Yuxarı

Ermənilərdən hədə və qisas siyasəti

Ermənilərdən hədə və qisas siyasəti

Elxan Şahinoğlu: "Ermənistan cəmiyyətini sakitləşdirmək üçün verilən açıqlamalardır”

Ermənistan rəsmiləri sanki Azərbaycanı qıcıqlandıracaq bəyanatlar verməkdə davam edirlər. İşğalçı ölkə sərsəm bəyanatları ilə orduları barədə yüksək fikir formalaşdırır, Azərbaycana yönəlik qisas mesajları verirlər. Bu cür açıqlamalar verməklə sanki ölkə əhalisində ordularının güclü olması ilə bağlı müsbət rəy formalaşdırırlar. Ötən il aprel döyüşlərindəki uğursuzluqlarını həzm edə bilməyən Ermənistan hələ də qisas yanğısı yaşayırlar. Bunun əvəzini alacaqlarmış kimi bəyanatlar verərək, Ermənistan ictimaiyyətini də buna inandırmağa çalışırlar. Amma faktiki olaraq hər hansı bir addım atmağa və ya əməliyyat keçirməyə cəsarətləri çatmır. 

İşğal olunmuş ərazilərimizi geri qaytarmamaq üçün min cür bəhanələr gətirən ermənilər əslində sərsəm bəyanatları ilə qarşı tərəfi qorxudacaqlarını zənn edirlər. Bu dəfə də general-leytenant Norat Ter-Oriqoryans sərsəm bəyanatları ilə gündəmə gəlib. Erməni general deyib ki, Ermənistanın güclü hərbi mexanizmi olmalıdır: "Deyərdim ki, bütün Ermənistan boyunca hərbi nöqteyi-nəzərdən vacib sistem yaratmaq lazımdır, qisas silahı və xəbərdarlıq silahları olmalıdır”. Açıqlamadan da göründüyü kimi Ermənistan Azərbaycanı qisasla hədələyir. 

Maraqlıdır, düşmən qisas deyəndə nəyi nəzərdə tutur və nə üçün Azərbaycanı hədələyir? 

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinı açıqlamasında deyib: "Keçən il aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və rəhbərliyi xeyli qorxu və xof içindədədir. Haqlı olaraq düşünürlər ki, Azərbaycan ordusu yenə də işğalçı ölkəyə aman vermir. Ona görə də bundan çıxış yolları axtarırlar. Gah Rusiyadan silah alırlar, gah da silah almaq üçün pul istəyirlər. İndi isə ordunu müqavilə əsasına keçirmək istəyirlər. Yəni əsgər çatışmazlığı var. Üstəgəl əhali də azdır və əksəriyyət xaricə köçüb gedir. Ona görə də vəziyyətdə çıxmaq üçün ağlasığmaz ideyalar ortaya atırlar Erməni generalının ortaya atdığı ideyanın reallaşması çətindir. Sadəcə Ermənistan cəmiyyətini sakitləşdirmək üçün verilən açıqlamalardır. Çalşırlar ki, ictimaiyyət qoxmasın. Bu ölkə hər gün cəbhə bölgəsində itki verməkdə davam edirlər. Bu da Ermənistan cəmiyyətində ciddi suallar yaradır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları