Yuxarı

Türkiyə bu ölkələrdəki FETÖ-çüləri geri istəyir

Türkiyə bu ölkələrdəki FETÖ-çüləri geri istəyir

Türkiyənin Ədliyyə Nazirliyi 16 ölkədən Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olan 28 nəfərin ölkəyə verilməsini istəyib. 

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr Baş İdarəsi rəsmilərinin verdiyi məlumata görə, nazirlik tərəfindən aralarında 15 iyul dövlət çevrilişinə cəhddən sonra xaricə qaçanların da olduğu FETÖ mənsublarına qarşı ekstradisiya sənədləri hazırlanıb.Nazirlik 16 ölkədə yaşadıqları müəyyən olunan 28 FETÖ mənsubu haqqında prokurorluq, məhkəmə tərəfindən hazırlanan 31 ekstradisiya dosyesini lazımi ölkələrə göndərib.Mozambik, Qazaxıstan və Rumıniyadan iki, Belçika, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Mərakeş, Cənubi Afrika, Hollandiya, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Polşadan bir nəfərin ekstradisiyası tələb olunub. Almaniyadan keçmiş prokurorlar Zekeriya Öz ilə Celal Karanun qaytarılması tələb edilib. Dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan 8 əsgər üçün də də ekstradisiya dosyesi hazırlanıb. ABŞ-dan isə FETÖ lideri Fətullah Gülən ilə ictimaiyyətində "Emrə Uslu" kimi tanınan Emrullah Uslunun qaytarılmaları tələb olunub. Gülən və Uslu haqqında ABŞ-a göndərilən beş ekstradisiya dosyesindən 4-nü Gülən haqqındadır.

Məcid





Həftənin ən çox oxunanları