Yuxarı

Fidel Kastronun qeyri-qanuni oğlu

Fidel Kastronun qeyri-qanuni oğlu

Əfsanəvi lider, böyük kommunist, cəsarətli rəhbər - onu ən müxtəlif adlarla çağırırdılar. Özü barədə danışmazdı, ancaq bu, o demək deyil ki, onun barəsində dedilən bu sözləri də dinləməyi xoşlamazdı. Tərifi hər kəs sevir, o da sevirdi.Zaman-zaman ölkəsində inqilaba rəhbərlik etdiyi dönəmlərdə və ondan sonrakı quruculuq illərində qarşılaşdığı çətinlikləri xatırladardı, zatən xalq da bunları unutmamışdı. Çünki həmin çətinlikləri onunla bərabər xalq da yaşamışdı.Komendantenin nikahsız uşaqlarıFidel Kastro vəfat edəndən sonra da onun barəsində sağlığında olduğu qədər çox yazılır. O da gündəmdən düşməyən, köhnəlməyən qəhrəmanlardandır. Mətbuat belələrini sevir. Ancaq ən çox da daim ictimaiyyətin gözü qarşısında olan bu şəxslərin qapalı olan şəxsi həyatı ilə maraqlanmağı, ordan nəsə axtarıb tapmağı sevir. Kastro da belədir. Ölümündən əvvəl də, sonra da onun gizli eşq macəraları haqqında dəfələrlə yazılıb, hətta subay komandantenin övladlarnın olduğu da iddia olunub. Həm də bir ölkədə yox, ayrı-ayrı ölkələrdə. Belə nikahdankənar övladlardan biri də Rusiyada ola bilər. Hər halda qonşu ölkənin mətbuatı belə iddia edir və bəzi dəlillər də göstərir. Qədim əşyalar üzrə kolleksiyaçı Aleksandr Sereqin isə, özü Kastronun oğlu olduğunu iddia edir. “Mənim uşaqlığım tipik sovet uşaqlarının həyatından fərqli keçib” deyən Aleksandr həyat hekayəsini “Komsomolskaya pravda”ya danışıb. Cebhe.info həmin materialı təqdim edir.(Yazının əvvəlini buradan oxuya bilərsiniz)Aleksandr deyir ki,anası Kastro ilə olan qısa eşq məcərasını hamıdan gizlədib: “Ancaq heç vaxt ona heyranlığını gizlətməyib. Kastronun fotolarını yığırdı. Hətta, mənə bu fotoları da göstərmişdi. Ona qəhrəman kimi hörmət edirdi. Mən sonradan bildim ki, bizim evimizdəki Kastro kultunun ikili səbəbi var. Anam ümid edirdi ki, onu bu macərası gizli qalacaq. Ancaq mən təsadüfən bu barədə bildim və bu ailə faciəsinə çevrildi. Vəziyyət dəyişdi. Atam evə gələndə hər görüş mübahisə ilə bitirdi. Mən bilirdim ki, hər şey Kastroya görədir. Anam boşanmağı qərara aldı. Sovet adamı üçün boşanmaq arzu edilmirdi. Hətta, partiyadan da çıxara bilərdilər. Onlar əlaqələrini Kubada yox, SSRİ-də olanda rəsmən bitirdilər. Sonralar da atam bizə gəlirdi, ancaq nadir hallarda...”- Ananız sizə əsl atanızın kim olduğunu açıq etiraf etdi?- Bəli, baxmayaraq ki, mənim bilməyimi istəmirdi. Mən bu etirafı ondan zorla aldım.- Siz Komendante ilə şəxsən görüşə bildinizmi?-Bəli, o, iki dəfə Kubada bizim evimizə gəldi. Birinci səfər çox gözlənilməz olmuşdu. Bizim evimizdə qapını bağlamazdılar. Villanın yanında hasarı olmayan ərazi də vardı. Biz həmin bağçadan anamla birlikdə səs eşitdik. Gördük ki, Fidel Kastro iri addımlarla bizə doğru gəlir. Kastronu qarşımızda görmək bizim üçün şok idi. İndiyə qədər də anlaya bilmirəm ki, nə üçün onda ürəyim getməmişdi. Mən Fideli ancaq fotolarda görmüşdüm. Yaşıl frençdə, gülümsəyən sifət.. O zaman mənim 14 yaşım vardı. Onlar anamla səs-küylə öpüşdülər. Qucaqlaşdılar. Fidel ondan ispanca “İşlər necədir?” deyə soruşdu. Anamın gözlərinə baxırdı, üzünə, burnuna toxunurdu. Ayağından çəkməni çıxartmadan evə keçdi, divanda oturdu. Özünü tamamilə sərbəst hesab edirdi. Anam ona kofe hazırladı. O, siqar çəkirdi, adama elə gəlirdi ki, o, bu evdə sahibdir, özünü elə aparırdı. Mən bütün görüş boyu ona bir söz demədim. O, mənimlə danışmağa cəhd edirdi, nəsə soruşurdu. Anam da məni danışdırmaq istəyirdi ancaq mən sanki donmuşdum”. Aleksandr deyir ki, Komendante adi “Villis” maşınında gəlibmiş. Maşında ancaq bir mühafizəçi, sürücü və özü olub. Hər 10 metrdən bir dayanmağa məcbur qalırdı, çünki xalq onu görəndə qarşısına qaçırdı.-İkinci görüş necə oldu?