına da diqqət çəkmişdi. Yəni, hələ seçilməmişdən əvvəl Donald Tramp İranla bağlı daha sərt mövqe və siyasi xətt seçmişdi. İran da buna eyni sərtliklə cavab verdi. Hazırda gəlinən vəziyyətdə və qarşılıqlı təhdidlər fonunda yeni müharibə ssenarilərindən danışılır. ABŞ İranı hərbi əməliyyatlarla təhdid etdiyi halda Tehran zənginləşdirdiyi uranın həcmini artıracağını bildirir.Daxili gərginlikGərginlik İranın ballistik raketlərini sınaqdan keçirməsindən sonra başladı. Bu, İran daxilində mühafizəkarlar və islahatçılar arasında narazılıq yaratdı. Çünki raketlərin sınaqdan keçirilməsi təklifi mühafizəkarlardan gəlmişdi. Nüvə proqramının bərpa olunacağı vədinə də mühafizəkar qanad verib. İslahatçı Həsən Ruhani və komandasının məqsədi isə mühafizəkarları ABŞ-ı qıcıqlandıran bu addımlarından çəkindirməklə Trampı yumuşaldaraq prezident seçkilərindən əvvəl önəmli xallar qazanmaqdır.“Tramp konkret addımlar atacaq”Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə bildirib ki, Suriyadan sonra növbə İrana çata bilər. A.Nağıyev bunu İranın Suriya məsələsində özünü qeyri-adekvat aparmasıyla əlaqələndirib: “Hətta, sülhməramlı danışıqlarda da ABŞ-ın burada iştirakına qarşı çıxdı. Digər yandan, İranın regional düşmənlərindən biri İsrail və digəri Səudiyyə Ərəbistanıdır. Bu dövlətlərin də ABŞ-la isti münasibətləri var. Trampın prezident seçilməsindən sonra İsrailin baş naziri Binyamin Netanyahu ilə yaxınlığı, İsrail haqda müsbət fikirlər səsləndirməsi İrana mesaj idi. Bir tərəfdən də İranın nüvə proqramı ilə bağlı müzakirələr dayandırılmayıb. Sanksiyalar da ləğv edilməmişdi. Bu kimi amilləri nəzərə alanda da görünür ki, tərəflər arasındakı gərgin münasibətlər davam edəcək. Həmçinin, İran dəstəkli “Hizbullah”ın da Suriya müharibəsində iştirakı ABŞ-ı qıcıqlandıran məsələlərdən biri idi. Regionda hegemon güc olmaq istəyən İran həmişə öz çıxışlarında “ABŞ-a ölüm!”, “İsrailə ölüm!” məsələsini şüara çevirdi. Hələ seçkiqabağı kampaniyada da Tramp elan etdi ki, ABŞ-ın xarici siyasətində terrorizmlə mübarizə və xaricdən olan təhdidləri aradan qaldırmaq əsas xətt olacaq. Bütün bunlar əvvəldən gözlənilən idi. Düşünürəm ki, Tramp administrasiyası bu istiqamətdə konkret addımlar atacaq. Digər yandan, İranın İraqda iştirakı, Rusiya ilə yaxın münasibətləri və bir sıra məsələlərin həllində Türkiyə ilə danışıqlara girməsi də ABŞ-ı qıcıqlandırır”.“Avropa ABŞ-a dəstək verəcək”Politoloq Hikmət Hacızadə “Cümhuriyət” qəzetinə indiki situasiyada ABŞ və İran arasında müharibənin başlayacağına inanmadığını deyib. H.Hacızadə hesab edir ki, ABŞ-ın islam respublikasına qarşı təzyiqləri hələlik ayrı istiqamətlərdə özünü göstərəcək: “Düşünmürəm ki, münasibətlər o səviyyədədir ki, ABŞ İranda hərbi əməliyyatlara başlayacaq. Lakin Tramp sanksiyaları sərtləşdirdikcə, bütün ehtimallar özünü doğrulada bilər. Donald Tramp öz vəzifəsinin icrasına başlayan kimi gördüyü ilk iş də Barak Obamanın ləğv etdiyi sanksiyaları bərpa etmək oldu. Çox güman ki, Amerikadan İrana daha ciddi və sərt sanksiyalar gələcək. İranı sıxışdıracaqlar, amma hələlik bunun açıq savaşa səbəb olacağını gözləmirəm. Hərbi əməliyyatların başlamasına hələ çox var. İranın Amerikanın sərtləşən siyasəti qarşısında hansı mövqeni tutacağı hələ bəlli deyil. Bu, Trampın təzyiqlərindən asılıdır. Əgər ABŞ bu ölkə haqda daha sərt qərarlar versə və Avropadan buna dəstək gəlsə, İran üçün çətin olacaq və daxildə gərginlik yaranacaq. Sosial böhran ola bilər. Hər şey Trampın praktiki addımlarından asılıdır, hələlik nəzəri mübarizə aparır”.Politoloqun sözlərinə görə, Avropadan ABŞ-ın yeni İran siyasətinə dəstək verilə bilər: “Bu, daha çox özünü Amerikadan tətbiq olunan sanksiyalarda göstərəcək. Avropa Amerikanın təzyiq və sanksiyalarına qoşulacaq”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları