Yuxarı

Bülənt Arıncın ortağı da FETÖ-çü çıxdı

Bülənt Arıncın ortağı da FETÖ-çü çıxdı

Türkiyədə FETÖ əməliyyatları davam edir.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisa Respublika Prokurorluğunun göstərişi əsasında aparılan FETÖ istintaqı çərçivəsində İzmir və Ankarada əvvəlcədən müəyyən edilmiş ünvanlara dünən səhər eyni vaxtda əməliyyat keçirilib.

FETÖ daxilində fəaliyyət göstərdiyi irəli sürülən vəkillər H.İ., K.Ç., B.Y., M.B., M.K., İ.K., K.C. və M.K. saxlanılıb. Nəzarətə alınan vəkillərdən B.Y.-nin baş nazirin keçmiş köməkçisi Bülənd Arınçın deputat seçilmədən əvvəl ortağı olduğu irəli sürülüb.

Bundan başqa, FETÖ-yə qarşı başqa bir əməliyyatda Kula və Akhisar rayonlarında 2 nəfərin nəzarətə alındığı da qeyd olunub.

Digər tərəfdən, 14 apreldə Manisa rayon mərkəzi ilə Alaşehir, Turqutlu və Akhisar rayonlarındakı FETÖ-yə qarşı əməliyyatda nəzarətə alınan 24 nəfər ifadə verdikdən sonra ədliyyəyə sövq edilib. Şübhəlilərdən 13-ü həbs olunaraq, Manisa həbsxanasına göndərilib. 11 şübhəli isə, həbssiz mühakimə olunmaq üzrə ədliyyə nəzarət şərti ilə sərbəst buraxılıb.

Məcid

 





Həftənin ən çox oxunanları