- Sonra o, ikinci dəfə gəldi. Mən o zaman evdə öz otağımda yatırdım. Səsə oyandım. Yadımdadır ki, kiçik qardaşım Metvey qışırıdı: “Fidel gəlib! Fidel! Tez ol!” Qardaşım məndən daha cəsarətli idi. O, sevinclə Kastroya tərəf qaçdı, o da onun başını sığalladı. Uşaqları sevirdi. Qardaşım onu “Fidel” deyə çağırırdı. O da cavabında ancaq gülürdü. Mənə isə “Alexandro” deyə müraciət edirdi. Anam doğuş zamanı mənə onun adını vermişdi. Deyir ki, Kastronun şərəfinə bu adı verib. Ancaq özü utandığına görə bunu dilə gətirməyib. İndi özümü danlayıram- o zaman onunla dostluq etmədiyimə görə. Ancaq o zaman beynimdə bir məsələ vardı ki, bu, mənim atamdır. Bu fikir məni qorxudurdu. Anam Fidelə dedi ki, ayağını əzib. Evimizin qarşısında dəniz vardı, amma biz ora gedə bilmirdik. Çünki sahil yaxşı deyildi. Fidel dedi ki, o, sahili təmzilədəcək, həm anam, həm də xalq üçün yaxşı olacaq. Doğrudan da yaxşı çimərlik oldu. O, özü gəlib nəzarət edirdi ki buldozer necə işləyir.- O, sizin ananızla necə danışırdı?-Aydın görünürdü ki, onlar bir-birlərinə öyrəşiblər. Görürdüm ki, onlar ispanca tez-tez danışırlar. Ancaq qulaq asmırdım. Anam onun üçün xüsusi fincan ayırmışdı. Həmin fincan indiyə qədər bizim evimizdədir. Kastro acı kofeni çox sevirdi, çox içir və çəkirdi. Yeməyə isə toxunmurdu. Bundan sonra mən Kastronu görmədim. Ola bilsin ki, mən məktəbdə olanda o, anamla görüşürdü.- Ananız Kubada nə işlə məşğul olurdu? -Heç nə ilə, alver edirdi. Qəsəbə mağazasına gedir, ət, ərzaq, cins kimi tapılmayan mallar alırdı və onları satırdı. Bizim öz müştərilərimiz vardı. Qazandığımız pulla yaşayırdıq. Kuba qanunlarına görə, bu qadağan edilmişdi. Ancaq polis anama toxunmurdu.- Siz Kastrodan özünüz barədə heç nə soruşmadınız?- Mən, ümumiyyətlə, bu mövzuya toxunmağa qorxurdum. Sonralar da uzun müddət bu barədə danışmağa qorxdum. Biz Kubada 7 il yaşadıq. Sovet qanunlarına görə, 18 yaşım tamam olanda əsgər getməli idim. Mən Rusiyaya tək qayıtdım. Anam və qardaşım adada qaldılar. Nənəmin yanında yaşadım. İnstitutun tarix fakültəsinə qəbul olundum. Orduya getdim. Bir neçə il sonra qardaşımla anam da qayıtdı.- Siz Rusiyada Kastronun oğlu olmağınıza dair kiməsə nəsə dedinizmi?-Demək olar ki, heç kimə. Ən çoxu da anama görə. İndi də anam deyir ki, qoy bu, sirr olaraq qalsın. Anam inanclı adamdır, qəlbən inanır. Öz keçmişinə görə çox fikir çəkir. Sənədlərə əsasən mənim atam Vladimir Sereqindir, indi o, dünyada yoxdur. Mən onun soyadını daşıyıram. Ancaq belə düşünürəm ki, o, hər şeyi bilirdi.- Ananız Kuba lideri ilə sevgi macərasını indi necə dəyərləndirir?- Onun üçün ağlayır. Deyir ki, Rusiyada Kastro ilə əlaqəsi olduğunu deyə biləcək onlarla adam ola bilər. Komendante gözəl qızları əldən buraxmazdı. Mənim indi rus arvadım, 3 uşağım var. Qədim əşyaları toplayıram, alıb-satıram. Bu, həm hobbidir, həm də qazanc yeri. Mənim hekayəmi ancaq yaxın dostlarım bilir.- Sizin Fidelin oğlu olmağınıza dair hansısa dəliliniz varmı?- Demək olar ki, heç nə. Ancaq anamın dedikləri var. Ancaq mən həqiqəti bilmək istəyirəm. Fidelin ailəsindən kimisə tapmaq və DNA analizi vermək istəyirəm.-Niyə siz məhz indi bu hekayəni danışmağa razılaşdınız?-Kastrodan son zamanlar çox danışılır. Mən sanki qürurlanıram, mənim ailəmin həyatı tarixdir. Anamı dilə tuturam ki, öz hekayəsini danışsın və ya yazsın. Ancaq o imtina edir.- Bəlkə Fidel Kastronun sərvətinə iddia edirsiniz?- Yox, sadəcə, ailə sirrimi bilmək istəyirəm. Əgər kimsə mənim ailəmin hekayəsini bilirsə, mənimlə əlaqə saxlasın. Ola bilsin ki, o zaman anamın işlədiyi istirahət mərkəzindən bunu bilən kimsə tapıla.XəzərP.S. Fidel Kastronun nikahdankənar çox uşağının olduğu deyilir. Onun qanuni doğulan ancaq bir övladı var. Bu şəxs gəncliyində SSRİ-də ali məktəbdə oxuyub, sovet qadını ilə evlənib və 3 övladı olub. İndiyə qədər də oğul Kastro onları görmək üçün Rusiyaya gedir.





Həftənin ən çox oxunanları