Yuxarı

Stalinin zəhərlədiyi inqilab lideri

Stalinin zəhərlədiyi inqilab lideri

1870-ci ildə müəllim ailəsinin 6 uşağından biri kimi doğulub. Böyük qardaşı çar əleyhinə keçirilmiş nümayişlərdə iştiraka görə və Çar Aleksandra qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunaraq edam edilib. Əsl peşəsi hüquqşünasdır.Qardaşının ölümü onu kəskin formada dəyişdi.Bu hadisədən sonra dövlət işləriylə yaxından maraqlanmağa başladı.Bəlkə də inqilabçı kimi yetişməsində qardaşının ölümünə borcluydu.Çar əleyhinə apardığı təbliğat və siyasi fəaliyyətə görə bir neçə dəfə sürgün edildi.Sürgün həyatına öyrəşmişdi, həmin illərdə daha çox yuxusuz qalır və bu vaxtlarını öz işlərinə sərf edirdi. Klassik musiqiləri sevirdi, amma bir dəfə də işlədiyi vaxt musiqi dinləmədi.Lakin bilinən həqiqətin əksinə olaraq çarı Lenin (bolşeviklər) yox, menşeviklər devirdilər.Leninin başçılıq etdiyi sosialistlər radikal deyildilər, çarı sevmirdi, amma I Dünya Müharibəsini dəstəkləyirdi.Stalin həmişə yaxın dostu idi, amma ölməmişdən əvvəl yaxın adamlarından onu diqqətə saxlamalarını istədi.1900-cü ilin sonlarından yayımlanan “İskra” qəzetində dərc olunan məqaləsində ilk dəfə “Lenin” təxəllüsündən istifadə etdi.Yatmazdan əvvəl lampa işığında saatlarla kitab oxuyurdu və kitab oxuyarkən vərəqi çevirmək xaricində heç bir hərəkət etmirdi.Heç vaxt siqaret çəkmədi, yanında çəkmək istəyənlərə də icazə vermədi.İflic olduqdan sonra sol əliylə yazmağı bacardı.Siflisdən öldüyü bildirilir, lakin bir sıra araşdırmaçılar əslində stressdən öldüyünü bildirilirlər.Tarixçi Lev Luriyə görə isə Lenin ən yaxın dostu Stalin tərəfindən qətlə yetirilib.Öldükdən sonra cəsədi mumiyalanıb. Stalinə məktub Leninin kökəninin yəhudi olmasıyla bağlı şayiələrə Moskva Tarix Muzeyinin arxivindəki sənədlər üzə çıxarıldıqdan sonra son qoyuldu.Sərgiyə çıxarılan sənədlər arasındakı SSRİ-nin qurucusu, inqilab lideri Leninin bacısı Anna Ulyanova tərəfindən 1932-ci ildə Stalinə yazılan bir məktub Leninin yəhudi olması iddiasını təsdiqlədi.Məktubda Leninin babasının (anasının atası) XVIII-XIX əsrlərdə Rusiyada yəhudilər əleyhinə yönəlmiş “Məskunlaşmanın məhdudlaşdırılması” siyasətindən yaxa qurtarmaq və təhsil almaq üçün xristian dinini qəbul edən ukraynalı yəhudi olduğu bildirilir. Ulyanova Stalinə yazırdı ki, yoxsul yəhudi ailəsinin başçısı olan babası Moses Blank Ukraynanın Jitomir şəhərində yaşayıb: “Vladimir İliç Leninin yəhudilərə münasibəti yaxşı idi. Mənim də əvvəl şübhələndiyim kökənimizi Lenin sağkən bilmədiyimə görə kədərliyəm”.Stalindən Lenin dönəmində başlayan antiyəhudi qruplaşmalarla mübarizəni davam etdirməyi istəyən Ulyanova “Son illərdə kommunistlər arasında da antiyəhudi fikirlərin geniş yayıldığı xəbərlərini eşidirəm.Bu həqiqətləri kütlələrdən gizlətmək doğru deyil”, deyə Stalinə yazır. Mariyanın gündəliyi Lenin dönəmində başladılan yəhudi mədəniyyətinin inkişaf etdirilməsi siyasəti Stalinin kommunistlər arasındakı yəhudiləri təmizləməyə başlaması və 1930-cu illərdə SSRİ ərazilərində yaşayan yəhudilərin Çinlə sərhəd bölgələrə yerləşdirilməsinədək davam etdi.Amma bütün bunlara baxmayaraq, Lenin özünün rus olduğunu bildirirdi, heç vaxt yəhudi tərəfindən danışmadı.Bolşevik liderin rəsmi bioqrafiyası qardaşı qızı Olqa Ulyanova tərəfindən yazılıb.Bioqrafiyada ailənin rus, alman və isveç kökənli olduğu qeyd olunur. Stalin Ulyanovanın bu xahişini görməzlikdən gəldi və məktubun gizlədilməsi təlimatını verdi. Ulyanovanın məktubu rus tarixçilərin əllərinə 1990-cı illərdə keçdi, amma bu, tarixçilər arasında fikir ayrılıqları yaratdı. Çar Rusiyası dönəmində yəhudilərin böyük əksəriyyətinə yalnız “Məskunlaşmanın məhdudlaşdırılması” proqramı çərçivəsində Litva, Polşa, Belarus, Moldova, Ukrayna, Azərbaycan və Qərbi Rusiyada yaşamağa icazə verildi. 1917-ci ildə də yəhudilər çara qarşı başlamış inqilabda bolşeviklərə dəstək verdilər. Bolşeviklərin həmin il hakimiyyətə gəlməsindən sonra bir çox yəhudi Kommunist Partiyasında ən yüksək postlarda yer tutdular. Partiyanın ən tanınmış yəhudi kökənli üzvlərindən biri də əsl soyadı Bronşteyn olan Lev Trotski idi. Leninin kiçik bacısı Mariya Ulyanovanın 1922-ci ildə yazdığı bildirilən gündəliyində həmin il ağır formada iflic olan Leninin Stalindən ona zəhər verməsini xahiş etdiyini yazır: “O, bu tələbini yerinə yetirməsi üçün Stalini təsadüfən seçməmişdi. Lenin Stalinin qətiyyətli bolşevik, həqiqi yoldaş olduğuna inanırdı. Başqa kim Leninin həyatına son qoymağa cürət edə bilərdi?”.Gündəlikdə Stalinin Leninə kömək sözünü verdiyini, amma digər politbüro üzvlərinin bu tələbi rədd etdikləri qeyd olunur.Stalinin sürgün etdiyi Trotski xatirələrində Lenini Stalinin zəhərləyərək öldürdüyünü yazırdı. Putinin nifrət etdiyi adam Rusiya prezidenti Vladimir Putin Lenini sevmir. Çünki Putinə görə, SSRİ-nin dağılmasının yeganə səbəbi Lenin olub: “O, Rusiyanın altına atom bombası yerləşdirdi. Fikir cərəyanlarını istiqamətləndirmək çətin işdir, amma bu fikirlərin doğru nəticələr ortaya qoyması daha vacibdir, Vladimir İliçin (Lenin) etdiyi kimi yox.Leninin müdafiə etdiyi fikir Sovet İttifaqının dağılmasına yol açdı.Həmin dönəmdə avtonomluq və buna oxşar bir çox fikir vardı.“Rusiya” adlanan binanın altına atom bombası yerləşdirdilər və sonra Rusiya sarsıldı.Lenin və tərəfdarlarına görə yumşaq inqilaba ehtiyacları yox idi.Bax, o dönəmdə fikir beləydi”. Leninist nəzəriyyə-praktika Slavoj Zizek Lenini “yaşayan ölü” adlandırırdı. Vrayt Mills “Lenini yenidən oxuyun, amma diqqətli olun”, deyirdi. Antonio Qramçi “Həbsxana dəftərləri”ndə onun haqda “o utopiyaçıdır”, deyə bəhs edir. Luis Altusser “Marks