Yuxarı

Putini dalana dirəyən xətalar

Putini dalana dirəyən xətalar

Suriya bataqlığı Rusiyanı özünə çəkir Dünyanın siyasi gündəmində ən çox müzakirə olunan məsələ Rusiya prezidenti Vladimir Putinin xarici siyasi hədəfləri uğrunda başlatdığı müharibələrdir.Putindən əvvəl ən çox ABŞ prezidenti Corc Buş bu qanlı addımlarıyla özündən söz etdirə bilirdisə, indi bu postda Kreml başçısı oturub.Amma bununla belə rusiyalı liderin xarici siyasətdə uğurları daxili reytinqini yüksəltsə də onun harada səhv etdiyi də müzakirə mövzusudur. Putin dünya siyasətində hansı səhvi etdi? Hakimiyyəti illərində Putin Gürcüstan və Ukraynada işğal planları həyata keçirməklə özündən söz etdirməyi bacardı.Şübhəsiz ki, ağır itkilərə və dövlətlərin parçalanmasına yol açan bu addımları o, öldükdən sonra da danışılacaq.Amma bu yanlış addım, yoxsa planlı hərəkət idi?Kreml nöqteyi-nəzərindən Gürcüstan və Ukrayna ərazilərinin işğalı yanlış seçilmiş taktika deyildi.Ən azı həmin işğallara görə, bu iki ölkə, o cümlədən, Moldova NATO və Avropa İttifaqından kənarda qaldı. Hazırda da münaqişənin həllinin uzun zaman davam edəcəyini nəzərə alan bir sıra amerikalı siyasət adamları məsələ həll olunmadan Gürcüstan və Ukraynanın NATO-ya qoşulmalarını təklif edirlər. Məsələn, alyansın Avropa üzrə keçmiş komandanı Filip Bredlav hələ bir neçə il əvvəl bu təklifi NATO və ABŞ qarşısında qaldırıb. Lakin təşkilatın nizamnaməsi münaqişəli ölkələrin bura üzv olunmasını rədd edir, Avropa İttifaqının da aidiyyatı nizamnaməsində eyni maddə yer alır. Əlbəttə, bu halda da Gürcüstan, Ukrayna və Moldovanı NATO, yaxud Avropa İttifaqına üzv qəbul etməklə, Qərb Rusiyanın növbəti təhlükəli gedişlərini nəzərə alır. Rusiyanın təhlükəsizliyi baxımından Putin NATO-nun öz sərhədlərinədək - keçmiş Sovet coğrafiyasından yayılmasının qarşısını almaq üçün bu işğalları həyata keçirməyə məcbur idi.Əgər NATO Ukrayna və Gürcüstanda möhkəmlənsəydi, nə baş verəcəkdi?Şübhəsiz ki, bu zaman Rusiya öz təhlükəsizliyini gücləndirmək üçün xərcləri böyük tədbirləri planlı həyata keçirmək məcburiyyətində qalacaqdı.Yəni, Gürcüstan və Ukrayna, bunlardan əvvəl də Moldova ərazilərini öz təhlükəsizliyini qarantiayaya almaq üçün işğal edib. Çox güman ki, NATO Avropa və Asiyadakı varlığını saxladıqca, bu münaqişələr həll edilməyəcək, ya da bir az utopik səslənsə də bunun üçün Rusiya parçalanmalıdır. Putinin Suriya siyasəti Kreml başçısının Qərb dəstəkli terror təşkilatlarının qaynar qazan kimi qarışdırdığı Suriyaya müdaxilə planını yanlış da, doğru da hesab etmək olar.Amma keçmiş Sovet coğrafiyası istisna olmaqla Suriyaya qədər Rusiya regional oyunçu kimi heç vaxt müzakirə olunmurdu.Geosiyasətdə bu baxımdan ABŞ əzəli rəqibini üstələyirdi.Putin elə Suriyaya da Amerikanın müdaxilə imkanlarının qarşısını almaq üçün girdi.Rusiyanın maraqları və nüfuzu prizmasından bu doğru seçilmiş addımdır.Amma Rusiya problemlərinin həllinin sonu görünməyən Suriyadan geri çəkilərsə, nə baş verəcək?Belə bir addımının Rusiya və Putinin özünün nüfuzuna ağır zərbə olacağı şübhəsizdir.Nəzərə alsaq ki, Rusiya öz qoşunlarını buradan çəkdikdən sonra Əsəd və digər qüvvələrin əzməsi üçün ABŞ-a real imkan yaranacaq, bu halda əzəli rəqibi maliyyələşdirdiyi terror təşkilatları vasitəsilə öz gücünü Rusiya daxilində sınaya bilər.Heç buna ehtiyac da yoxdur. Şimali Qafqaz və Çeçenistanadək uzanan İŞİD və “Ən-Nüsra” kim terror təşkilatların özləri sakit dayanmayacaqlar. Yaradacaqları “İslam Xilafəti”nin mərkəzlərindən biri kimi Şimali Qafqazı seçən radikal islamçılar bu gün də Suriya bataqlığından çıxıb Rusiyaya üz tutmağa hazırdırlar. Nəzərə alsaq ki, həmin təşkilatlar və qruplaşmaların sıralarında Rusiyadan minlərlə militan döyüşür, bu halda rusların Suriyadan çıxmasıyla, federasiyaya qayıdış sürətlənəcək. Terrorizmin Rusiya hədəfləri Putinin Suriya siyasəti o zaman Rusiyanın xeyrinə olardı ki, ABŞ və Qərbdən olan digər rəqibləri tamamilə bu ölkədəki maraqlarından imtina edib geri çəkilsinlər.Amma belə bir addım da Rusiyaya məğlubiyyətdir və nüfuz məsələsidir.İqtisadi və maliyyə maraqlarını Suriya kimi reagional müharibələr üzərindən təmin edən Qərbin məğlub və qalib müəyyən olunanadək Suriyada qalacağına şübhə yoxdur.Müharibə Qərb iqtisadiyyatının kapitalıdır.Bu baxımdan Putinin dünya siyasətində buraxdığı yeganə səhv Rusiyanın maraqlarının təhlükəyə atılması prizmasından Suriya hesab oluna bilər.Rusiya Suriyaya müdaxilə etməklə özünü terror bataqlığının içinə atdı. Federasiya ərazisində 11 subyektin müsəlman olduğunu, eyni zamanda Şimali Qafqazın terror yuvasına çevrildiyini nəzərə alsaq, Rusiya Suriyaya müdaxilə ilə gələcəkdə özünü terrorun böyük hədəfinə gətirdi. Elə bunu əvvəldən nəzərə alan Putin təhlükənin ölçüsünü bir qədər kiçiltmək üçün Liviyaya müdaxilə planından imtina etdi. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları