Yuxarı

Pomidor "müharibəsinə" yağ töküldü

Pomidor

Türkiyə Rusiyadan idxal olunan qarğıdalı yağına yenidən vergi tətbiq etməyə başlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın "Sputnik" agentliyi məlumat verib.

Xəbərə görə, Rusiya Yağ İstehsalçıları Birliyinin sədri Mixail Maltsev "Türkiyə vergisiz Rusiyadan qarğıdalı yağı idxalını məhdudlaşdırıb. Emal üçün aparılan idxal lisenziya müraciətlərinin heç biri qəbul edilmir. 15-30 faiz arasında bir kvota tətbiq olunur" deyə bildirib.

Maltsevin sözlərinə görə, kvota qeyri-rəsmi olaraq tətbiq olunur. Bəzi fikrilərə görə, Türkiyənin bu qərarı Rusiyanın bu ölkənin pomidoruna qoyduğu qadağaya cavabdır.

Məcid





Həftənin ən çox oxunanları