üçün” kitabında Qramçinin əksinə gedərək marksizm ideologiyasının Lenindən gəldiyini iddia edir. Corc Lukas da “İnqilabın aktuallığı Lenin düşüncəsinin özüdür”, deyəndə haqlıydı.Lenin ideologiyasının və müdafiə etdiyi düşüncə cərəyanlarının Putinin iddiasından fərqli olaraq dağıdıcı yox, qurucu olduğunu isbat edən kifayət qədər bu cür sübutlar var. Əlbəttə, Lenindən sonrakı kütlələr, siyasət adamları və tarixçilər bu bolşevik liderin təsiredici şəxsiyyətinin təsirində qaldılar.Bu, sağçılar, solçular, liberallar, mühafizəkarlar, kommunistlər və digər ideoloji-siyasi cərəyanların daşıyıcılarına da aiddir.Çünki Lenin özündən sonra gələcəyə miras kimi orijinal mühakimə və analitik idarəetmə sistemi ilə yeni siyasət formulu qoydu.Bolşevik liderin yeni ideologiya üzərində reallaşdırdığı inqilab metodoloji kəşf idi.Həmin kəşfin izi ilə praktikaya gözlənilməz sıçramanı tarixdə ilk dəfə edən də Lenindi.Leninist nəzəriyyə-praktika Leninin ən böyük mirasıdır. Konkret vəziyyətin konkret təhlili Lenin siyasət adamlarının ifadə etdiyi kimi “konkret vəziyyətin konkret təhlili” idi. Çünki o, yaşadığı dönəmdə siyasi və iqtisadi inkişafların hansı vaxta aid olduğunu, lazımi faktorların hansı formada birləşdirilməsini, yaxud ayrılması məsələlərini nəzərə alaraq öz təhlili əsasında iş görürdü. Bu, leninist düşüncənin ən orijinal nüansıdır. Leninin “konkret vəziyyət” adlandırdığı şəraiti, konkret təhlili isə şərait nəzəriyyəsinə əsaslanır.Leninin mətnlərindəki iqtisadiyyat, imperializm, təşkilatlanma, strategiya, inqilab, ittifaq kimi məsələlər dalğalanma formasında sıralanır.Bu, bir növ təbiət hadisəsinə oxşayır.Məsələn, tektonik titrəmələr dənizi nə qədər qabartsa da dəniz öz yerində dayanır. Lenin ideologiyasında onurğa sabit dayanır, düşüncələrdə isə sürətli hərəkətlilik var. Məsələn, 1905-ci ildə “Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası” adlı məqaləsində o, təzyiqçi siyasətlərə qarşı bir alternativ təklif edir: Monarxiyaya qarşı Respublika. Monarxiya və diktatorial Çarlıq tərəfindən edilən təzyiqlərin sinifin hegemon və müxalif güc olmasını əngəllədiyinin təhlilini edən Lenin “konkret vəziyyətin konkret təhlili” prinsipi çərçivəsində mövcud siyasi situasiya üçün qurucu layihə kimi respublika fikrini irəli sürür. 1917-ci il inqilabından sonra yeni yaranmış siyasi vəziyyətə uyğun olaraq, Lenin respublika fikrindən imtina etdi. Çünki inqilabdan sonra dövlət aparatının proletar sinif mübarizəsinə görə yenidən qurulması, hüquq və siyasət münasibətlərinin yenidən formalaşdırılması, proletariatın sinif partiyasının iqtidara gəlməsi qurucu layihədən imtina olunması məcburiyyətini ortaya çıxarmışdı, Lenin artıq situasiyaya uyğun olaraq proletariat diktatorluğundan danışırdı. Şərait fenomeni Leninə siyasi meydanda müxtəlif manevr etmək qabiliyyəti qazandıran şərait nəzəriyyəsi Qramçi tərəfindən analiz edilib.Tarixi metodologiyanı şərh edən Qramçi Leninin şərait nəzəriyyəsini orqanik və şərait fenomeni adlandırır.Lenin mövcud hadisələri analiz edərkən istər-istəməz mücərrəd addımlar da atırdı, amma “nəzəriyyə xəstəliyi”nə tutularaq bunun içində boğulmurdu, bu nəzəriyyələri praktika ilə əlaqələndirərək yeni kanalların açılmasında bu addımların önəmini qabağa çəkirdi.Buna görə də şərait nəzəriyyəsi Altusserə görə, Leninin marksizm nəzəriyyəsinə ən böyük xidmətidir. Yenidən Lenin Leninin ideologiyası (materializm) polemika xüsusiyyətindədir, ideologiyaya qarşı hegemoniya mübarizəsinin nəzəriyyəsini formalaşdırır. O, meta təhlillərlə və mikro analizlərlə nəzəriyyə ilə praktika arasındakı rabitənin yaranmasına xidmət edən kəşfi məsuliyyət siyasəti ilə davam etdirir. Aleks Kalliniços “Yenidən Lenin”də və Slavoj Zizek “Qıdıqlanan mübtəda”da Leninin təhlillərini praktikaya nəql etməsini məsuliyyət siyasəti çərçivəsində qiymətləndiriblər.Lenin təklif etdiyi, tərif verdiyi və yürütdüyü siyasət anlayışı günümüzün marjinal solçuluğa müxalifdir.Çünki Lenin şərait nəzəriyyəsi çərçivəsində siyasi proqnozlarının tutub-tutmamasından asılı olmayaraq bunu təhlil edirdi. Lenin fərqli dönəmlərdəki yazılarında və çıxışlarında hərəkətə keçməkdən və siyasi layihələrini həyata keçirməkdən daha çox bunun mənfi nəticələrini əvvəldən nəzərə alan siyasət yürüdürdü. Ən əsası budur ki, mətnlərində məsuliyyət siyasəti ilə şərait nəzəriyyəsi arasındakı paralelliyi qoruyur.1899-cu ildə “Təcili vəzifəmiz” adlı məqaləsində Lenin rus sosial-demokratlara Marksın “Hər sinif mübarizəsi siyasi mübarizədir”, sözüylə xitab edir, onlara “Qeyri-peşəkarlıqdan imtina edək, birgə mübarizəyə başlayaq”, çağırışını edir. Eyni formada 1917-ci ildə “Xalqa çağırış: İqtidarı öz əlinizə alın” məruzəsində qeyd edir: “Yoldaşlar, zəhmətkeş xalq! Siz dövlətin oynadığı oyunların mərkəzində dayanırsız.Siz birləşib dövlətin bütün işlərini əlinizə almasanız, sizə heç kəs kömək etməyəcək.Diqqətli olun”. Siyasətdə məsuliyyət Lenin atdığı addımların verəcəyi nəticəni əvvəldən görə bilirdi.Məsuliyyət siyasəti çərçivəsində neqativ nəticələri qəbul etsə də aparılan mübarizədə sinif təcilinin itirilməsi ehtimalı yaranan kimi Lenin iki addım geri çəkilirdi.Buna görə də Lenin ittifaq qurduğu siyasi qrupların tətil və aksiya qərarlarına etiraz edirdi.Partiyanın məsuliyyət siyasəti çərçivəsindəki vəzifəsi “Bir addım irəli, iki addım geri” prinsipini unutmamaq idi.Leninə görə, marksizm qanunları çərçivəsindəki ideoloji birlik milyonlarla zəhmətkeşi fəhlə sinfinin ordusu içində birləşdirəcək təşkilatın maddi birliyidir.Yəni, cəmiyyət formasiyasındakı “maddi birlik” şərait olmadan qurula bilməz. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları